Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   53   54   55   56   57   58   59   60   ...   65

 
173 
və icra tərzlərinin məcmusudur (26, s. 40, 54). Bu yanaşma 
Ə.Ağaoğlunun  mədəniyyətə  verdiyi  təriflə  tamam  uzlaşır. 
Z.Göyalpın “Mədəniyyət topluluğu ilk öncə dini bir ümmət 
halında  başlayır:  müsəlmanlıq,  xristianlıq,  buddistlik  kimi 
dünya dinləri bir çox millətləri içlərinə alaraq onları birləş-
miş  qablardakı  sular  durumuna  gətirmişdir”  –  deyimi  ilə 
Ə.Ağaoğlunun mədəniyyəti “həyat tərzi” kimi qəbul etməsi 
və  mədəni  insan  cəmiyyətlərini  başlıca  “üç  mədəniyyət” 
bölgüsü ilə təhlil etməsi də eyniyyət təşkil edir. Ə.Ağaoğlu 
bu  məsələni  “Üç  kültür”  adlı  məqaləsində  (86)  də  eyni 
mövqedən tədqiq etmişdir. 
Ə.Ağaoğlunun yeni mədəniyyət çevrəsinə girməklə milli 
şəxsiyyətin, kültürün dəyişməzliyi və bunun doğuşdan dəyiş-
məz bir xislət olması düsturu ilə Z.Göyalpın kültür nəzəriy-
yəsi  də  bir-birini  tamamlamaqdadır.  Z.Göyalpa  görə  mədə-
niyyət  beynəlmiləl  oiduğu  halda,  kültür  millidir,  yalnız  bir 
millətin din, əxlaq, hüquq, ağıl, estetika, dil, iqtisadiyyat və 
texnika ilə bağlı yaşayışlarının ahəngdar bir bütünüdür (26, 
s.  40).  Ə.Ağaoğluna  görə  də  kültür,  milli  şəxsiyyət,  özlük 
deyilən məfhum dillə bərabər bir millətin maddi varlığından 
başqa bir şey deyildir ki, bu da onu digər millətlərdən mütləq 
surətdə ayırır (83, s. 15). 
Hər iki “türkçü” və “qərbçi” Avropa mədəniyyəti çevrə-
sinə daxil olmaqdan ötrü ilk növbədə milli kültürə sahib dur-
mağın, onu canlandırmağın, cəmiyyət həyatında özünütənqid 
prinsipinə  önəm  verməyin  tərəfdarı  olmuşdur.  “Könlümüzü 
əzəldən bəri milli kültürümüzə vermişik, bizim üçün dünya 
gözəli  milli  kültürümüzün  gözəlliyindən  ibarətdir”  –  deyən 
Z.Göyalp mədəniyyət, maarif və irfan baxımından, iqtisadiy-
yat  və  yetkinlik  cəhətdən  Avropa  millətlərindən  çox  geri 
qaldığımızı və mədəniyyətcə onlara yetişmək üçün var qüv-
vəmizlə çalışmaq lazım olduğunu söyləyir (26, s. 87). 


 
174 
Mədəniyyətləri  bütöv  və  sistemli  şəkildə  mənimsəmə 
məsələsində də Ə.Ağaoğlu ilə Z.Göyalpın fikirləri bir-birini 
tamamlayır.  Hər  iki  mütəfəkkir  mədəniyyət  məfhumunun 
aydınlaşdırılmasına çox önəm verərək bu qənaətə gəlirlər ki, 
mədəniyyət  məsələsinin  tam  aydınlaşdırılmamış  qalmasının 
bir səbəbi də, mədəniyyətin yalnız bir növdə olduğunu san-
maqdır,  zənn  etməkdir.  Halbuki,  mədəniyyət  də  çeşidlidir, 
müxtəlifdir. Onların hər biri dünya mədəniyyətini üç böyük 
çevrəyə  bölürlər  ki,  bu  mədəniyyət  dairələrinin  də  özlərinə 
məxsus coğrafi sahələri və bu sahələrin müəyyən sərhədləri, 
hüdudları  vardır.  Şərqin  cəhalətdən  qurtuluşunun  əlacını 
Qərb  mədəniyyətini  mənimsəməkdə  görən  Ə.Ağaoğlu  artıq 
nicatın  Şərqdə  axtarılmasının  əbəs  olduğunu  açıqlığı  ilə 
bəyan edir: “Bir şirkət qurmaq istədiyim zaman haraya mü-
raciət edəcəyəm? Nümunəni haradan alacağam? Hinddənmi, 
Siyamdanmı,  Tünkindənmi?  Bir  məktəb  təsis  etmək  istədi-
yim  zaman  haraya  müraciət  eyləyəcəyəm?  Moğolustanamı, 
Adənəmi? Bir gəmi yapdıracağım zaman ustalarını haradan 
gətirəcəyəm?  Buxaradanmı?  Elm,  texnika,  sənaye,  fəlsəfə, 
ədəbiyyat  nümunələrini  haradan  alacağam?  Bütün  bunları 
təəssüflər olsun ki, nə Anadolunun yüksək yaylalarında, nə 
İranın  ovalarında  və  nə  də  İraqın  səhralarında  bulacağam” 
(82
,  s.  66).  Ə.Ağaoğlunun  suallarla  dolu  bu  müraciətini 
Z.Göyalp belə cavablandırır: “Din və vətən təhlükələri qar-
şısında yalnız bir qurtuluş yolu vardır ki, o da elmlərdə, sə-
nayedə,  hərbi  və  hüquq  təşkilatlarında  Avropalılar  qədər 
irəliləməkdir, yəni mədəniyyətdə onlar ilə bərabər olmaqdır. 
Bunun üçün də tək bir yol vardır: Avropa mədəniyyətinə tam 
bir surətdə girmək” (26, s. 61). 
Ə.Ağaoğlunun Şərqin orta çağ mədəniyyətindən qurtulub 
müasir, sivil dünya m
ədəniyyətinə  qovuşması  yolunda  çar-
pışmalarını, fikir və düşüncələrini ümumiləşdirilmiş şəkildə 
bel
ə  yekunlaşdırmaq  olar:  “Gözlərimizi  dörd  açalım,  həqi-


 
175 
q
əti olduğu kimi görəlim! Bizi yunanlılardan, ingilislərdən, 
sair
ədən ziyadə öldürən, gəmirən cəhalət və təşkilatsızlıqdır. 
Yunanlı,  ingilis  bu  cəhalətdən, bu təşkilatsızliqdan istifadə 
edir. Biz bu c
əhalət, bu təşkilatsızliğa çarə tapmadıqca bəla 
başımızdan əskik olamaz, toxmaq daima başımızın üzərində 
asılı  durar”  (82, s. 66-67).  “Ya  çağa  uyaraq  müəssisələrini 
olduğu kimi, qəlbləri və ruhları ilə qəbul edib uyğulayacağıq 
v
ə  ya bunu etməyərək məhvimizə  razı  olacağıq…  Mədə-
niyy
ət alanında məğlubiyyətimiz qətidir. Qalib mədəniyyəti 
m
ənimsəmək məcburiyyətindən vaz keçilə  bilməz” (83, s. 
17, 146).  
Müasirləşmə məsələsinə bir az fərqli mövqedən yanaşan 
Ə.Hüseynzadə Avropanın elmi-texniki nailiyyətlərinin, iqti-
sa
di  və  siyasi  idarəetmə  strukturlarının  öyrənilməsini  tələb 
edərkən  ifratçılığa  yol  verməməyə,  ayıq-sayıq  olmağa  ça-
ğırırdı:  “Biz  avropalıların  ədəbiyyatlarına,  sənayelərinə, 
ülum  və  maariflərinə,  kəşfiyyat  və  ixtiraatlarına  müraciət 
etmək  istəyiriz,  özlərinə  degil.  Biz  istəyiriz  ki,  İslam  ölkə-
sinə  onların  beyinləri,  dimağları  girsin,  boğazları,  mədələri 
girməsin.  Biz  istəriz  ki,  ölkəmiz  onların  beyinlərini  həzm 
etsin,  yoxsa  mədələrində  həzm  olunmasın.  Bu  gün  onların 
mədələrində  həzm  olunmamaq  üçün  bir  çarə  var  isə,  o  da 
onların  məhsulati-dəmağiyyələrini  alıb  həzm  etməkdən 
başqa bir şey degildir” (33, s. 268). 
M.Ə.Rəsulzadə isə mədəniyyətdə müasirləşmə problemi-
nə  müxtəlif  adlar  qoyanlara,  çağdaş  dünyanın  elmi-mədəni 
dəyərlərini  yalnız  müəyyən  coğrafi  qütblərlə  məhdudlaş-
dıranlara  cavab  olaraq  “gəlin  yanlış  termin  işlətməyək”  – 
deyirdi. 
Çünki onun fikrincə “Dünya mədəniyyətinin seyrini 
təqib edərsək, onun şaquli istiqamətdə inkişaf edən mərhələ-
lərindən bəhs etmək daha doğru olur. Bu baxımdan Şərq mə-
dəniyyəti  ilə  Qərb  mədəniyyətindən  deyil,  orta  cağ  mədə-
niyyəti ilə çağdaş mədəniyyətdən bəhs etmək lazımdır” (126, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə