Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   57   58   59   60   61   62   63   64   65

 
182 
istehlakçıları olan hissəsidir. Mədəniyyətin “üfüqi” göstərici-
si m
ədəni nailiyyətlərin zaman və məkanca mənimsənilməsi, 
elitar m
ədəniyyətin kütlələrə  ötürülməsi, eləcə  də  təhsil və 
maarifl
əndirmə, mədəni mübadilə  və  milli mədəniyyətlərin 
qarşılıqlı zənginləşməsinin nəticəsidir. Məsələyə bu mövqe-
d
ən  yanaşan  F.Məmmədova görə,  mədəniyyət  –  yaradıcı 
proses, sivilizasiya is
ə  –  onun  əməli ifadəsi kimi qəbul 
edil
ərsə, onda “şaquli” və “üfüqi” göstəricilər mədəniyyətin 
v
ə sivilizasiyanın rəmzləri kimi qəbul edilə bilər (51, s. 48).  
Müasir  kulturoloji  fikrin  əsas  qənaətlərindən  biri  budur 
ki, müasirlik – 
bu gün əhəmiyyətli olan dəyərlərin mənimsə-
nilməsi, bugünkü mədəni yaşayış tərzinə uyğunlaşma, müa-
sir elm və texnologiyaya yiyələnmə və bütün bunlara yara-
dıcı şəkildə qatılmaqdır (18, s. 9). Qloballaşma isə milli bar-
yerlərin aradan qaldırılmasını, bənzər və ortaq bir istehlakçı 
və  mədəniyyət  mentalitetinin  qurulmasını  tələb  edir  (147). 
İnformasiya cəmiyyəti də qloballaşmanın yaratdığı bir məh-
suldur.  Lakin  onun  da  eyni  zamanda  mənfi  təsirləri  möv-
cuddur.  Bəs  o  zaman,  bu  mənfi  təzahürlərdən  qorunmaq 
şərtilə prosesə qoşulmanın optimal variantı, başqa sözlə qlo-
ballaşma və qərbliləşmə kontekstində Azərbaycanın modern-
ləşməsi necə olmalıdır? Qərbliləşməni rədd edərək və milli 
“Mən”i qoruyub saxlayaraq modernləşə bilərikmi? Tədqiqat-
çılar cavabın həm sadə, həm də mürəkkəb olduğu qənaətin-
dədirlər: “Bu tarixi yolu bütün Cənub-Şərqi Asiyanın əslin-
də,  bütün  ölkələri  keçmişdir.  Yaponiya  intellektuallarının 
modernləşmə  konsepsiyası  “Qərb  texnologiyaları,  yapon 
ruhu” aforizmi idi” (148). 
Ona  görə  də  müasirlik  ancaq 
texnologiya  və  iqtisadiyyat  göstəriciləri  ilə  müəyyən  edilə 
bilməz.  Müasir  insanın  formalaşmasında  bəşəriyyətin  min 
illərlə  ölçülən  mənəvi  təkamül  yolu  bəlkə  də  elmi-texniki 
tərəqqidən  daha  çox  rol  oynamışdır.  Əlbəttə,  “Qərbdən an-
caq elmi-
texniki  nailiyyətləri  götürək,  “kütləvi  mədəniy-


 
183 
yətin” və mənəvi aşınmanın isə qarşısını almağa çalışaq” tezisi 
ilk ba
xışda  nə  qədər  cazibədar  görünsə  də,  praktika  bunun 
əksini göstərir. Yəni Qərbdən nə isə yaxşı bir şeyi kor-koranə 
surətdə götürürsənsə, mənəvi aşınmalar onun iki misli ilə gəlir 
(35
, s. 54). Çünki təcrübə göstərir ki, biz Qərb mədəniyyətinin, 
Qərb təfəkkür tərzinin məhz nöqsanlı cəhətlərini qəbul etməyə 
daha çox meylliyik. Bu, Avropaya, Qərb mədəniyyətinə birtə-
rəfli münasibətin nəticəsidir (34, s. 104-106). 
Bir 
əsrlik zaman məsаfəsinə  bаxmаyаrаq  bu  gün  müа-
sirl
əşmək və аvrоpаlаşmаğın dаhа modern şəkli kimi mədəni 
intеqrаsiyа аdı ilə həyаtımızа daxil olmuş qlоbаllаşmа ətrа-
fındа  dа  bir-birinə  zidd  mühаkimələr yürüdülməkdədir. 
Еlеktrоn vаsitələrinin, infоrmаsiyа tеxnоlоgiyаlаrının, uyuş-
durucu t
əbliğаtlаrın gеniş vüsət аldığı bir vаxtdа bu problem 
ətrafındakı  müzakirələrə  ehtiyac günü-gündən  artmaqdadır. 
Qloballaşan  dünyada  milli-mənəvi dəyərlərin mühafizəsi, 
m
ədəni inteqrasiyanın  optimal  yollarının  axtarılması  və 

əyyənləşdirilməsi  baxımından  mövcud  kulturoloji  baxış 
v
ə təmayüllərin konseptual bir şəklə gətirilməsinə, ölkələrin 
m
ədəni  inteqrasiyasının,  xalqların  mənəvi ünsiyyətinin in-
tensivl
əşməsinə, mənəvi  yaxınlaşma  prosesinin  sürətlən-
m
əsinə və nəticədə mükəmməl bir bəşəri tamlığa və birliyə 
qovuşmasına  böyük  ehtiyac  duyulmaqdadır.  Artıq  mədəni 
müxt
əlifliyə tərəfdar olan  müasir  dünyanın xoşməramlı  söz 
sahibl
əri dərk  etmişlər ki, modern texnogen tərəqqiyə  kök-
l
ənmiş sivilizasiyanın ruhi-mənəvi dəyərlərlə vəhdətinə diq-
q
ət yetirilməzsə, bütövlükdə insanlığın harmoniyası pozular, 
b
əşəriyyət intellektual və  mənəvi  tarazlığını  itirməklə  daha 
böyük qlobal t
əhlükələrlə  üzləşər. Beynəlxalq mədəni təş-
kilatlar s
əviyyəsində maddi və mənəvi inkişafdakı tarazlığın 
saxlanmasına göstərilən cəhdlərin dəstəklənməsi isə dünya-
nın xoşbəxt gələcəyinə dair nikbin proqnoz və fəaliyyətləri 
h
ələ də stimullaşdırmaqdadır. 


 
184 
Hazırda  milli  mədəniyyətlər  lokal  çərçivələrdən  çıxıb 
qlobal mədəni məkanda inteqrasiyaya cəlb olunsa da, hələlik 
sosial-
mədəni  fərqlər,  bənzərsiz,  bir-birini  təkrarlamayan 
mədəniyyətlər  mövcuddur.  Mədəni  fərqlər,  kültürəl  çeşidli-
lik  qlobal  səviyyədə  dialoqa  və  inteqrasiyaya  mane  olan 
səbəblər  kimi  qavranılır.  Çünki qloballaşma  bir  tərəfdən 
xalqları  ayıran  müxtəlif  çeşidli  sərhədləri  sürətlə  dağıdır, 
digər  tərəfdən  də  mədəniyyət  və  xalqların  çoxluğunun  təd-
ricən  itmə  təhlükəsini  artırır.  “Bu  mürəkkəb  problemlərin 
həlli,  yalnız  təkcə  ayrı-ayrı  şəxslərin  deyil,  həm  də  bütöv 
xalqların  hüquq  və  azadlıqlarının  ən  ümumi,  universal  və 
mütləq  xarakterini  qəbul  edən  plüralizmin  fəaliyyət  göstər-
diyi  gerçək  demokratik  cəmiyyətlərdə  mümkündür.  Dünya 
hələ ki, belə ideal vəziyyətdən çox uzaqdır” (1, s. 12). Təəs-
süflər olsun ki, demokratik dəyərlərin prioritet qazanması ilə 
yanaşı həm də getdikcə daha çox siyasiləşən və kriminalla-
şan  dünyanın  mənəviyyat  sahəsindəki  meyarları  məqsəd 
deyil,  vasitə  olaraq  qalmaqdadır  ki,  belə  bir  situasiyada  si-
yasi  güclərlə  mədəni  dünyanın  məqsədlərindəki  ziddiyyət 
insanlığı da yol ayrıcında saxlayır. Bu mənada, M.Ə.Rəsul-
zadənin ötən əsrdə söylədiyi bir fikir siyasətlə mədəniyyətin 
bugünkü qar
şılıqlı təsirlənmələri üçün də etalon hesab edil-
məlidir. İdarəçilik sahəsində qazanılmış qiymətləri elm ölçü-
sü ilə dəyərləndirərək, cəmiyyət nizamını ona görə qurmağın 
“ictimai  bir  ideal”  olmasını  zəruri  hesab  edən  M.Ə.Rəsul-
zadə  “Elm  və  siyasət”  məqaləsində  yazırdı:  “Mədəniyyətin 
qayəsi siyasəti elmə tabe etdirməkdir” (126, s. 88). 
M.Ə.Rəsulzadənin  elm,  siyasət  və  mədəniyyətin  hansı 
bir  məqsədə  xidmət  etməli  olduğunu  aydın  göstərən  bu 
düsturu  yalnız  dünya  gücləri  tərəfindən  tətbiqini  tapdığı 
təqdirdə  insanlığın  perspektivlərinə  nikbin  baxıla  bilər. 
Mədəni dünyanın da qənaəti budur ki, bəşəriyyətin mənəvi-
əxlaqi  dəyərləri  aşınmalardın  qorunmalı,  bütün  bu  dəyərlər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə