Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   54   55   56   57   58   59   60   61   ...   65

 
176 
s. 22; 64, s. 3-
4).  Bu  mənada  M.Ə.Rəsulzadə  bəşəriyyətin 
mədəni  tərəqqisində  elm  və  mədəniyyətin  məqsədlərinə  də 
toxunaraq  yazırdı  ki,  “Mədəniyyətin  qayəsi  siyasəti  elmə 
tabe etdirməkdir. İdarəçilik sahəsində qazanılmış qiymətləri 
elm ölçüsü ilə dəyərləndirərək, cəmiyyət nizamını ona görə 
qurmaq ictimai bir idealdır” (126, s. 88). 
Bir  çox  hallarda  söhbətin  Şərq  və  Qərb,  digər  hallarda 
İslam və Xristian sivilizasiyalarından getdiyinə diqqəti çəkən 
S.Xəlilova görə, problemli mövzulardan biri də “sivilizasiya-
lararası”  dedikdə  hansı  sivilizasiyaların  nəzərdə  tutulması 
məsələsidir  (34,  s.  5).  Təbii  ki,  bu  məsələ  yeni  deyildir  və 
uzun zamandan bəri müzakirə edilməkdədir. Hələ A.S.Toyn-
bi bəşər tarixini sivilizasiyaların əvəzlənməsi kimi nəzərdən 
keçirir  və  bu  zaman  ayrı-ayrı  dövrlərdən,  imperiyalardan, 
coğrafi,  dini  və  hətta  etnik-milli  bölgülərdən  istifadə  edirdi 
(145
, s. 19). Yəni, əslində nisbi daxili tamlığa malik böyük 
ictimai  birliklərin  yaranması,  inkişafı  və  süqutundan  bəhs 
o
lunur. Ümumbəşəri tərəqqi bax beləcə, lokal inkişaf proses-
lərinin  dinamik  məcmusu,  sintezi  kimi  götürülür.  Lakin  bu 
lokal proseslər necə toplana bilər və onlar vahid ümumbəşəri 
inkişafın  ünsürləri  kimi  nə  dərəcədə  bir-birilərini  tamamla-
yırlar? (34, s. 6). Problemə bir çox Azərbaycan ziyalıları öz 
münasibətlərini  bildirmişlər.  Məsələn,  Şərq-Qərb  sivilizasi-
ya
ları ilə bağlı Ə.Ağaoğlu yazırdı ki, “Şərq-Qərb mədəniy-
yətləri  yalnız  İslam-Xristian  mədəniyyətlərindən  ibarət 
olmadığı  kimi  islamiyyət  və  xristianlıq  da  yalnız  Quran  və 
İncildən ibarət deyildir” (83, s. 20). Fərqli baxışlar içərisində 
hər  hansı  bir  mədəniyyət  və  ya  sivilizasiyanın  digərindən 
üstünlüyündən  bəhs  edilməsinin  qeyri-ciddi  və  qeyri-elmi 
mövqe  olduğunu  düşünən  ziyalılar  da  vardır.  Bu  mənada, 
müasirimiz  olan  S.Hantinqtonun  nəzəriyyəsini,  hər  şeydən 
öncə,  problemin  metodoloji  qoyuluşuna  görə  yanlış  hesab 
edən  R.S.Ulusel  yazır  ki:  “Sivilizasiyaların  toqquşması”  – 


 
177 
dünya  ölkələrini  “doğma”  və  “yad”,  “dost”  və  “düşmən”, 
“sivil”  və  “barbar”  parametrləri  ilə  fərqləndirməyin  arxaik 
üsuluna  gətirib  çıxarır.  S.Hantinqtonun  nəzəriyyəsinin  ən 
qəbuledilməz və zərərli cəhəti bundan ibarətdir ki, o, dünya 
sivilizasiyalarını  iki  qarşı  duran  tərəfə  bölür:  “Qərb  və 
Qalanları”, “Qərb” – identikliyi olan sivilizasiyadır, “Qalan-
ları”nın  yeganə  “identikliyi”  isə  bundan  ibarətdir  ki,  onlar 
Qərb  sivilizasiyasından  fərqlənir  (79,  s.  79).  Hərçənd  ki, 
əksər tədqiqatçıların qənaətinə görə, hər bir mədəniyyət öz-
özlüyündə dəyərlidir, sadəcə, bu fərqli, başqa mədəniyyətdir 
(7
,  s.  120).  Şərqşünaslıqda  və  eləcə  də  qərbşünaslıqda 
“Şərq” və “Qərb” anlayışları fundamental kateqoriyalar kimi 
başa  düşülür.  Klassik  elmdə  bu  anlayışlar  coğrafi  səciyyə 
daşımış və uzun müddət, yanlış olaraq, bu cür də qalmışdır. 
Tarixdə və o cümlədən mədəniyyətşünaslıqda – mədəniyyət 
nəzəriyyəsində bu anlayışlar coğrafi səciyyə daşıyan termin-
lərdən  elmi  kateqoriyalara  çevrilə  bilməmişdir.  Bunun  sə-
bəblərinə gəldikdə isə, deyilə bilər ki, hər şeydən əvvəl, hə-
min anlayışlar hətta sırf coğrafi planda belə, prinsipcə, şərti 
xarakter daşıyır, çünki zaman və məkanda, məntiqi həcmdə 
də dəqiqliyə malik deyil. Tarix elmində terminoloji situasi-
yanın  o  qədər  də  az  əhəmiyyət  kəsb  etməyən  aspektinə  bir 
vaxtlar  məşhur  şərqşünas,  akademik  N.İ.Konard  diqqət  ye-
tirmişdir (7, s. 238). Qlobalist tipli tarixi-kulturoloji konsep-
siya
larda “Şərq”, “Qərb” anlayışları nə coğrafi, nə də lokal 
baxımdan  məhdudlaşdırılmır.  Mədəniyyət  haqqında  yazılan 
ədəbiyyatlarda “Şərq” və “Qərb” bəzən qarşı-qarşıya qoyu-
lur, bəzən isə çox yaxın dixotomik anlayışlar kimi işlədilir. 
...Şərq  və  Qərb  mədəniyyətləri.  ...Deməli,  “bütün  zamanlar 
və bütün xalqlar” üçün mövcud olan ümumi mədəniyyətdən 
danışmaq ağlabatan deyildir... (7, s. 383-384). 
Müasir tədqiqatçıların əksəriyyəti “Şərq” və “Qərb” anla-
yışlarını heç də coğrafi terminlər kimi işlətmirlər. Baxmaya-


 
178 
raq ki, bu anlayışlar  əvvəlcə ölkələrin coğrafi yerləşməsinə 
uyğun  olaraq  işlədilmişdir,  lakin  sonralar  onların  simvolik 
mənaları  formalaşmışdır.  Belə  ki,  əvvəla,  Şərq  –  ənənəvi-
li
yin,  Qərb  isə  müasirliyin  simvolu  kimi  başa  düşülür.  Bu 
baxımdan,  Şərqdə  və  Qərbdə  elmin,  mədəniyyətin,  təhsilin 
xüsusiyyətlərinin də məkandan daha çox zaman göstəriciləri 
ilə  səciyyələnməsi  qənaətində  olan  S.Xəlilov  yazır  ki,  bəli, 
Şərq və Qərb coğrafi bölgüdən daha çox, zaman bölgüsüdür. 
Qədimilik  və  ənənəvilik  müasirliklə,  modernləşdirmə  ilə 
qar
şılaşır. Şərq dedikdə, insana əzəldən xas olan, onun ma-
hiyyətini ifadə edən mənəvi-əxlaqi keyfiyyətlər, Qərb dedik-
də,  insanın  yeni  dövrdə  əldə  etmiş  olduğu  intellektual  və 
texnoloji uğurlar yada düşür (34, s. 10-11). 
Qərb-Şərq  mədəniyyətlərinin  mahiyyəti  məsələsinə  de-
mək olar ki, bütün türk böyükləri öz münasibətlərini bildir-
mişlər. Bu mədəniyyətlərin coğrafi və ya simvolik  mənala-
rına dair çox müxtəlif fikirlər söylənilmişdir. Bu problemin 
izahında M.Ə.Rəsulzadənin mülahizələri də çox önəmli yer 
tutmaqdadır və zənnimizcə, ən məntiqi yanaşma da elə bu-
dur. M.Ə.Rəsulzadə yazır ki, Avropa mədəniyyətini mənim-
səmə məsələsində çox vaxt yanlış şərhlərə yol verilir. Bəzən 
elə  təəssürat  yaranır  ki,  guya  Şərqi  atıb,  Qərbi  tuturuq. 
Əslində  isə  islam-xristian,  şərq-qərb  mədəniyyəti  anlamla-
rının  orta  çağ  və  müasir  mədəniyyət  şəklində  işlədilməsi 
doğru olardı (64, s. 3). M.Ə.Rəsulzadə mövqeyini belə əsas-
landırırdı  ki,  çağdaş  mədəniyyətə  ayaq  uydurmağa  yönəl-
dilmiş  islahat  hərəkatına  bizdə  qərbliləşmək  və  avropalı-
laşmaq adı verilməkdədir. Geri qalmış Şərq məmləkətlərini 
“Qərb  mədəniyyətinə”  çatdırmaq  yolunda  radikal  üsullara 
baş  vuran  milli  türk  inqilabının  ideolojisini  işləyənlər  Şərq 
mədəniyyəti və Qərb mədəniyyəti deyə ikiyə ayrılan mədə-
niyyət  anlamlarını  qarşılaşdırırkən  əsaslı  bir  xətaya  düşür, 
yanlış termin işlədirlər. Halbuki mədəniyyətin coğrafi sahə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə