Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   52   53   54   55   56   57   58   59   ...   65

 
170 
verdikləri  təriflər  də  tamamilə  eyni  mənanı  verməkdədir. 
Z.Göyalp  da  Ə.Ağaoğlu  kimi  Avropa  mədəniyyətini  ayrı-
ayrı  ünsürləri,  tərkib  hissələri  ilə  deyil,  sistem  halında 
mənimsəmək tərəfdarı olmuşdur: “Hər mədəniyyət başqa bir 
sistemə  mənsubdur.  Bir  qayda  olaraq,  hər  mədəniyyətin 
başqa bir məntiqi, başqa bir gözəllik anlayışı, başqa bir həyat 
görüşü vardır. Buna görə də, mədəniyyətlər bir-birinə qarış-
mırlar. Yenə buna görədir ki, bir mədəniyyəti bütün sistemi 
ilə  qəbul  etməyənlər,  onun  bəzi  hissələrini  mənimsəyə  bil-
mirlər. Mədəniyyəti də, din kimi üzündən deyil, içindən mə-
nimsəmək  lazım  gəlir.  Mədəniyyət  də  eyni  ilə  din  kimidir. 
Ona da inanmaq və ürəkdən bağlanmaq lazımdır” (26, s. 55). 
Onu da qeyd edək ki, “fikrimin atası Ziya Göyalpdır” (26, s. 
5)  deyən,  Avropa  mədəniyyətini  fikirdə,  sözdə  və  əməldə 
həyata keçirən, tətbiq edən M.K.Atatürk də Ə.Ağaoğlu şəx-
siyyətinə ehtiram göstərmiş, ideyalarını dəstəkləmişdir. Ona 
görə  də  Avropa  mədəniyyətini  bütünüylə,  sistem  halında 
mənimsəmə  məsələsində  bu  şəxsiyyətlər  arasındakı  müna-
sibətləri əks mövqelər səviyyəsinə, ziddiyyət halına gətirmək 
doğru  deyil.  Mədəniyyətin  dəyişməsi  ilə  milli  şəxsiyyəti-
mizin halı necə olacaqdır? – sualının cavablarında da hər iki 
mütəfəkkirin  qənaətləri  eynidir.  Z.Göyalp  da  mədəniyyət 
deyərkən “eyni inkişaf çevrəsində olan bütün məfhumların, 
bilgilərin və elmlərin məcmusu”nu nəzərdə tutur. O, “mədə-
niyyət  üsul  ilə  düzəldilən  və  təqlid  yolu  ilə  bir  millətdən 
digərinə keçən məfhumların və texnikaların məcmusu oldu-
ğu halda, milli kültür isə həm üsul ilə yaradılmayan, həm də 
təqlid yolu ilə başqa millətlərdən alınmayan duyğulardır” – 
deyərkən  eyni  zamanda  Avropa  mədəniyyətinə  girməklə 
milli  şəxsiyyətimizə  bir  xətər  dəyməyəcəyini  bildirirdi  (26, 
s. 42). 
“Mədəniyyət  bölünməz  bir  bütündür”  fikrini  çox  kərə 
işlətmiş  Ə.Ağaoğluna  görə  eyni  mədəniyyətin  dəyişik  bir 


 
171 
çox  əlamətləri,  müəssisələri  çeşidli  millətlərin  ruhlarından 
keçərkən  türlü  şəkil  və  rəng  alır.  Hər  millət  onlarda  özünə 
xas olan doğuşdan şəxsiyyətini əks etdirir. Ə.Ağaoğlu Qərb 
mədəniyyət çevrəsində ingilis, alman, fransız və s. xalqların, 
Şərq mədəniyyət çevrəsində isə türk, ərəb, fars və s. xalqla-
rın milli xüsusiyyətlərini – belə bir şəkil çoxluğunu, özəlliyi 
milli şəxsiyyət adlandırır. Onun qənaətinə görə özlük deyilən 
şey  elə  bundan  ibarətdir.  Bu  doğuşdandır,  müqəddərdir, 
istəyə  bağlı  deyildir,  istər-istəməz  özünü  göstərir.  Kainatda 
eyniyyət  yoxdur.  Eyniyyət  olmadıqca  şəxsiyyət  labüddür. 
Heç bi
r  başqalarından  alış  onu  təhlükəyə  soxmaz.  Əksinə 
olaraq,  özünü  göstərmək  üçün  yeni  sahələr  hazırlar.  Milli 
şəxsiyyəti yalnız hərəkətsizlik öldürər (83, s. 17). 
M.Satinin (Sati-
əl  Hüsri)  baxışları  bir  çox  məqamlarda 
Ə.Ağaoğlunun  kulturoloji  görüşləri  ilə  eyniyyət  təşkil  edir. 
M.Satinin  “Avropadakı  fikir  cərəyanları  başımız  üzərindən 
gəlib  keçmiş  və  bizim  xəbərimiz  belə  olmamışdır”  fikri  ilə 
eyni mövqedə olan Ə.Ağaoğlu, artıq Şərq örnəklərinin fay-
dasız olduğunu, işə yaramadığını bildirir: “Mən Şərqdən ala 
b
iləcəyimin  hamısını  artıqlaması  ilə  aldım.  Fəqət  bu  aldıq-
larımın hamısı nə məni və nə də Şərqi qurtardı. Bütün Şərq 
də mənim halımda və hətta daha betər! Bu gün mən az-çox 
özümü  müdafiə  edə  bilirəmsə,  az-çox  müqavimət  istedadı 
göstərirəmsə,  hakkülinsaf  etiraf  olunarsa  yenə  o  Qərbin 
sayəsində, o Qərbdən aldığım əxzlərlədir” (82, s. 65-66). 
Bütün  Şərqi  öldürən  və  bizim  də  bir  çox  səy  və  çalış-
malarımızı, fəaliyyətlərimizi batil edən – prinsipsizlik, riya-
kar
lıqdır. Hər bir millət və camaat üçün hər zaman ar olan bu 
xisləti  artıq  üzərimizdən  çırpınıb  atmalıyıq  (82, s. 58). 
“Dövlət millətdir, dövləti quran ünsürdür” – qənaətində olan 
Ə.Ağaoğluna  görə  bütün  hakimiyyət  millətə  aid  olduğu 
kimi, bütün haqlar da  ona aiddir.  Əgər belə bir hakimiyyət 
və  haqqa  öz  xoşumuzla,  qətiyyət  və  iradəmizlə,  mübarizə-


 
172 
mizlə nail olsaq nə yaxşı, yoxsa tarix qarşısında pərişanlığı-
mız  və  məğlubiyyətimiz  labüddür.  Məğlubiyyətdən  yaxa 
qurtarmağın  yolu  isə  Qərb  mədəniyyətini  mənimsəməkdir. 
Lakin bu proses eyni zamanda cəmiyyətin özünü daxili na-
qisliklərindən, nöqsanlarından, qatı mühafizəkar ənənələrin-
dən  özünütənqid  yolu  ilə  qurtulması  sayəsində  həyata  ke-
çirilə bilər. Ə.Ağaoğlu müasir Qərb aləminin qədim cəmiy-
yətlərin statik, qapalı sistemlərindən əsas fərqini özünüinkar 
və  özünütənqid  prinsipinin  mahiyyətində  axtarır.  Çünki 
qapalı-ənənəvi cəmiyyətlər özünə tənqidi münasibətə dəyər, 
qiymət  verməmiş,  geriliyin,  “məğlubiyyətin”  kökünü  özlə-
rində deyil, kənarda aramış, bu səbəbdən də digər toplumlar, 
çevrələrlə daimi çarpışmalarda olmuşlar. 
Özünütənqid və üstün mədəniyyətləri mənimsəmə yolu-
nun  doğruluğuna  inanan  türkçü  ziyalılara  görə,  XVIII  əsrə 
qədər Şərq mədəniyyətində olan rusların I Pyotrun zəhmət-
ləri  ilə  Qərb  mədəniyyətinə  keçməsi  hadisəsi  bir  millətin 
mədəniyyətini  dəyişməsinə  gözəl  bir  örnəkdir.  Yaponların 
dinlərini və milli şəxsiyyətlərini qorumaq şərtilə Uzaq Şərq 
mədəniyyətini tərk edərək Qərb mədəniyyətinə girmələri isə 
mədəniyyət  tarixinin  ən  möcüzəli  məqamlarındandır.  “Ya-
pon
lar  bu  cür  etməklə  dinlərindən,  milli  kültürlərindən  bir 
şey  itirdilərmi?  Qətiyyən!  Elə  isə  biz  nə  üçün  tərəddüd 
edirik? Biz də türklüyümüzü və  müsəlmanlığımızı  qoruyub 
saxlamaq şərtilə Qərb mədəniyyəti dairəsinə qəti olaraq girə 
bilmərikmi?” (26, s. 62). 
Z.Göyalp  da,  Ə.Ağaoğlu  kimi  sistemləri  bir-birinə  əks 
olduğu,  ikisi  də  bir-birini  pozmağa  səbəb  olduğu  üçün  iki 
zidd mədəniyyətin yan-yana yaşamasının mümkün olmaması 
qənaətində olmuşdur. Z.Göyalpa görə mədəniyyət bütün in-
san  cəmiyyətlərində  vardır.  Mədəniyyət  eyni  inkişaf  səviy-
yəsində olan bir çox millətlərin ictimai həyatlarının ortaq bir 
bütünüdür, bir qrup qurumların, müəssisələrin, yəni düşünüş 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə