Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   50   51   52   53   54   55   56   57   ...   65

 
164 
Avropa  mədəniyyəti,  pək  məsud  bildiyimiz  Qərb  həyatı 
nəzəre-təqliddən  keçiriliyor  isə,  o  mədəniyyət  içində,  o 
elektrik fanarları ziyası altında necə vəhşiliklər, canavarlıq-
lar, o həyati-məsudanə içində necə səfahət və səfalətlər gö-
zümüzə çarpar ki, mədəniyyət ziyası bəllədiyimiz parlaqlıq-
ların bəzən bir cəhənnəm alveri, məsudeyi-həyat zənn etdi-
yiniz keçinişlərin çox dəfə bir əzab həcm olduğu anlaşılıyor” 
(93, s. 40-
41).  Əlbəttə,  H.Səbri  də  İsmayıl  bəy  və  Əli  bəy 
kimi “avropalıların bu əsrdə ülum və maarif sahəsində böyük 
bir  mədəniyyət  meydana  gətirib,  ixtiraatlar  ilə  aləme-insa-
niyyəti  kəndilərinə  minnətdarlıq  etdiklərini”  (93, s. 41) də 
xüsusi  xatırladır  və  bu  nailiyyətlərin  türklər  tərəfindən  də 
mənimsənilməsini vacib sayırdı (20, s. 247). 
Abbas Səhhət “İqbal” qəzetində 1914-cü ildə nəşr olun-
muş “Milli ideallar” adlı məqaləsində milli adət-ənənələrin, 
milli  ruhun  qorunub  saxlanması  tələbini  bütün  ciddiliyi  ilə 
irəli  sürmüşdü.  “Ürəfamızdan...  milli  adətlərimizi  həmişə 
nəzərdə tutmaqların təmənni edərəm... bunlarsız millət yaşa-
maz” deyərək türklərin tarixən yad mədəniyyətlərin havasına 
çox tez alışdıqlarını, mühitin təsirinə düşdüklərini xatırladır, 
bu meyli millətin gələcəyi üçün təhlükəli bir tendensiya kimi 
pisləyirdi:  “Dünya  tarixinin  səhifələrini  araşdırsaq,  biz 
türklər kimi mühitin təsiratına tabe qövm azdır, bəlkə yoxdur 
desəm,  xəta  etməmiş  olaram  zənnindəyəm.  Daima  şərəfi-
mill
imimizi,  ədəbiyyatımızı,  lisanımızı,  ədəti-qövmiyyələri-
mizi  unutmağa  hazırıq.  Ədiblərimiz,  şairlərimiz  ərəbi,  farsi 
yazmağı  özlərinə  bir  şərəf,  bir  fəxr  sanmışlar.  Hər  tayfanı 
həmişə  özünə  tanıtdıran  ədibləri,  şairləri  olduğu  halda 
bizimkilər qeyrilərinə uymağa, qeyriləri tərif və tosif etməyə 
həvəsli  olmuşlar.  Üdəba  və  şüəramız  türklüyə  həmişə 
istehqar  ilə  baxmışlar.  Odur  ki,  milli  rüsum  və  adətimiz 
unudulmuş və ortadan qaldırılmışdır (68; 20, s. 249). 


 
165 
“Həyat”ın  baş  məqaləsindəki  müddəalardan  aydın  olur 
ki, o dövr ziyalıları arasında bir-birinə zidd mövqelərlə bağlı 
mübahisələr  gedirdi.  Məsələn,  baş  məqalədə  deyilirdi  ki, 
“mötədil tərəqqipərvərandan bulunacağımız cəhətlə sağımız-
da və solumuzda duran iki böyük firqə ilə mübarizəyə məc-
bur  olacağız.  Sağımızda duranlar firqeyi-mühafizəkarandır 
ki,  hər  növ  tazə  və  cədid  şeylərdən  və  işlərdən  həzər  edib 
insanları  ələddəvam  bir  nöqtədə  saxlamaq  xəyalındadırlar. 
Bunlar  daim  xalqın  irəliləməsinə  sədd  çəkirlər.  Solumuzda 
duranlar  isə  rəqiblərimizi  kor-koranə  təqlid  edərək  birdən-
birə sıçramaq, özlərini qorxulu girdablara, uçurumlara atmaq 
istəyirlər!  Hər  iki  tərəfdən  əlhəzər!  Birincilər  dini-mübini-
islamın  ruhuna  vaqif  olmayaraq  öz  zövq  və  həvəslərinə 
müvafiq  bir  halətdə  qalmasını  xahiş  edirlər.  İkincilər  isə 
zənn  edirlər  ki,  islamda  mədəniyyətə,  tərəqqi  və  təkamülə 
xidmət edəcək bir şey yoxdur. Avropa cəhətindən əsən bütün 
yellər,  hətta  zəhərli  yellər  belə  şəfabəxşdir.  Bunlar  (...) 
materializmin,  ateizmin,  sosializmin  mahiyyətlərinə  özləri 
belə agah olmadan bu təriqəti-fəlsəfiyyələri nəşrə çalışıyor-
lar!..” (58, s. 47). 
Bu  təzadlar  özünü  əsasən  mütərəqqi  mədəniyyətin  necə 
mənimsənilməsində  büruzə  verirdi,  yoxsa  ictimai-siyasi 
mövqeyindən  asılı  olmayaraq  bütün  ziyalılar  H.Zərdabinin 
“b
izim  zəmanəmiz  elm  zamanıdır”  fikrində  həmrəy  idilər 
(12, s. 21-22).  “
Bəli, biz də keçmiş islam mədəniyyətlərin-
dən, indiki Avropa tərəqqisindən ibrət alırıq” – deyən “Şər-
qi-
Rus”  yazarı  (qeyd  edək  ki,  məqalənin  bir  mənbədə 
Ö.F.Neman
zadəyə (60, s. 34-41), digər mənbədə isə M.Şah-
tax
tlıya (12, s. 24-30) aid olduğu iddia edilir) “Dərdimiz və 
dərmanımız”  adlı  məqaləsində  belə  bir  sual  qoyurdu  ki, 
amma bu ibrəti necə alırıq? Əsas məsələ də elə bundadır. Bir 
çoxları özünü oxumuş və ağıllı göstərib “kar-görməz fikirlə 
guya  tərəqqi  etmək,  qabağa  getmək  istəyirlər.  Heyhat!  Bir 


 
166 
qisim işlərimiz də var ki, mədənilərin əsərlərini və o səbəblə 
də  onların  rəftarlarını,  hallarını  xoş  görüblər.  Onlar  kimi 
olmaq  istəyirlər.  Mədəniyyəti  paltarda,  dildə  zənn  edərək 
uzun  arxalıqlarını,  başmaqlarını  çıxarıb  gödək  jaket,  dar 
çəkmə geyirlər. Hər kəsin on beş, iyirmi ildə yetdiyi indiki 
mərtəbəyə  bunlar  beş-on  manatla  on  dəqiqəyə  nail  olurlar. 
Az  vaxtda  tərbiyəli  meymunlar  kimi  yekə  bir  obrazovannı 
olub  qurtulurlar  (qeyrətlərinə  nəzər  dəyməsin!),  firəng 
köynəklərinin  yaxasını  qulaqlarına  qədər  çıxarırlar.  Amma 
qafalarından köhnə fikri, xəbərsizliyi çıxaramayıblar”.  
İlk növbədə nələrin mənimsənilməsi olduğuna dair fikir-
lər  fərqli  olduğu  kimi,  onların  təbliğat  üsulları  da  müxtəlif 
idi. Burada elmi, ədəbi-bədii formalardan tutmuş satiraya və 
publisistikanın digər mümkün imkanlarına qədər istifadə edi-
lir
di. Bu mənada, Ə.Hüseynzadənin rəhbərlik etdiyi füyuzat-
çıların  təbliğatı  bir  cür,  C.Məmmədquluzadə,  M.Ə.Sabir, 
Ö.F.Nemanzadə  kimi  mollanəzrəddinçilərinki  başqa  cür, 
Ə.Ağaoğlu,  Ü.Hacıbəyov,  M.Ə.Rəsulzadə  və  digər  ziyalı-
larınkı da ayrı cür idi. Amma məqsəd bir idi: xalqı cəhalət 
yuxusundan  ayıltmaq  və  müasir  mədəniyyət  yoluna  istiqa-
mətləndirmək. Bu məqsədlə onlar tənqidlə yanaşı hətta isteh-
za  və  kinayə  üsulundan  da  istifadə  edirdilər.  “Şərqi-Rus” 
qəzetində getmiş məqalədə deyilirdi ki, yeri gələndə qədim 
ərəb  mədəniyyəti  ilə  fəxr  edirik.  “Avropalılar  mədəniyyəti 
islamlardan aldılar, deyə şişirik. Amma bir kərə fikir edəlim 
ki, bu bizim üçün nə qədər ayıbdır. Avropa xaçpərəst ola-ola 
qədim  islam  mədəniyyətini  qəbul  etsə  də,  biz  öz  malımızı 
almaqda, öyrənməkdə bu dərəcədə inad göstərək? Üzrümüz 
qəbahətdən  böyükdür.  Utanalım!  Utanalım!  Xülasə,  indiyə 
qədər min dürlü təcrübələr ilə isbat edilmiş bir həqiqətdir ki, 
hər millət mərifət ilə yaşar, cəhalət ilə yox olar” (60, s. 34-
41; 12, s. 24-30).  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə