Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə17/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   355
INFORMATIKA KITAB BUTOV-1

III nəsil kompüterlər
. Bu mərhələ 1964-
1975
-
ci illəri əhatə edir. 
Üçüncü nəsil kompüterlərin element bazalarını 
inteqral sxemlər və ya 
mikrosxemlər
təşkil edirdi
6
. Mikrosxemlər təqribən 10 mm

ölçüyə malik 
olub, on min tranzistoru əvəz etməyə qadir idi. Bu isə kompüterlərin sürətlə 
miniatürləşməsini və ucuzlaşmasını təmin etdi. Bununla yanaşı üçüncü nəsil 
kompüter
lərin məhsuldarlığı kəskin yüksəldi. Artıq kompüterlərdə 100 
kilobaytlarla ölçülən operativ yaddaşlar tətbiq olunurdu, onlar saniyədə 10 
milyon əməliyyat yerinə yetirə bilirdi. Miniatürləşmə ilə paralel olaraq 
kompüter
lərin arxitekturasında köklü dəyişiklik baş verdi. Xarici yaddaş 
qurğusu olaraq maqnit disklərindən və diski oxuyan qurğulardan - 
diskovodlardan istifadə edildi. Bir sıra xüsusi təyinatlı kompüterlər məsələn, 
kosmik raketlərdə, aviasiyada və gəmilərdə istifadə edilən bortkompüterlər 
me
ydana gəldi. Bununla yanaşı az - təqribən 4 kilovat enerji sərf edən mini 
kompüter
lərin istehsalına başlandı. Məsələn, ABŞ-da RDR, VAX mini 
kompüter
ləri və 
SSRİ
-
də isə onların analoqu olan CM-1/2/3/4/1420 və s. 
istehsal olundu. Mini kompüter
lər sənayedə texnoloji proseslərin idarə 
edilməsində, məlumat banklarının yaradılmasında və informasiyanın idarə 
edilməsində geniş istifadə olunurdu. Üçüncü nəsil kompüterlər seriya şəklində 
istehsal olunurd
u. ABŞ-da İBM 360, SSRİ və Şərqi Avropanın keçmiş sosialist 
ölkələrində EC seriyalı kompüterlər istehsal olunurdu. Üçüncü nəsil 
kompüter
lərdə ilk dəfə olaraq multi proqram rejimi tətbiq olundu. Bu rejim 
paralel olaraq bir neçə istifadəçinin proqramının yerinə yetirilməsini təmin etdi.
4
Bax: Alqoritmik dillər. 
5
Bax: Proqram təminatı. 
6
Bir sıra ingilis dilli ədəbiyyatlarda 
mikrosxem
əvəzinə 
Chip
işlədilir. 


17 

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə