Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə18/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   355
INFORMATIKA KITAB BUTOV-1

IV nəsil kompüterlər. 
Bu mərhələ böyük inteqral sxemlərin kompüter 
istehsalında tətbiqi ilə 1974-1976-cı ildən başlamışdır. 
Böyük inteqral 
sxemlər
bir kristal üzərində minlərlə tranzistor və digər elektron komponentləri 
birl
əşdirməyi təmin etdi. Bunun nəticəsində əvvəllər ayrı-ayrı elementlərdən 
ibarət olan kompüterin funksional qurğularını böyük inteqral sxemlər əvəz etdi. 
Məsələn, böyük inteqral sxemlərdən ibarət olan mikroprosessorlar, xarici 
qurğular kontrollerləri, operativ yaddaş və digər qurğular yaradıldı. Bunun 
nəticəsində kompüterlərin məhsuldarlığı və etibarlığı on dəfələrlə yüksəldi. 
Böyük inteqral sxemlərə keçid kompüterin qurğularını kiçik ölçülü bir lövhə - 
“ana lövhə” üzərində asanlıqla yerləşdirməyi mümkün etməklə birlövhəli 
kompüter
lərin istehsalını təmin etdi. Altair adlı ilk mikro kompüter 1974-75-ci 
ildə Intel 8080 mikroprosessoru əsasında istehsal olundu və bununla da 
insanlar ucuz, az enerji sərf edən, istifadə üçün həddən artıq rahat və əlavə işçi 
heyəti tələb etməyən, şəxsi istifadə üçün nəzərdə tutulmuş və bu səbəbdən fərdi 
kompüter
lər adlanan kompüterlər əldə etdilər. 1981-ci ildə İBM firması fərdi 
kompüter
lərin kütləvi istehsalına başladı və mikroprosessorlar istehsal edən 
İntel firması ilə əməkdaşlıq edərək fərdi kompüterlərin əsas istehsalçısına 
çevrildi. 
Mikroelektronikada əldə edilən uğurlar və müasir proqram təminatının 
yaradılması sayəsində fərdi kompüterlərin sürətli təkamülü təmin 
olunmaqdadır. 
V nəsil kompüterlər.
Bu mərhələ müasir dövrü əhatə edir və məqsəd 
yeni və ən yeni elektron texnologiyalara əsaslanan müasir və gələcəyin 
kompüter
lərinin istehsalını təşkil etməkdir. V nəsil kompüterlər çox yüksək 
məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni funksional 
tələblərə, o cümlədən sözlə, biliklər bazaları ilə işləməyə, süni intellekt 
sistemlərinin təşkilinə, istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin 
etməyə, ən yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və 
s. imkan verməlidirlər. Hal-hazırda neyron, qeyri-səlis məntiq – Fuzzy 
nəzəriyyəsinə əsaslanan yeni texnologiyaları və nano texnologiyaları tətbiq 
etməklə bio və optik neyrokompüterlərin yaradılması nəzərdə tutulur.
Müasir Kompüter
lər aşağıdakı siniflərə bölünür:

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə