Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə255/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   251   252   253   254   255   256   257   258   ...   355
INFORMATIKA KITAB BUTOV-1

Kompüter 
animasiyası
Kompüter
in displeyində hərəkət edən təsvirlərin alınması kompüter 
animasiyası adlanır. “Animasiya” – “canlandırmaq” mənası daşıyır. 
Yaxın keçmişdə multiplikator rəssamları filmləri adi üsullar ilə 
yaradırdılar. Hərəkətin alınması üçün, onlar minlərlə, bir-birindən cuzi 
dəyişikliklərnən fərqlənən, şəkillər çəkməli olurdular. Sonra bu şəkilləri 
kinoplyonkaya salırdılar. Kompüter animasiyası bu nəhəng işin böyük 
hissəsini öz üzərinə götürür. Məsələn, rəssam təsvirin ekranda yalnız əvvəlki 
və sonuncu vəziyyətini yaradır, təsvirin aralıq vəziyyətlətini kompüter özu 
hesablayıb, göstərir. Təsvirin hərəkət üsulları yenə də riyazi hesablamalarla 
bağlıdır. Alınmış təsvirlərin müxtəlif tezliklərnən ekrana çıxarılması, təsvirin 
hərəkətinin illuziyasını yaradır.
Təsvirlərin yaradılma üsullarına görə, kompüter qrafikası fərqlənir:

Rastr qrafikası 

 
Vektor qrafikası 

 Üçölçülü qrafika 

 Fraktal qrafi
kası

Simvol qrafikası 
 
9.2. Rastr redaktorları 
 
Rastra
qrafika şəkillərin skanerləşdirilməsi, rəqəmli fotoaparat
videokamera çəkilişləri vasitəsilə alınır və nöqtələrdən təşkil olunur. Rastra 
qrafika üçün əsas xarakteristika vahid uzunluğa düşən nöqtələrin sayıdır. 
Rastra qrafika termini İngilis dilində «
Bitmap
-qrafika»- 
termininə uyğun gəlir 
və mənası-
bit 
ölçüsünün yerləşdiyi xəritə deməkdir. 
Bu dediklərimiz foto və poliqrafiya təsvirlərinə də aiddir. Rastr 
redaktorları təsvirlərin emalı, foto neqativ şəkillər üzərində lazımi düzəlişlərin 
aparılması, fotoeffektlərin və bədii kompozisiyaların (kollajların) 
yaradılmasında daha çox istifadə olunur. 
Rastr redaktorları vasitələri ilə yeni təsvirlərin yaradılması imkanı bir qədər 
məhdud olur və çox vaxt rahat olmur. Əksər hallarda rəssamlar ənənəvi 
alətlərdən istifadə edib, alınmış rəsmi skanerlər vasitəsilə kompüterə daxil edir 


300 
və sonra rastr redaktorlarının köməyi ilə xüsusi effektləri tətbiq etməklə 
başladıqları işi sona çatdırırlar. 
Son zamanlar rastr qrafikalarından daha səmərəli istifadə edilməsi və 
onların fərdi kompüterlərə daxil edilməsi üçün rəqəmli foto və 
videokameralardan geniş istifadə olunur. Bu səbəbdən də rastr illüstrasiyaları 
ilə işləmək üçün yaradılmış qrafik redaktorların əksəriyyəti təsvirlərin 
yaradılmasından çox, onların emalı üçün nəzərdə tutulmuşdur. 
Rastr təsvirinin əsas elementi 

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə