Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə260/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   256   257   258   259   260   261   262   263   ...   355
INFORMATIKA KITAB BUTOV-1

Fraktal_qrafika__Fraktal_qrafika'>9.4. Fraktal qrafika 
 
Fraktal qrafika
ilə işin proqram vasitələri, riyazi hesablamaların köməyi 
ilə təsvirləri fərdi kompüterlərdə avtomatik generasiya etmək üçün nəzərdə 
tutulmuşdur. Fraktal bədii kompozisiyanın yaradılması üçün təkcə şəkil 
çəkmək və ya tərtibatla məşğul olmaq deyil, bütün prosesi proqramlaşdırmaq 
lazımdır. 
Fraktal qrafika
nın əsasını fraqment təşkil edir.
Fraktal qrafika vektor qrafikası kimi riyazi hesablamalara əsaslanır və onun 
baza elementini isə riyazi düsturların özləri təşkil edir. Bu düsturların köməyi 
ilə üçölçülü obyektlərin, suxur laylarının və s. imitasiyaları yaradılır.
Fraktal qrafikadan 
çap işlərində, həmçinin elektron sənədlərin 
hazırlanmasında nadir hallarda istifadə edirlər. Ondan əsasən fərdi 
kompüter
lərdə əyləncəli oyunlar üçün istifadə olunur. 
Qeyd edək ki, fraktal qrafika da vektor qrafikası kimi hesablanandır. 
Fraktal qrafika ilə iş zamanı fərdi kompüterin yaddaşında heç bir obyekt 
saxlanılmır. Burada təsvirlər tənlik üzrə (və ya tənliklər sistemi üzrə) qurulur. 
Bu səbəbdən də istifadə edilən düsturlardan başqa heç nəyi yaddaşda saxlamaq 
tələb olunmur. Bu düsturların köməyi ilə üçölçülü obyektlərin, süxur 


305 
obyektlərinin və s. imitasiyaları yaradılır. Fərdi kompüterin ekranında bir-
birindən fərqli təsvirlər almaq üçün sadəcə olaraq istifadə olunan tənliklərin 
əmsallarını dəyişdirmək kifayətdir. 
Fraktal qrafika – 
perspektif və inkişaf 
olunan 
kompüter 
qrafikası 
növlərindəndir. Riyazi əsasını fraktal 
həndəsə təşkil edir.
Fraktal
tam hissəsinə bənzər 
hissələrdən ibarətdir. 
Fraktus
– 
fraqmentlərdən ibarət olur və obyekt özünə bənzər olduqda, 
onun böyüdülmüş hissələri də tam obyektə bənzəyir. Fraktalın kiçik bir hissəsi 
bütün fraktal haqqında özündə informasiya daşıyır. Fraktal qrafikası riyazi 
hesablamalara əsaslanır. Fraktal qrafikasının baza elementi – riyazi düsturdur, 
kompüterin yadda
şında heç bir obyekt olmur, təsvir təkcə tənliklər əsasında 
qurulur.
Fraktal kompüter 
qrafikası – iyirmi birinci əsrin kompüter qrafikasıdır. 
Fraktal kompüter 
qrafikası abstrakt kompozisiyaların yaradılmasına imkan 
verir. Fraktal qrafika
nın vasitəsi ilə müxtəlif kompozisiyalar, ornamentlər 
yaradılır. Maşın qrafikası noqteyi nəzəri ilə, fraktal qrafika süni buludlar, dəniz 
dalğaları, dağların səttlərinin yaradılmasında əvəzedilməzdir. Faktiki olaraq
fraktal qrafikasının istifadəsi mürəkkəb Evklid həndəsəsinə aid olmayan və 
təbii obrazlara bənzər obyektlərin yaradılmasına imkan verir.
Fraktal qrafikasından əlavə 

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə