|
Mübariz Xəlilov, Nazlı HəsənovaAlqoritm 2 (Dərsin gedişi)INFORMATIKA KITAB BUTOV-1Alqoritm 2 (Dərsin gedişi).
Zəng vurularkən, sinfə daxil olub, öz
yerimizdə otururuq. Müəllim gələn zaman ayağa qalxıb, onunla salamlaşırıq və
onun göstərişi ilə yerimizdə əyləşib, dərsdə iştirak edirik. Dərsin sonunda zəng
vurulduğu zaman ayağa qalxıb müəllimlə sağollaşırıq. Müəllim sinifdən
çıxdıqda, dərs ləvazimatlarımızı yığışdırıb, sinifdən çıxırıq.
2.7
.
Alqoritmlərin xassələri və təsvir üsulları
Alqoritmlərin aşağıdakı əsas xassələri vardır:
-
diskretlik
–
məsələnin həlli prosesinin emal mərhələlərinə bölünməsi
mümkünlüyü;
-
nəticəvilik
–
məsələnin həlli üçün aparılan sonlu sayda əməliyyatdan
sonra nəticə əldə edilməli və ya nəticənin olmaması haqqında məlumat
verilməlidir;
-
müəyyənlik
–
hər bir mərhələnin məzmununun və mərhələlərin yerinə
yetirilmə ardıcıllığının müəyyən olunması;
-
kütləvilik
–
məsələnin həlli alqoritminin ilkin verilənlərdən asılı
olmamasının mümkünlüyü və müəyyən sinif məsələlərə tətbiq edilməsi.
Bunlardan başqa, alqoritmlərin
sadə
və
yığcam
olması, alqoritmə uyğun
proqramın icrasında
operativliyin
gözlənilməsi də vacib şərtlərdəndir.
Al
qoritm elə qurulmalıdır ki, sonradan o, digər istifadəçilər, uzun müddət
keçdikdən sonra isə hətta alqoritmi quran şəxs üçün asan qavranılsın.
Alqoritmlərdə əlavə, lazım olmayan əməliyyatların aparılmasına yol
verilməməlidir.
Doğrudur, müasir fərdi kompüterlərin sürəti elə böyükdür ki, belə
«lazımsız» bir-iki əməliyyatın proqramın icra vaxtına təsiri həddindən artıq
cüzidir. Lakin onların çoxsaylı təkrar olunan dövr içərisində olması, proqramın
icrasını xeyli ləngidə bilər.
Alqoritmləri müxtəlif üsullarla təsvir etmək olar.
Dostları ilə paylaş: |
|
|