Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə65/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   355
INFORMATIKA KITAB BUTOV-1

Redaktə (Edit,
Правка) menyusuna 
baxaq. 
İmtina (Undo, Отменить) – redaktə zamanı son əməliyyatı ləğv edir. 
Əgər bu əməliyyatı ləğv etmək mümkün deyilsə, o zaman Redaktə 
menyusundakı bu əmr aktiv olmayacaqdır.
Kəsmək (Cut, Вырезать) – mətn fraqmentini Mübadilə buferinə 
yerləşdirərək sənəddən silir.
Köçürmək (Copy, Копировать) – mətn fraqmentini Mübadilə buferinə 
köçürür, bu zaman sənəddəki fraqment dəyişməz olaraq qalır, Mübadilə 
buferinə daha öncə yazılmış məlumat isə silinir.
Daxil etmək (Paste, Вставить) – Mübadilə buferindəki məlumatın 
surətini kursorun durduğu mövqeyə və ya seçilmiş mətn fraqmentinin yerinə 
daxil edir.
Ləğv etmək (Delete, Удалить) – seçilmiş mətn fraqmentini Mübadilə 
buferinə yerləşdirmədən ləğv edir.
Hamısını Seçmək (Select All, Выделить Все) – bütün mətn sənədini 
seçir.
Zaman və Tarix (Time/Date, Время и Дата) – sənədə cari zamanı və 
tarixin göstəricilərini daxil edir. Onlar kursorun durduğu mövqeyə daxil 
edilirlər. 
Axtarış (Find, Найти) – sənəddə söz və ya simvolu axtarır.
Yenə axtarmaq (Find Next, Найти далее) – sonuncu axtarışı dialoq 
pəncərəsini çağırmadan təkrarlayır.
Format (Format, Формат) menyusuna baxaq. 
Söz keçidi (Word Wrap,
Перенос по словам) – sənəddə sözün keçidi 
rejimini 
təyin edir. Əgər bu rejim təyin edilmişdirsə, mətnin yığılması zamanı 
söz pəncərənin sərhəddinə qədər cari sətrdə yerləşmədikdə avtomatik olaraq 
yeni sətrə keçid baş verəcəkdir.
Şrift (Font, Шрифт) – mətndəki simvolların görünüşünü, ölçüsünü və 
qalınlığını dəyişir.
 
3.7.15. Calculator (
Калькулятор -
 Kalkulyator 

Kalkulyator – ekranda elektron kalkulyatoru imitasiya edir. Onun 
köməyiə cəbri ifadələri daxil etmək və hesablamaq mümkündür. Daxiletmə 
klaviatura və ya Mouse göstəricisi ilə proqram əlavəsinin pəncərəsindəki 
düymələr vasitəsilə həyata keçirilir.
Ka
lkulyator aşağıdakı rejimlərlə verilə bilər.


92 
Standar t (Standar d, 
Обычный) – yaddaşdan istifadə etməklə standart 
cəbri hesablamaları yerinə yetirir. Bu zaman 
əməliyyatlar verilən ardıcıllıqla yerinə yetirilir.
Mühəndis (Scientific, Инженерный) – 
hesablam
alarda triqonometrik, məntiqi və statistik 
funksiyalar tətbiq edilir. Burada da, cəbri 
əməliyyatlarda olduğu kimi prioritet gözlənilir.
Proqramçı (Programmer, Программист) 
– 
sistem proqramçıların əlverişli işi üçün nəzərdə 
tutulmuşdur. 
Müxtəlif 
say 
sistemlərində 
əməliyyatlar yerinə yetirməyə imkan verir.
Statistika (Statistics, Статистика) – 
statistik 
hesablamaların 
aparılması 
üçün 
əlverişlidir. Riyaziyyatçılara və iqtisadçılara yararlı ola bilər.
Uyğun rejimə keçid Görünüş (View, Вид) menyusu vasitəsilə 
tənzimlənir.
Hesablamaların nəticəsi Mübadilə buferinə yerləşdirilə bilər. Bunun üçün 
nəticə əvvəlcə Redaktə (Edit, Правка) menyusunun Köçürmək (Copy, 
Копировать) əmri ilə mübadilə buferinə yerləşdirilir, daha sonra başqa 
proqram əlavəsinin sənədinə daxil edilə bilər. Başqa proqram əlavələrində də 
cəbri ifadə formalaşa bilər və daha sonra kalkulyatorda istifadə edilə bilər.

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə