Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə16/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   355
INFORMATIKA KITAB BUTOV-1

II nəsil kompüterlər
. Bu mərhələ 
1955
-
1967
-
ci illəri əhatə edir. İkinci 
nəsil kompüterlər element bazası əsasən 
yarımkeçiricilərdən
ibarət 
kompüter
lərdir. Bu kompüterlərdə elektron lampaları tranzistorlar əvəz etdi. 
Tranzistorlar kiçik ölçüyə malik olub, daha davamlı, elektrik enerjisinə az 
tələbkar idi və təqribən 40 ədəd elektron lampanı əvəz edə bilirdi. Bunun 
nəticəsində kompüterlərin həcmi və kütləsi dəfələrlə kiçildi, elektrik enerjisinə 
tələbat azaldı, maya və istismar dəyəri ucuzlaşdı. İkinci nəsil kompüterlərdə ilk 
dəfə olaraq displeylərdən istifadə edilməyə başlandı. Bu informasiyanın daxil 
və xaric olunmasını xeyli asanlaşdırdı. Operativ yaddaşın həcmi artaraq 
minimum 32 kbayt, məhsuldarlığı saniyədə 50-100 min əməliyyat oldu.
1
ENIAC kompüteri 9 il – 1955-
ci ilə qədər fəaliyyət göstərmişdir. 
2
Operativ yaddaş qurğusu olaraq ilk vaxtlar civə doldurulmuş kiçik diametrli borulardan, sonra 
isə ferromaqnitlərdən istifadə olunmuşdur. 
3
Bayt informasiyanın ölçü vahididir. 


16 
İkinci nəsil kompüterlər üçün xüsusi sistem 
proqram təminatı
, o 
cümlədən informasiyanın paket emalı sistemləri, sonralar əməliyyat 
sistemləri 
yaradıldı
. Kompüter
in arxitekturasından asılı olmayan yüksək səviyyəli 
alqoritmik dillərin
4
(Fact, MathMatic, Algol, Fortran, Kobol və s.) yaranması 
və onlar üçün müvafiq kampilyatorun
5
və standart altproqramlar kitabxanasının 
yaradılması ilə proqramlaşdırılma olduqca asanlaşdı və həll olunan məsələlərin 
əhatə dairəsi genişləndi. 
İkinci nəsil kompüterlərin maya dəyərinin və istismar xərcininn 
ucuzlaşması, proqram təminatının inkişafı, onların tətbiq sahəsini xeyli 
genişləndirdi. Kompüterlər artıq elmi-texniki hesablamalar aparmaqla yanaşı 
maliyyə-iqtisadi, istehsal-texnoloji proseslərin avtomatlaşdırılması üçün tətbiq 
edilməyə başlandı. Artıq onlar daha çox biznes müəssisələrində, təhsil və 
layihələndirmə mərkəzlərində geniş istifadə olundu. Azad kompüter bazarı 
formalaşdı, kompüter istehsalı sürətlə artdı. Bir sıra böyük firmalar, məsələn,
IBM, CDC, DEC və s. kompüter istehsalına başladı. 

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə