69
obyektlərin siyahısı açılacaqdır. Mouse göstəricisinin sağ düyməsi ilə lazımi
obyekt üzərində vurduqda açılan kontekst menyusundan Bərpa etmək
(Восстановить) əmrini seçmək lazımdır. Seçilən
obyekt əvvəlki yerinə
qaytarılacaqdır. Eləcə də lazımi obyekti sadəcə Zənbilin pəncərəsindən İşçi
stola və ya ixtiyari arzu olunan qovluğa sürüşdürüb gətirmək olar.
Zamanla Zənbil lazım olmayan fayllarla doldurulnuş ola bilər. Əgər siz
orda son vaxtlarda ləğv edilmiş faylı axtarıb tapmaq istəyirsinizsə,
əvvəlcə
Zənbilin içindəkilərini zamana və vaxta görə çeşidləmək lazımdır. Bunun üçün
Mouse
göstəricisinin sağ düyməsini basaraq əvvəlcə Çeşidləmək (Сортировать
по), sonra isə Ləğv olunma vaxtına görə (Дата удаления) variantını seçmək
lazımdır.
Fayl və ya qovluğu kompüterdən həmişəlik ləğv etmək lazım gəldiyində
onları Zənbildən ləğv etmək lazımdır. Bunun
üçün Zənbilin pəncərəsindən
tamamilə ləğv olunacaq obyekti Mouse ilə seçdikdən sonra
düyməsini
seçmək lazımdır. Zənbildəki bütün obyektləri ləğv etmək üçün onun nişanı
üzərində Mouse göstəricisinin sağ düyməsini vuraraq açılan kontekst
menyusundan Zənbili təmizləmək (Очистить корзину) əmrini seçmək
lazımdır.
Faylı Zənbilə göndərmədən birdəfəlik və həmişəlik ləğv etmək üçün
faylın nişanı üzərində Mouse ilə vurduqdan sonra klaviaturadan
düymələrinə basmaq lazımdır. Boş Zənbilin işarəsi birinci ləğv edilmiş
obyektdən sonra dolu Zənbil işarəsi ilə əvəz ediləcəkdir.
Ləğv edilmiş obyektlər Zənbildə nə vaxta qədər saxlanılır? Zənbil
maneəsiz olaraq fayllar və qovluqlarla o vaxta qədər doldurula bilər ki, onların
ümumi həcmi bərk diskin həcminin 5%-i qədər olsun. Bundan sonra ən köhnə
fayllar avtomatik olaraq ləğv olunaraq yeniləri üçün yer boşaldırlar. Əgər bərk
diskdə boş yerin kifayət etməməsi problemi varsa, Zənbilin imkan verilən
həcmini kiçiltmək mümkündür. Bunun üçün Zənbilin nişanı üzərində Mouse
göstəricisinin sağ düyməsini vuraraq kontekst menyusundan Xüsusiyyətlər
(
Dostları ilə paylaş: