96
Hərbi Təhcizat
qərarın Parlament tərəfi ndən müzakirə edilib bəyənilməsini gözləməlidir.
Haşiyə 7.4. Hərbi Təhcizat Üzərində Parlament Nəzarəti
Hollandiyada hərbi təhcizat üzərində ciddi Parlament nəzarətinin uzun
tarixi ənənəsi və praktikası mövcuddur. Prinsipcə, bütün 25 milyon Euro
məbləği aşan hərbi texnika və silah alışı qərarları parlament tərəfi ndən
qəbul edilməlidir. Bunun üçün “alqı-satqı proseduru” adlı xüsusi
mexanizm mövcuddur. Hökümət (həqiqətdə,Müdafi ə məsələləri üzrə
Dövlət Katibidir və onun səlahiyyətlərinə hərbi mülkiyyət də daxildir)
A,B,C və ya D-dən ibarət dörd kateqoriyadan birini seçib, silah alqı-
satqı dövrünün mərhələsindən asılı olaraq, parlamentə məktub göndərir.
Detallara getməyərək, müxtəlif mərhələlər adətən, yeni silah sisteminə
tələbdən başlayaraq (və ya indiki sistemi əvəz edən) yeni X sistemini Y
istehsalçısından almağa qədər uzanan konkret təklif də ola bilir. Parlamentin
silah alma prosesinin istənilən mərhələsinə təsir etmə imkanı vardır.
Beləliklə, əgər hökümət hər hansı silahların əvəz edilməsi və ya yenilərinin
alınmasına ehtiyac olduğunu şərtləndirirsə (və ya yeni sistemlərin alınması
ideyasını verirsə) parlament ona qarşı çıxa bilər və ya qərara düzəliş edə
bilər.Son alış qərarına (“irəli”) qarşı da çıxıla bilər və ya düzəliş edilə bilər,
baxmayaraq ki, bu cür hallar praktikada az hallarda olur. Çox zaman bütöv
alış prosesi boyu, parlament, hökümətin niyyətlərinə, bu dörd hərf-A,B,C
və D- vasitəsilə prosesin mərhələsindən asılı olaraq təsir edir və bütün bu
mərhələlər parlamentdə müzakirə olunur.
100 milyon Euro-dan çox olan böyük layihələr üçün xüsusi prosedur
müəyyən edilmişdir (“Böyük Layihələr”) və bu prosedur parlamentə daha
ətrafl ı və tez-tez hesabat verməyi nəzərdə tutur. Bunun üçün tipik nümunə
kimi, Hollandiya hökümətinin Amerikanın F-16 təyyarələrinin varisi
olan (Joint Strike Fighter) qırıcı təyyarələrin düzəldilməsi mərhələsinə
cəlb olunmasıdır. Air Mobile Brigade kimi başqa böyük layihələr də
olmuşdur. Ümumiyyətlə, indiki halda Hollandiyada parlament nəzarətini
kafi hesab etmək olar. Lakin orada da layihələrin dəyərinin sərhədləri ilə
bağlı və bəzən də daha çox texniki xarakter daşıyan məsələlərin parlament
tərəfi ndın ətrafl ı yoxlanmasının məqsədəuyğunluğu ilə bağlı müzakirələr
gedir. Bu kontekstdə, hökümətin verdiyi məlumatların etibarlılığı və
müstəqilliyi haqda və müstəqil müdafi ə xarakterli tədqiqat institutlarının
“əks-dəlillərinin” vasitəsilə qiymətləndirmələrin aparılmasının məqsədə
uyğunluğu haqda suallar ortaya çıxır. Nəhayət, sənaye və lobbiçilərin
rolu və onların parlament müdafi ə komissiyasının üzvləri ilə əlaqələri də
çox vaxt müzakirə olunur. Lakin, indiyə kimi heç bir böyük hadisə baş
verməyib.
97
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Mənbə: Jan Hoekema, former Member of Parliament, the Netherlands, 2002,
as quoted in
Hans Born, et al., Parliamentary Oversight of the Security Sector (2007), 174.
Haşıyə 7.5. Alqı-Satqı Fəaliyyəti Zamanı Səlahiyyətlərin Bölünməsi və
Maraqlı Tərəfl ər
Hərbi texnika və silah alqı-satqısına dörd böyük kateqoriyalı adamlar- və
ya maraqlı tərəfl ər -cəlb olunur. Birinci kateqoriyaya, tələbatlar əsasında
alınacaq avadanlıq və ya xidmətlər barədə qərar verən adamlar daxildir.
Səmərəli tələbatlar müəyyən etmək bir anlığa başa gəlmir, tələbatların
müəyyənləşdirilməsi zaman və araşdırma tələb edir və bütün bunların
nəticəsində tələb aydınlaşır və ətrafl ı olaraq işlənib hazırlanır. Məsələn,
potensial düşmən tankını məhv etmək imkanları əldə etmək üçün müəyyən
olunan ilkin böyük tələblər, başqa mümkün alternativ variantlar ətrafl ı
öyrəniləndən sonra, daşına bilən anti-tank raket sistemi üzərində dayanıla
bilər. Sonra uyğun qərar qəbul edilir və onun əsasında ətrafl ı texniki
tapşırıq hazırlanır və ora bu sistemdən istənilən bütün tələblər daxil
edilir. Analitik iş getdiyi zaman, yəni konkret avadanlıq və xidmətlərlə
bağlı dəqiqləşdirmələrin davam etdiyi və tələblərin formalaşdığı zaman,
bu işlərlə sadəcə bir idarənin məşğul olması mütləq deyil və bu işlər
araşdırma dərinləşdikcə başqa qrupa da verilə bilər. Yəni bu cür iş ardıcıl
olaraq, layihənin müxtəlif mərhələlərində çalışan qruplara verilir. Lakin,
bu işlərin kimlərə tapşırılmasından asılı olmayaraq, bu prosesin əsas
iştirakçısı istifadəçidir, yəni silahlı qüvvələrin nümayəndəsidir. Bilavasitə
hansı avadanlıq və xidməti əldə etmək üçün, bu məsələni daha ətrafl ı
öyrənməli və sonucda bu avadanlığı kimlər istismar edəcəksə və ya
onun xidmətlərindən istifadə edəcəklərsə, onların da arzularına uyğun
hərəkət edilməlidir. Şübhəsiz, istifadəçinin hərbi sistemlərin praktikada
necə işləməsi haqda ekspert biliyi mövcuddur və ona görə də, o hansı
hərbi imkanların konkret ortaya qoyulmuş hərbi məsələləri həll etməyə
qadir olduğunu yaxşı bilir. Lakin irəlidə göründüyü kimi bu arqumentlər
heç də istifadəçinin ordunun imkanlarını təmin etməli olan avadanlığın
seçilməsinə qərar verən və ya bütöv silah alışı prosesini idarə edən birinci
şəxs olduğunu deməyə imkan vermir. İstifadəçilər-yəni, silahlı qüvvələr-
tələblər ortaya qoyilduğu ilkin mərhələdə əsas rol oynayırlar, sonrakı
mərhələlər isə alqı-satqı yapan mütəxəssislər tərəfi ndən daha yaxşı idarə
olunur. Bu deyilənlər maraqlı tərəfl ərin ikinci kateqoriyasını formalaşdırır.