12
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Haşiyə 1.5. Korrupsiya Stabillik və Yenidənqurma Səylərinə Mane
olur
General Stənli McKristal (Stanley McChrystal) Beynəlxalq Təhlükəsizlik
Yardimı Qüvvələri (İnternational Security Assitance Force-İSAF) və
Daimi Azadlıq Əməliyyatları (Operation Enduring Freedom) qüvvələrinin
başarısı üçün ən böyük təhlükənin korrupsiya və zəif dövlət institutlarının
olduğunu dəfələrlə önə çəkmişdir. O qeyd edir ki, korrupsiya və
cinayətgarlığın aparıcı qüvvələrinin kifayət qədər başa düşülməməsi
əfqanlar arasında inamsizlığa gətirmişdir. Əfqan polis və ordusuna təlim
keçən digər ABŞ generalı Robert Kon ( Robert Cone) eyni cür hissləri
ifadə etmişdir: “Ölkənin təhlükəsizliyini öz üzərinə götürmək üçün, əfqan
ordusu və polisinin üzləşdiyi ən böyük maneə xroniki korrupsiyadir”.
Korrupsiya və xroniki pis idarəetmə müharibədən dağılmış ölkədə bərpa
işlərini geriyə atır. Beynəlxalq yardım fondunun işçilərinin dediyinə görə,
15 miliyard ABŞ dolları həcmində istifadə edilən pulun üçdə biri israf
edilmişdir. Nəticədə yerli əhalinin xarici hərbi qüvvələrə qarşı narazlığı
dərinləşmişdir. Həmid Karzayın Prezident kimi andicmə mərasimindən bir
gün sonra ABŞ-ın müdafi ə naziri Robert Geyts (Robert Gates) “donorların
ölkəyə böyük həcmdə axan pullarının necə istifadə olunmasına nəzarət
gücləndirilməlidir” demişdir. Qərb ölkələrinin başçıları H. Karzaya
təzyiq edərək korrupsiya ilə mübarizə aparmağa və keçmiş komandirləri
hökümətdən uzaqlaşdırmağa çağırmışlar.
İndiki və keçmiş nazirlərdən ibarət Əfqanstanın on beş naziri Karzay
hökümətini bürüyən korrupsiya iddiaları ilə araşdırma altındadırlar.
Özünün ikinci inaqurasiya çıxışı zamanı Həmid Karzay korrupsiyaya
bulaşanları həbs edəcəyini vəd etmişdir. Öz qoşunlarını və Əfqanıstanın
inkişafı üçün ayırdıqları pulları geri çəkəcəkləri ilə hədələyən beynəlxalq
güclər, Karzay hökümətinin korrupsiyanı təmizləyəcəyi vədlərinə nə gədər
sadiq çıxacağını diqqətlə izləyirlər.
Mənbələr: “McChrystal: More forces or ‘mission failure’,” Washington Post (21 September
2009), www.washingtonpost.com/wpdyn/content/article/2009/09/20/AR2009092002920.
html; Jon Hemming, “Cor ruption holds back Afghan army expansion,” Reuters (11
December 2008), www.reuters.com/ article/worldNews/idUSTRE4BA5S420081211?p
ageNumber=1&virtualBrandChannel=0; “US Secretary of Defence Robert Gates in the
Pentagon,” BBC News (21 November 2009); AJ Henninger, “Corruption: 15 Afghan
ministers under investigation; bribes, perks, skimming,” on the DEFENSE (Novem ber 24,
2009), http://onthedefense.wordpress.com/2009/11/24/corruption-15-afghan-ministers-
under-investigation-bribes-perks-skimming.
13
Lənətlənmiş Korrupsiya
Orduda Korrupsiya Heç Vaxt Sonu Olmayan Hekayədirmi?
Orduda korrupsiyanı məhv etmək, hamıya məlum olan çətin bir işdir.
Ancaq bu iş cəmiyyətdə orduya yenidən inam qazanmaq üçün və müdafi ə
və təhlükəsizliyi əlverişli məsrəfl ərlə və qəbul edilə biləcək risklərlə təmin
etmək üçün ilkin şərtdir.Orduda korrupsiyanın tamamilə aradan qaldırılma-
sı tam aydın olmasa da,sübut olunmuş yanaşmalar və qabaqcıl təcrübələr
göstərir ki,əgər bu tədbirlər uyğun qaydada həyata keçirilsə, korrupsiyanı çi-
lovlamaq üçün onlardan istifadə etmək olar.
Toplunun II hissəsində, ordunun funksional fəaliyyəti zamanı istifadə
olunan yaxşı təcrübələrdən əlavə, III-cü hissədə fərdlər, hökümətin icra or-
qanları səviyyəsində və xüsusilə də müdafi ə nazirliyində, parlament və audit
ofi slərində,ombudsman idarəsində, müdafi ə sənayesində, vətəndaş cəmiyyəti
və media və beynəlxalq təşkilarlarda dürüstlüyü təmin etmək üçün nizamla-
yıcı strukturlar və sınaqdan keçmiş praktik yanaşmalar ətrafl ı təqdim olunur.
Yol nə qədər üzün olsa da, kiçik addımlarla başlayır. Bu topluda ordu-
dakı korrupsiya riskləri və anti-korrupsiya strategiyaları və tədbirləri geniş
və ətrafl ı yer alsa da, bu yanaşmaların tətbiqi konkret ölkənin xüsusiyyətləri
ilə bağlıdır və qarşıya qoyulan məqsədləri həyata keçirmək və resursları əldə
etmək üçün açıq-aydın prioritetlərin müəyyən edilməsini və yerli reallığın
nəzərə alınmasını tələb edir.1.6 Haşiyəsi müdafi ə sektorunda korrupsiyanı
köklü səkildə azaltmaq üçün praktiki tədbirlər nümunəsini təqdim edir.
Haşiyə 1.6. Orduda Korrupsiya Risklərinin Azaldılması üçün Praktiki
Prioritetlərin Müəyyən Edilməsi
2008-ci ildə, qeyri-hökümət təşkilatlarının apardığı araşdırma Bolqarıstanın
Müdafi ə Nazirliyində korrupsiya potensialının tez bir zamanda azaldılmasına
aparan bir neçə əsas tədbirləri müəyyənləşdirmişdir:
• Korrupsiyanın aradan qaldırılması üçün əlverişli normativ və hüquqi
şəraitin yaradılması. Bu zaman üstünlük verilir:
• Proqramların əsasında məqsədli büdcələmələrin işlənib
hazırlanması və davamlı tətbiq edilməsi;
• Təhcizat proseslərində maksimum şəffafl ığı artırmaq və tender
zamanı maksimum sayda alıcının iştirakını təmin etmək;
• Müdafi ə Nazirliyinin və ordunun istənilən formadakı iqtisadi
fəaliyyətini dərhal qüvvədən salmaq;
• Mülkiyyət mübadiləsi və ona uyğun sövdələşmələri dayandırmaq;
14
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
• Xaricdəki hərbi əməliyyatlara ancaq mövcud hərbi qabiliyyətli
birləşmələri göndərməli;
• Stabilizasiya
və bərpa işləri zamanı yaranan korrupsiya problemləri ilə
bağlı əlavə araşdırmalar aparmaq; ofset və ona oxşar programların və
layihələrin hazırlanması və həyata keçirilməsi; səmərəsiz idarəçiliyin
köklərini ayırd etmək; həmin məsələləri həll etmək üçün metodların
hazırlanması və müqayisəli analizlərin aparılması.
• Müdafi ə sektorunda potensial korrupsiyanın səviyyəsi haqda,
qanunvericilik və icra strukturlarının gördüyü tədbirlər haqda, biznes
və qeyri-hökümət təşkilatlarının korrupsiyaya qarşı mübarizələri haqda
və korrupsiyanın əsil səviyyəsi haqqında monitorinqlər;
2009-cu ildə, bu araşdırmanın üzvləri Müdafi ə Nazirliyində rəhbər
vəzifələrə təyin edildilər və onlar dərhal öz tövsiyələrini həyata keçirməyə
başladılar.
Mənbə: Todor Tagarev, “Defence Decision-making and Corruption Risks,” in
Integrity in
Defence: Effec tive, Transparent and Accountable Management, Avgustina Tzvetkova, ed.
(Sofi a: Euro-Atlantic Educa tion Initiative, 2009), 189–214.