9
Lənətlənmiş Korrupsiya
Korrupsiya xalqın orduya inamını azaldır. Xroniki hal almış korrupsiya
isə xalqın hərbi təşkilatlara olan inamına öldürücü təsir edir. Haşiyə 1.3-də
göstərilən nümunədən aydın olur ki, orduya olan münasibət o qədər aşağı
düşmüşdür ki, nəticədə büdcənin kəsilməsi ilə müdafi ə nazirliyinin nominal
olaraq işləməsinə təhlükə yaranmışdır.
Əvvəlki səhifədə müzakirə etdiyimiz kimi, korrupsiya nəticəsində ordu-
nun imkanlarının və döyüş ruhunun azalması, beynəlxalq sülh missiyasına
qoşulan həmən ölkənin ehtibarlılığını da şübhə altına alır. Ümumiyyətlə, or-
duda korrupsiya həm silahlı qüvvələrin, həm də bütövlikdə ölkənin nüfuzu-
na- müttəfi qlərin, tərəfdaşların və beynəlxalq təşkilatların,məsələn, NATO-
nun və həmçinin geniş beynəlxalq ictimaiyyətin gözündə, mənfi təsir yaradır.
Başqa Təhlükəsizlik Qorxuları
Bundan başqa, təhlükəsizlik və müdafi ə təşkilatlarının korrupsiya
vasitəsilə mütəşəkkil cinayətkarlıqla əlaqədə olması, ölkə və onun vətəndaşları
üçün birbaşa təhlükə törədir.Korrupsiyalaşmış müdafi ə və təhlükəsizlik sek-
toru, mütəşəkkil cinayətkarlıq və pirat qruplarnın yaranması və funksiyası
üçün münbit şəraiti təmin edir. Haşiyə 1.2 bir nümunəni təqdim etdi və digər
nümunə Haşiyə1.4-də verilib.
Dövlətin Əsaslarına Təhlükə
Bəzən müdafi ə sektoru bütöv höküməti və müxtəlif oyunçuları əhatə
edən korrupsiya mərkəzinə çevirir. Xalq və vətəndaş cəmiyyətləri qarşısında
şəffafl ığın və cavabdehliyin olmadığı bir mühitdə, müdafi ə sektoruna ayrılmış
pulun başqa istiqamətə yönləndirilməsi və səhnə arxasındakı şəbəkələrdə pi-
arçıların və saxta medianın dəstəyi ilə korrupsiyalaşmış rəsmiləri, biznesləri,
vasitəçiləri, mühasibləri, hüquqçuları işdə saxlamaq nisbətən asandır.
Haşiyə 1.3. Xalqın İnamının İtməsi və Nəticədə Müdafi ə Büdcəsinin
Kəsilməsi
İllər boyu, Bolqarıstan Müdafi ə Nazirliyində və Silahlı Qüvvələrində geniş
miqyaslı korrupsiyanın olması haqda şübhələr və mətbuat eyhamları baş
alıb gedirdi, amma rəsmi şəxslər sadəcə bir neçə xırda korrupsiya hallarını
boyunlarına alırdılar. Ancaq 2009-cu ildə hökümət dəyişəndən sonra,
Müdafi ə Nazirliyi və hüquq mühavizə orqanları Müdafi ə Nazirliyinin ən
yüksək rəhbərliyinin əməllərini araşdırmağa başladılar. Onların korrupsiya
halları üzə çıxarıldı və 2009-cu ilin Dekabrına qədər, prokurorluq keçmiş
müdafi ə nazirini üç iş üzrə vəzifəcindən sui- istifadə etməkdə ittiham etdi.
10
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Yeni hökümətin ilk 100 günlük hesabatı göstərdi ki, nazirlik və silahlı
qüvvələr mənəvi böhranın bir addımlığındadırlar. Hesabat bəyan etdi ki,
pis idarəçilik və korrupsiya hesabına, hərbi qulluqçuların atributları sayılan
xidmət, şərəf, dürüstlük, inam və özünə hörmət korlanmışdır.
Müdafi ə Nazirliyində pis idarə etmə, korrupsiya və büdcənin zay edilməsi
praktikalarını aradan qaldırmaq mühüm məna daşıdığı halda, burada baş
verən korrupsiyanın miqyasının və metodlarının xalqa bildirilməsi xalq
arasında geniş narazılığı daha da artırdı. Silahlı qüvvələrə ictimaiyyətin
inamını daha da zəifl ətdi. Nəticədə, hərbi büdcəni çox ciddi surətdə,
bu ölkənin tarixində əvvəllər görünməyən miqyasda azaltdılar. ( bax
Şəkil 1.2). Önəmli bir faktı qeyd etmək lazımdır ki, iqtisadi və maliyyə
böhranının bu büdcə kəsintisinə təsiri çox az idi və hərbi təşkilatlardakı
“mənəvi aşılanma”-ya görə heç bir müdafi ə və təhlükəsizlik ekspertləri,
tədqiqat mərkəzləri və ya media bu cür amansız büdcə kəsintisinə qarşı
etiraz etmədilər.
Şəkil 1.2. Bolqarıstan Hərbi Büdcəsi ÜDM faizləri ilə
Digər tərəfdən, bu cür ciddi kəsinti silahlı qüvvələrin saxlanmasını və tələb
olunan müdafi ə imkanlarının inkişaf etdirilməsini təhlükə altına qoydu
və beləliklə sistemli korrupsiyanın milli təhlükəsizliyə qorxu olduğuna
gətirdi. Eyni zamanda ölkənin etibarlı müttəfi q kimi beynəlxalq mövqeyinə
də zərər vurdu.
Mənbə: “Former Bulgarian Defence Minister Facing Contract Fraud Charges,”
Agence France-Presse (20 November 2009), www.defensenews.com/story.
php?i=4386991&c=EUR; “The Defence Ministry in a Finan¬cial and Morale Collapse,”
Mediapool.bg (9 November 2009), www.mediapool.bg/show/?Storyid=158371.
11
Lənətlənmiş Korrupsiya
Bu cür “nəhəng” korrupsiyada, oliqarx dairələr və kölgə iqtisadiyya-
tı ölkənin bütün iqtisadiyyatını və siyasətini kriminallaşdırır və özlərinin
özəl maraqlarını qəbul etdirirlər. Bu fenomen xüsusi ədəbiyyatda “dövləti
zəbtetmə” kimi adlanır
6
.
Bu düşüncələrin gedişinə baxsaq, korrupsiyaya qarşı mübarizə sadəcə
höküməti “təmizləmək” üçün qərarlar vermək deyil; korrupsiyanı ləvğ etmək,
ölkəni korrupsiyalaşmış rəsmilərin, fi rmaların oliqarxik dairələrindən və qa-
nunsuz bizneslərindən çıxartmaq və səffaf surətdə hər yerdə qanun aliliyini
təmin etməkdir.
Əgər ölkənin təhlükəsizliyi və ya bütövlükdə mövcudluğu xarici və ya
daxili düşmənlərin və ya hər ikisinin hədəsi altındadırsa, o zaman xroniki
korrupsiya hesabına həmin ölkənin vəziyyəti daha da ağırlaşır.
Haşiyə 1.4 Piratlıq və Onun Korrupsiya ilə Bağları
2008-ci ilin 15 noyabırında, Somali piratları neft tankerı olan Sirius Star
–ı içindəki 25 nəfər ekipajla və 2,2 milion barrel neftlə tutdular. Tankerın
qiyməti ABŞ dolları ilə 150 milyon civarında idi, yük isə 100 milyon
dollar dəyərində idi. Həmən hadisə və ona bənzər kiçik gəmilərə başqa
pirat hücumları, Hind Okeanı hövzəsində dəniz qüvvələrinin yerləşməsinə
böyük ehtiyac yaratdı.
Son zamanlar, Somali sahillərində piratlığın artmasinın çoxlu səbəbləri
vardır. Az hallanan səbəblərdən biri piratlarla Somali hərbi-siyasi elitası
arasındakı korrupsiya bağlılığıdır Çəthəm Houzun (Chatham House)
tədqiqatçısı Roger Millerona görə piratlar “maneəsiz öz işlərini həyata
keçirmək üçün əhəmiyətli siyasi və hərbi dairələrlə hesablaşırlar(pul
ödəyirlər)”.
Mənbə: Barney Jopson, “Somalia’s bandits broaden their horizons,” Financial Times (19
No vember 2008),5.
6
Bax, məsələn Joel Helman, Geraint Jones və Daniel Kaufmann, Seize the State,
Seize the Day: State Capture,
Corruption and Infl uence in Transition, World Bank Policy
Research Working Paper No. 2444 (September 2000).