4
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Dünyanın çox ölkələrində ordunun böyük hörməti olmasına baxmayaraq,
BŞ-ın tədqiqatları ordunun da, tikinti,neft və qazçıxarma sənayelərində oldu-
ğu kimi,dövlət vəsaitlərinin idarə edilməsində ən çox korrupsiyaya uğramış
sahələrdən biri olduğunu üzə çıxarmışdır
3
. Son əldə olan tədqiqatlara görə,
hərbi sahə dövlət rəsmilərinə rüşvət verən sənayə müəsisələri içində 13-cü və
“Dövlət Satınalma” (“State Capture”)siyahısına görə isə 8-ci yerdədir
4
.
Bu topludakı araşdırma göstərir ki, orduya olan yüksək ehtiram və ordu-
nun yüksək korrupsiya potensialı yanaşı yaşayırlar. Bu cür qeyri adi yaşama və
cəmiyyətin qavrayışı ilə davranış nümunələri arasındakı mürəkkəb qarşılıqlı
əlaqə, korrupsiyaya qarşı strategiyaların yaradılması və həyata keçirilməsi və
eləcə də dürüstlüyün təmin edilməsi proqramlarına güclü təsir edir.
Ordunun böyük hörməti olan ölkələrdə, müdafi ə nazirliyi ölkə daxilində
geniş islahatların ilhamçısı və aparıcısı kimi çıxiş edə bilər. Digər tərəfdən,
orduda şəffafl ıq olmasa və ordu ilə bağlı əhatəli ictimai müzakirələr olmasa,
o zaman orduya olan yüksək hörmət orduda dürüstlük təmin etmə proqramla-
rının həyata keçirilməsinə maneçilik törədəcəkdir.
Korrupsiyalaşmış sayılan ordularda anti-korrupsiya mübarizəsinin apa-
rılmasının zəruri olduğunu söyləməyə ehtiyac yoxdur. Çox vaxt bu ölkələrdə
korrupsiya həm dövlət, həm də özəl sektorun içinə sirayət edir. Bu cür
ölkələrdə müdafi ə institutlarının müvəffəqiyyətli islahat nümunələri, dövlətin
digər qolları üçün də örnək ola bilər.
Bu toplunun 1-ci hissəsində demokratik və təsirli müdafi ə institutlarının
yaradılması üzrə milli və beynəlxalq təcrübələrə və anti-korrupsiya addımla-
rına yer verilir. Növbəti fəsil orduda korrupsiya risklərini aradan qaldırmaq
üçün strateji yanaşmaların əsaslarını təqdim edir. Bu yanaşma dürüstlüyü
təmin etmək, şəffafl ığı artırmaq və cavabdehliyi təkmilləşdirmək səylərini
bir yerdə birləşdirir. Bu cür birləşmə korrupsiyalaşmış davranışın mənəvi
yükünü daha da artırır, korrupsiyadan düşünülən xeyri azaldır və gözlənilən
xərcləri və ya cəzanı artırır.
Toplunun IV hissəsində dürüstlüyü təmin etmək proqramlarının
tərtibi və həyata keçirilməsinin praktiki mexanizmləri müzakirə edilir. Bu
3
İbid,22.
4
BŞ “Bribe Payers Index 2008 Table” web adresi: www.transparency.org/policy_research/
surveys_indices/bpi/bpi_2008#bpi_table. Korrupsiya səviyyəsinin 19 sənaye sahəsində
reytinqi bu sahələrin hər birinin “dövlət satınalma” sında iştirakını əks etdirir, siyasi partiyalar
isə dövlət rəsmilərini satın almaq yolu ilə hökümət qaydalarına, təlimatlarına və qərar qəbul
edilmə proseslərinə təsir etməyə can atırlar.
5
Lənətlənmiş Korrupsiya
baxımdan,konkret ölkənin silahlı quvvələrinin ənənəvi cəhətlərini də nəzərə
almaq əhəmiyyət daşıyır. Bu ənənələri gücləndirməklə, dürüstlüyü fərdi və
təşkilatı baxımdan inkişaf etdirmək və korrupsiyalaşmış davranışın qarşısını
almaq olur. Bu cür faydalı təcrübəni ölkənin başqa dövlət strukturlarına da
yaymaq olar.
Müdafi ə Sektorunda Korrupsiyanın Mənbələri
Korrupsiya məsuliyyətli vəzifədən sui-istifadə edərək riyakarcasına qa-
zanmaqdır. Müdafi ə sektorunda korrupsiya çoxlu formalarda ola bilər: rüşvət
və “şapka” formasında, rəqabətsiz müqavilələr imzalamaqla, və ya əsgərlərin
maaşlarında saxtakarlıqlar etməklə. Özəl hərbi və təhlükəsizlik fi rmala-
rın son zamanlar artması, rüşvətin də artmasına imkan yaratmışdır. Bu özəl
fi rmalar məhdud əsasnamələrlə işə cəlb olunur və onlar əvvəllər dövlətin
səlahiyyətində olan təhlükəsizlik tədbirlərini yerinə yetirirlər.
Toplunun II hissəsi doqquz fəsildən ibarətdir və müdafi ə sektorunda kor-
rupsiyanın mənbələri və səbəbləri haqqındadır. Fəsillərin çoxu həm korrup-
siyalaşmış davranışı, həm də silahlı qüvvələrin əsas idarəetmə sistemlərində
dürüstlüyü təmin etmək, şəffafl ığı və məsulliyəti təkmilləşdirmək üçün aşağı-
dakı müsbət təcrübələri də əhatə edir: kadr siyasəti və şəxsi heyəti idarəetmə,
hərbi büdcələmə və maliyyə resurslarının idarə edilməsi, hərbi təhcizat, ofset
sazişləri, özəlləşdirmə, hərbi sahədə dövlət-özəl tərəfdaşlığı, artıq avadanlığın
və infrastruktur obyektlərinin istifadəsi və hərbi aktivlərin və şəxsi heyətin
iqtisadi fəaliyyətlərə cəlb edilməsi. 12 -ci Fəsil müasir hərbi əməliyyatlar za-
manı baş verə biləcək korrupsiya risklərinə və dürüstlük məsələlərinə həsr
olunduğu halda, 13- cü Fəsil isə,həll olunmamış ərazi mübahisələri mövcud
olan ölkələrdə hərbi-xarakteli korrupsiya hallarını araşdırır.
Aşağıda korrupsiyalaşmış təcrübənin yayılmasına kömək edən bir çox
bəraətverici fi kirlərin, bilavasitə ”məxvilik”, “təcililik” və “xalqın narahatlığı”-
nın siyahısı verilib. İlk baxışdan xoş görünsə də, bu cür isnad etmələr qərar
qəbul- etmənin şəffafl ığını və qərarların yerinə yetirilməsini əngəlləyir,
həmçinin,müdafi ə sektorunda çalışanların cavabdehliyini məhdudlaşdırır və
nəticədə korrupsiya üçün münbit şərait yaradır.
Müdafi ə sektorunda şəffafl ığın birinci və ən qatı düşmənı məxvilikdır.
“Milli təhlükəsizlik maraqlarını qorumaq adı ilə ” məxviliyə isnad etmək,
parlament nəzarətini və cəmiyyətin ordu üzərində digər nəzarətetmə forma-
larını ciddi şəkildə məhdudlaşdırır. Hərbi təhcizat məsələlərində, məsələn,
məxviliyə isnad etmə, çox vaxt potensial təminatçıların sayını azaldır və ya
bir çox halda vahid mənbə ilə iş ğörülür. O təkcə rəqabətin qarşısını almır,