6
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
habelə, çox vaxt bu cür sxemlər korrupsiya praktikasını inkişaf etdirmək üçün
istifadə olunur.
Əməliyyat və başqa hərbi tələbləri yerinə yetirərkən təcililiyi əsas gətirmə,
mövcud qaydaları birbaşa pozmaqla və ya sadələşdirilmiş gedişlərlə, açıq
tender keçirməməklə açıqlıq və rəqabət tələb edən tenderlərdən yan keçməyə
imkan verir.Təcililiyi əsas gətirmə halları əsasən yeni NATO üzvü ölkələrin
və beynəlxalq əməliyyatlarda xüsusi hallarda iştirak edən tərəfdaş ölkələrin
müdafi ə strukturlarında və ya hər hansı bir əməliyyat dəyişimi üçün yığılmış
“kontingentdə” baş verir. Təcili tələbləri yerinə yetirmək məsələləri ortaya
çıxdığı zaman, xüsusən də bu məxviliklə birləşəndə, qeyri şəffaf və öz başına
qərarlar üçün əla şərait yaranır və beləliklə korrupsiya çiçəklənir.
Popilist şuarlar da çox vaxt korrupsiyanın göstəricisidir. Məsələn, “mil-
li” hərbi məhsullar və xidmətlərdən istifadə et çağırışları, bu hətta həmin
məhsullar və xidmətlərin cəmi bir və ya bir neçə milli təminatçısı olan
və beynəlxalq rəqabəti sual doğuran ölkələrdə edilir. Başqa bir nümunə,
“əsgərlərin qayğısına qal”çağırışları. Bu çağırışlar əsasında, artıq hərbi
mülkiyyətin qeyri şəffaf mübadiləsi ilə hərbçilər üçün yaşayış evləri, qey-
ri şəffaf müqavilələrlə istirahət mərkəzləri alınmışdır. Üçüncü nümunə kimi
“xalqın mənafeyi üçün” hərəkət et çağrışlarını göstərmək olar. Burada ofset
sazişləri ilə bazar mexanizmləri pozulur və müxtəlif formalarda ödənilən pul-
ların ayrı-ayrı adamlara geri qaytarılma yollarına şərait yaradırlır
5
.
Bu nümünələr silahlı qüvvələr rəhbərliyində şəffafl ığın və cavabdehliyin
əsas “düşmənlərindən” bəhs edir. Eyni zamanda bu hallar orduda potensial
korrupsiyanın geniş mənfi nəticələrinin artmasına xidmət edir.
Orduda Korrupsiyanın Təsirləri
Korrupsiyanın çilovlanmaması, ordu rəhbərliyinin məhsuldar işinə və
silahlı qüvvələrin əməliyyat səmərəliliyinə ciddi zərər vurur. Korrupsiya
cəmiyyətin və beynəlxalq tərəfdaşların orduya olan hörmətini aşağı salır və
vətəndaşların təhlükəsizliyini zərbə altına qoyur və ifrat təzahür kimi, de-
mokratik idarəetməni və ümumiyyətlə dövlətin əsaslarını təhlükəyə salır. Bu
təsirlər aşağıdakı beş fərqli qrupların timsalında öyrənilmişdir.
Çatışmayan Ehtiyatların Mənimsənilməsi
Korrupsiyanın vurduğu zərər böyükdür. O ölkənin ehtiyacı olduğu müdafi ə
qabiliyyətləri üçün nəzərdə tutulan məhdud ehtiyatları başqa istiqamətə
5
Bu toplunun 8-ci Fəslinə ətrafl i məlumatlar ücün bax
7
Lənətlənmiş Korrupsiya
döndərir və beləliklə,silahlı qüvvələrin ölkənin və onun müttəfi qlərinin
təhlükəsizliyi üçün hərbi əməliyyatlara girmək imkanlarını məhdudlaşdırır.
Bu o deməkdir ki, ölkə öz təhlükəsizliyini və müdafi ə siyasətini təmin etmək
qabiliyyətini itirir və təhlükəsizlik təhdidlərini dəf etmək üçün aşağı səviyyəli
müdafi ə qabiliyyətinə malik olur.
Büdcənin göyə sovrulması və ordunun texnoloji baxımdan
modernləşdirilməsi imkanlarını itirməsi ilə bağlı korrupsiyanın vurduğu zərər
Haşiyə 1.1-də nümunə kimi təqdim edilir. Onu da qeyd etmək lazımdır ki, 1.1
haşiyəsindəki yazı sadəcə olaraq prokurorluğun qarşısına çıxan korrupsiya
məsələsı haqqındadır.
Cəmiyyətin yanaşması baxımından, müdafi ə sektorunda korrupsiya,
həmçinin, məsələn, təhsilə,sağlamlığa, yenilik və rəqabətliliyə qoyulan sosial
məhsuldar yatırımların hesabına da baş verir.
Döyüş Hazırlığının Məhdudluğu
Hərbi əməliyyatlara girmiş ölktənin döyüş qabiliyyətinə korrupsiya çox
ciddi təsir edir. Lazımi döyüş qabiliyyətinin olmaması, hərbi birləşmələrin ro-
lunu və yararlılığını heçə endirir. Aşağı səviyyəli hərbi texnika əsgərləri risk
qarşısında qoyur və itkilərin sayını artırır. Aydındır ki,əməliyyatlarda iştirak
etmək üçün rüşvət verən əsgərlərin döyüş ruhu da aşağı olacaqdır.
Məlumat, texnoloqiya, təhlükəli materiallar, silah texnologiyaları və sis-
temləri əldə etmək üçün terrorçular və mütəşəkkil cinayət qrupları korrupsi-
yadan istifadə edə bilər və faktiki olaraq istifadə edirlər. Korrupsiya , Haşiyə
1.2-də göstərildiyi kimi,hərbi əməliyyatların sirliliyini də sarsıda bilər.
Hərbi Qulluqçuların Mənəviyyatının Aşağı Düşməsi və
Hərbi Təşkilatlara olan Hörmətin Azalması
Müdafi ə sektorunda korrupsiya halları hərdən bir olsa da, o bütöv
ordu rəhbərliyini ləkələyir və xalqın orduya olan inamına və ölkənin silah-
lı qüvvələrinin ənənəsinə mənfi təsir edir. Korrupsiya ordu rəhbərliyi içində
baş verirsə, o zaman ordunun və orduda çalışan mülki şəxslərin onuru ciddi
surətdə alçalır. Hökümətin yüksək rütbəli şəxsləri arasında xalqa məlum olan
korrupsiya hallarının cəzasız qalması müdafi ə sektorunun əsgər və zabitləri
arasında ruh düşgünlüyü yaradır və cəmiyyətin orduya olan hörmətini aşa-
ğı salır. Bu hallar yüksək pesəkar səviyyəsi olan adamların orduda xidmət
etməsinə və ya mülki hərbi ekspertlər kimi orduya cəlb olunmasına mənfi
təsir göstərir.
8
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Haşiyə 1.1.Korrupsiyanın Törətdiyi İtkilər
“Rossiyskaya qazeta”-ya müsahibəsində Rusiya Federasiyası Prokuror-
luğunun İstintaq Qrupunun sədr müavini, General-Mayor Aleksandr
Soroçkin bildirmişdir ki, 2008-ci ilin Yanvarından Sentyabrına qədər silahlı
qüvvələrdə korrupsiya halları nəticəsində Rusiya Federasiyanın büdcəsinə
2.2 milyard rubl (78.6 milyon ABŞ dollar) zərər dəymişdir. Rusiya ordusunda
korrupsiya cinayətlərinin sayı 1400-ə çatmış və bu 2007-ci ilin analoji
dövründən 30% artıq olmuşdur. Sübut olunmuş korrupsiya cinayətlərinin
18-ə qədəri ordunun yüksək səviyyəli rəhbərliyinin nümayəndələri
tərəfi ndən törədilmişdir.General-Mayor Soroçkinın hesablamalarına görə,
bu itkilərin hesabına Rusiya ordusuna ən azı 30 T-90 müasir döyüş tankları
almaq olardı.
Rusiyanın baş hərbi prokuroru Serqey Fridinskinın sözlərinə görə, ölkədə
korrupsiyanın azalması tendensiyasının getdiyi vaxtda, 2008-ci ilin ilk
doqquz ayında daxili qoşunlarda cinayətlərin sayı 22%, Fövqəladə Hallar
Nazirliyində 60%, Federal Təhlükəsizlik Xidmətinin Sərhəd qoşunlarında
- 10%-dən çox, Müdafi ə Nazirliyində isə 24% artmışdır. Bu zaman rüşvət
və vəzifədən sui-istifadə halları 50% artmış və bu cinayətlərin yarıdan çoxu
hərbi mülkiyyət və büdcə maliyyələşdirilməsi ilə bağlı olmuşdur.
2008-ci ilin Mayında hakimiyyətə gələn Prezident Medvedev, korrupsiyaya
qarşı mübarizəyə üstünlük verəcəyini elan etmişdir. O, inaqurasiyadan iki
həftə sonra korrupsiya ilə mübarizə üzrə Prezident Şurası yaratmaq haqda
fərman imzalamışdır.
Mənbə: “2008-ci ildə hərbi korrupsiya Russiyaya 80 milyon dollara başa gəlmişdir”. Ria
Novosti (2 Dekabr 2008) 2008), http://en.ru/russia/20081202/118637765.html.
Haşiyə 1.2. Gövrək Münaqişəli Bölgələrdə Korrupsiya və Təhlükəsizlik
Qorxuları
Şimali Qafqazdakı hüquq mühavizə orqanları işçilərinin ekstremistlər
tərəfi ndən ideoloji olaraq öz sıralarına çəkmələri, korrupsiya ilə bərabər
yeni əsas təhlükəsizlik təhdidləri kimi gündəmə gəlmişdir. Çoxlu sayda
terrorçu hücumlarının təhqiqatı, korrupsiyalaşmış və ideoloji baxımdan
dəyişdirilmiş polis zabitlərinin terrorçulara kömək etdiyini üzə çıxartmışdır.
Rusiya höküməti hüquq mühavizə orqanlarında epidemiya xarakterı
almış korrupsiyanın kökünü kəsməsə,nə passiv müdafi ə tədbirlərinin
genişləndirilməsi, nə də yaraqlıların bazalarına qarşı artan önləyici hərbi
zərbələrin vurulması bir nəticə verməyəcəkdir.
Mənbə: Simon Saradzyan “Dynamics of Maritime Terrorist Threats to Russia and the
Government’s Response,” Connections: The Quarterly Journal 8:3( Summer 2009): 53-84
Dostları ilə paylaş: |