Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə23/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   19   20   21   22   23   24   25   26   ...   163

55

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

yüksək rəqabətdə olur- adətən müraciət edənlərin 10%-i qəbul edilir

31

. Varlı 


ailələrin uşaqlarının hərbi məktəblərə qəbul edilməsi üçün qəbul komissiya-

sına əhəmiyyətli təzyiqlər ola bilir. Hərbi xidməti cəmiyyətin elit təbəqəsinə 

bilet kimi qəbul edən adamlar, qəbul komissiyasına qanunsuz maliyyə stimul-

ları da təklif edə bilər. Korrupsiyalaşmış nüfuzetmənin ümumi metodlarına, 

bu təbəqədən olan abituriyentlərə şişirdilmiş qiymətlər qoyulması (çox vaxt 

qəbul sənədinin əsas hissəsinə çevrilir) və yazılı və şifahi imtahanlar üçün 

olan sualların əvvəlcədən onlara çatdırılması daxildir. Adamları olmayan is-

tisna namizədlər çox nadir hallarda yaxşı-əlaqəsi olan himayədar tapmağa 

müvəffəq olurlar.

Yüksək hərbi təhsil (Baş Ştab və Hərbi Akademiya)

Karyeranı artıracaq bu cür təhsil imkanları üçün seçmələr korrupsiya 

üçün böyük potensial yaradır. Bir çox ölkələrdə namizədlər qəbul komis-

siyası üzvlərini tək-tək ziyarət edib hədiyyələr verir və himayədar-müştəri 

münasibətlərində iştirak edəcəyini təmin edir. Dərslər getdiyi zaman rüşvət və 

nüfuz zabitlərin qiymətlərinə və təhsil göstəricilərinin qiymətləndirilməsinə 

təsir edir və nəticədə onların təyinatı və ya təhsili bitirəndən sonra karyerası-

nın inkişafı üçün də əhəmiyyətli olur.



Haşiyə 5.1. Hərbi Məktəblərə Qəbul Zamanı Dürüstlük

ABŞ-da dörd illik hərbi məktəblərə tamah güdən təyinatlar həmişə 

siyasi təzyiqlərin mövzusuna çevrilmişdir. Bu problemlər, siyasi “qəbul” 

prosesindən ayrı olan siyasi “namizədlik” prosesini yaratmaqla yoluna 

qoyulmuşdur. ABŞ-dakı Konqresin və Senatın bütün üzvləri hər il hərbi 

məktəblərə beş nəfəri göndərmək hüququ var. Hər bir boş yerə onlar on 

nəfərin namizədliyini irəli sürə bilərlər. Çoxlu konqresmen və senatorlar 

yerlərdə müsabiqə keçirib öz namizədlərini seçirlər, baxmayaraq ki, onların 

da namizədləri bəzən siyasi xarakterli olur. Əlavə olaraq, açıq rəqabətdə 

iştirak etmək üçün ABŞ prezidentı hər il, bir valideyni orduda xidmət edən 

hərbçilərin uşaqlarından ibarət 100-ə qədər namizədi irəli sürməyə hüququ 

vardır. Vitse-prezidentın isə beş namizəd irəli sürmək hüququ var. Şərəf 

medalı almış  hərbçilərin uşaqlarına  və xidmətdə olan hərbçilərə  əlavə 

namizədlər verilir.

31 

 Məsələn, ABŞ –dakı Hərbi-Dəniz Akademiyasında (The US Naval 



Academy,Annapolis) 2013 ili üçün qəbul sadəcə müraciət edənlərin 8,1% -i olmuşdur: 

www.usna.edu/Admissions/documents/Class%20Portrait%202013.pdf.




56

Kadr Siyasətləri

Bu cür namizədlərin irəli sürülməsi siyasi nüfuzetmə üçün legitim şərait 

yaratsa da, nəzarət və yönləndirmə üçün də xidmət edir. Siyasətçilər öz 

namizədlərinə konkret tələblər irəli sürə bilərlər, ancaq bu cür tələblərin 

təsiri ilkin seçim zamanı ola bilir,cünki əgər Hərbi-Dəniz Akademiyasını(US 

Naval Academy) götürsək, 15 min müraciət edən namizəddən ilkin 

seçimdən sonra 4500 nəfər qalır. Sonra Akademiyada çox sərt qəbul 

prosesi başlayır. Qəbul prosesi qəbul komissiyasına kənardan şəxsləri daxil 

edir və namizədləri irəli sürən prosesdən tam fərqli olaraq, 1250 nəfəri 

seçib təyinatlar verir. Namizədlər paralel olaraq həm (siyasi fi qurlara) 

zəmanətlər üçün,  həm də  təyinatlar üçün (Dənizçilik Akademiyasına) 

müraciət etdiklərindən, Akademiyanın namizədləri irəli sürən orqanlarla 

işləmək imkanı yaranır və onlar qeyri rəsmi  əməkdaşlıq yolları ilə  əsas 

namizədlərin təyinat almasının təmin edilməsinə çalışırlar.  İrəli sürmə 

prosesinin ikinci faydası ondan ibarətdir ki, o Akademiya tələbələrinin 

coğrafi   rəngarəngliyini təmin edir (beləliklə, zabit korpusunun). Yəni 

müxtəlif  ştatlardan olan konqresmen və senatorların namizədləri bütün 

ölkəni təmsil etməyə imkan verir.

Yeni yaranmış ölkə olan Ukraynada hərbi xidmətin nüfuzu və tarixi 

ənənələri hərbi məktəblərə yer tutmağı çox rəqabətli edir. Son zamana 

qədər qəbul, yerli qəbul komissiyalarının işi idi. 2005-ci ildə vəzifəyə gələn 

müdafi ə nazirliyinin rəhbərliyi bu sistemi korrupsiya riski kimi adlandırdı. 

Onlar  şişirdilmiş  təhsil sistemini kiçiltdi, qəbulu iki dəfə azaltdı, ilkin 

hərbi məktəblərin 2011-ə  qədər 9-dan 5-ə endirilməsi haqda proqramı 

bəyəndi (o cümlədən hərbi institutların sayı 60-dan 12-ə endirildi). Test və 

qəbulla bağlı güclü mərkəzi nəzarət sistemləri müdafi ə nazirinin müavini 

səviyyəsində ortaya qoyuldu. Bütün bu səylər korrupsiya imkanlarını köklü 

dərəcədə azaltdı.



Mənbə: White Book,Defence policy of Ukraine 2005, www.mil.gov.ua; US Naval 

Academy Admissions, www.usna.edu/Admissions/. 



Xaricdə Təhsil

Təhsil, karyera və maliyyə imkanlarının artması ilə müşaiyət olunan 

bu cür xaricdə oxumaq təyinatları korrupsiya risklərinin peyda olmasına 

xas olan hallardır. Bu cür imkanlar adətən beynəlxalq  əməkdaşlıq proq-

ramları vasitəsilə, çox vaxt tam xaricdən maliyyələşmə ilə həyata keçirilir. 

Nəticədə nə normal seçim prosedurları, nə də normal daxili maliyyə nəzarət 

prosedurları(daxili kurslar üçün tətbiq olunan) tətbiq olunur. Bütün işlər 

beynəlxalq əməkdaşlıq, təhsil və kadrlar işinə baxan rəsmilərin tam öhdəsinə 




57

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

buraxılır və onların yuxarılar qarşısında  çox az məsuliyyəti görünür. Rüşvət 

və əlaqə hesabına, hər hansı fərdin işinin irəli atılmasından əlavə,idarələrin 

rəhbərləri bir çox vəzifələri içəridəki namizədlərə paylamaq üçün əllərində 

saxlayırlar. Yuxarı  səviyyəli rəhbərliyin dürüstlüyü olmadığı halda,onların 

korrupsiya ilə  əlaqədar apardığı yoxlama korrupsiyanı üzə  çıxarmağa yox, 

onu dərinləşdirməyə kömək edəcəkdir. Xarici tərəfdaşların çox vaxt bu 

problemdən xəbərləri olur, ancaq dilemma qarşısında qalırlar: ya göndərilən 

namizədləri qəbul etməli, ya da siyasi və peşəkar baxımdan aşağılayıcı sayı-

lacaq hal kimi, kursları ləğv etməli.



Xaricə Təyinat

Attaşe vəzifələri, beynəlxalq təşkilatlarda nümayəndəliklərdə  işləmək 

(BMT, AB və ya NATO kimi), beynəlxalq qüvvələrdə  və çoxmillətli 

qərargahlarda əlaqə zabiti, həmçinin sülhməramlı əməliyyatlarda birbaşa iş-

tirak çox istənilən təyinatlara daxildir. Xaricdə təhsil kimi, bu cür vəzifələr 

də çox böyük maaşlar və geniş karyera imkanları yaradır. Çoxlu qərargah 

təyinatları  fərdə  və onun ailəsi üçün yüksək həyat tərzi gətirir. Yüksək 

korrupsiya risklərinin olması ilə  bərabər, onu məhdudlaşdıran iki amil də 

mövcuddur. Birincisi, bu vəzifələrin çox hissəsi göndərən ölkə  tərəfi ndən 

maliyyələşdirilir və ona görə seçim prosesi çoxlu yerlərdən keçməlidir. İkin-

cisi, xaricdə işləyən zaman ali siyasi rəhbərlik ilə təmasda olursan. Bu hallar-

da rüşvətlə vəzifə almaq çox risklidir, ancaq nüfuz  korrupsiya seçimi rolunu 

oynayır. Digər tərəfdən, xaricdəki nümayəndəliklərdə aşağı səviyyəli mövqe 

tutmaq üçün nəğd pul ödəməyə məcbur edilmə ehtimalı daha çoxdur. Siyasi 

cəhətdən üzdə olmalarına baxmayaraq, hamısı olmasa da, çoxlu sayda yuxarı 

səviyyəli rəsmilər lazımi administrativ və maliyyə addımlarının atılması üçün  

dəstək almaqdan ötrü, çoxlu sayda aşağı və orta səviyyəli rəsmiləri korrupsi-

yalı “həvəsləndirməyə” məcbur edirlər.

Sülhməramlı qüvvələrdə  iştirakın korrupsiya riskləri  əhəmiyyəli dərə-

cədə çox ola bilər. Çoxlu ölkələr sülhməramlı qüvvələrin maaşı üçün, BMT-

nın əvəzini ödədiyi miqdarda (məsələn, BMT əvəzini ödəmənin 50%-ı ayda 

$700-olur) maaş qanunları qəbul edib və bu baxımdan xaricdəki sülhməramlı 

qüvvələrdə  iştirakın maliyyə qazancları  əhəmiyyətli dərəcədədir. Xaricdə 

nümayəndəliklərdə  işləyən qərargah işçilərindən fərqli olaraq-onların 

gündəlik həyatla bağli xərcləri çox olur-bu pul xalis gəlir kimi gəlir. Belə 

hallarda rüşvətin miqdarı gözlənən maliyyənin 15-20% və ya çox ola 

bilir(yəni6-aylıq xidmət zamanı $1000-a qədər). Bir əməliyyat üçün onlarla 



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə