Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə57/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   53   54   55   56   57   58   59   60   ...   163

147

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Trast fondları hesabına, NATO təkcə mövcud problemləri həll etməyi 

yox, həmçinin işlədiyi ölkənin mütəxəssislərini öyrədib onların gələcəkdə 

özlərinin demilitarizasiya tədbirlərini aparmaları üçün bacarıq və  vərdişlər 

öyrədirlər

72

 və ya sursat ehtiyaclarının saxlanması, xidmət edilməsi və qorun-



masını təmin edən imkanlar yaradılmasına kömək edirlər

73

.



Artıq ehtiyatları idarə etmənin bir hissəsi kimi Yüngül Silahlar üzrə 

Beynəlxalq Fəaliyyət Şəbəkəsi (İANSA- İnternational Action Network on Small 

Arms),artıq silah sistemləri və sursatların ayırd edilməsi,qiymətləndirilməsi 

və məhv edilməsi üzrə mühüm tövsiyələr işləyib hazırlamışdır. (Haşiyə 10.5-

də təqdim olunur). Növbəti bölmədə baxılan bu tövsiyələrin bir qismi artıq 

silahlar və sursatlarla bağlı korrupsiya risklərinə birbaşa toxunur.



Haşıyə 10.5. Artıq Avadanlıq Ehtiyatlarının  İdarəetməsi ilə bağlı 

İANSA-ın Tövsiyələri

Ehtiyatların təhlükəsizliyi:

• Yerli 

əhali üçün törədilə biləcək riskləri qiymətləndirdikdən sonra 

seçilən uyğun yerlərdə təhlükəsizlik sistemləri quraşdıraraq ehtiyatları 

lazımi avadanlıqlarla təhciz etməli;

• Silah 

və sursatları uyğun temperatur və iqlim rejimlərində anbarlarda 

saxlamalı;

•  Ehtiyatlar saxlanan yerlərə giriş ancaq səlahiyyəti və müvafi q hazırlığı 

olan və yoxlanılmış işçilər girə bilər.

•  Əgər bu ehtiyatların saxlanması  və istifadəsi ilə bağlı bir pozuntu 

olarsa, hətta qəsdən yox diqqətsizlik ucbatından,qeydə alınmalı  və 

onun insanlara edəcəyi təsiri ilə bağlı hesabat verilməlidir.

Aşağıdakı dəyişənləri əsas götürərək artıq ehtiyatların müəyyən edilməsi:

• Daxili 

və xarici təhlükəni, həmcinin milli təhlükəsizlik /müdafi ə 

strategiyası və hərbi doktrinanın qiymətləndirilməsi;

• Uyğun konsepsiya və qanunvericilik, həmçinin büdcə siyasəti və 

xərclərinin prioritet istiqamətləri;

www.nato.int/cps/en/natolive/ news_21574.htm?selected Locale=en.

72 


 “NATO to Help Georgia Destroy More Missiles,” NATO News (24 October 2007), www.

nato.int/cps/en/natolive/ news_7925.htm?selected Locale=en.

73

  “NATO Assists Afghanistan to Improve Munitions Stockpile Safety,” NATO News (7 May 



2008), www.nato.int/cps/en/ natolive/news_7258.htm?selectedLocale=en.


148

Lazımsiz Avadanlığın və İnfrastrukturun İstifadəsi

• Rəsmi silahlandırılmalı təhlükəsizlik qüvvələrinin sayı;

• Hərbi ehtiyatda olanların sayının dəqiq,planlı  və müntəzəm surətdə 

yeniləşdirilməsi və yenidən qiymətləndirilməsi.

• Uyğun təhlükəsiz saxlama  anbarlarının mövcudluğu və onları saxlama 

və qoruma imkanları.

Silinmə və məhvedilmə:

• Məhv edilmə anına qədər ehtiyatların uyğun surətdə 

saxlanılması,qorunması və daşınmasının təmin edilməsi;

• Lazımsız,artıq və  zədələnmiş partlayıcı materialların vaxtinda məhv 

edilməsi;

• Uyğun məhvetmə yerləri ayırmaq və uyğun avadanlıq və qurğuları 

təmin etmək; 

•  


Məhv etmə işləri, BMT Baş Katibinin 15 noyabr 2000-ci il hesabatında 

ifadə olunmuş prosedur və tələblər əsasında aparılmalıdır;

•  

Məhv etmə  işləri zamanı insanlara,heyvanlara,mülkiyyətə  və  ətraf 



mühitə zərər vurmamaq üçün tədbirlər həyata keçirilməlidir;

•  


Məhv etmə prosesinin planlaşdırılması,işlənib hazırlanması və yerinə 

yetirilməsi uyğun təlim görmüş mütəxəssislər tərəfi ndən aparılmalıdır.

Mənbə: IANSA, Stockpile management & surplus disposal (2007), http://www.iansa.org/

un/documents/ StockpileManagement.pdf.



Utilizasiya Zamanı Korrupsiya Halları

Parlament və xalqın müdafi ə nazirliyinə diqqəti,  əsasən yeni silah 

sistemlərinin alışı və ya hərbi xarakterli tikinti layihələri, xüsusilə də, yüksək 

dəyərli layihələr meydana gəldikdə yönəlir. Müdafi ə Nazirliyinin artıq, eh-

tiyac olmayan silah sistemlərini,avadanlıq və infrastrukturu satması, faktiki 

olaraq, gözə çarpmayan ancaq korrupsiya imkanları ilə dolu olan hallardır.

Haşiyə 10.6 artıq tankların satışı ilə bağlı korrupsiya halını təqdim edir. 

Gözlənilməz haldır ki, bu nümunə BŞ-ın siyahısında həmişə ən az korrup-

siyaya bulaşmış ölkələrdən biri olan Finlandiya olmuşdur

74

. Bu özəl halda 



74 

2008 ci ilin Korrupsiya Qavrayışı  İndeksi Finlandiyanı dünyanın  ən az korrupsiyaya 

uğramış 5- ci ölkəsi sırasına qoymuşdur.



149

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

korrupsiya tezliklə müəyyən edildi və bu işi törədən şəxslər öz vəzifələrindən 

azad edildi və prokurorluq tərəfi ndən ittiham edildi.

Bu cür hallar hərbi idarəçilikdə şəffafl ığı, cavabdehlik və məsuliyyəti aşa-

ğı olan ölkələrdə az rast gəlinir. Utilizasiyanın mərhələsindən və növündən 

asılı olaraq bu ölkələrdə dörd cür korrupsiya riskləri mövcuddur.

Birincisi, artıq silah sistemləri,avadanlıq və sursatların məhv edilməsi 

prosesi üçün müqavilə bağlanması. Başqa hərbi müqavilələrdə olduğu kimi 

bu sahədə də korrupsiya riskləri açıq tenderlər və şəffaf,rəqabətli prosedurlar 

(açıq aydın ifadə olunmuş tələblərlə) olduqda-ətraf mühitin qorunması da da-

xil- korrupsiya riskləri azalır, əksinə,əgər rəqabət olmursa və tender tələbləri 

ayrıca bir şirkətə uyğunlaşdırılırsa o zaman korrupsiya riskləri artır. Ən pis 

halda, Müdafi ə Nazirliyi alternativsız seçilən tədarükçüyə müraciət edər,yəni 

Müdafi ə Nazirliyinin özünün sahibi olduğu şirkətlə müqavilə bağlayar. Belə 

bir hal olmuş və hərbi şirkətin icraçı direktoru işi özəl subpodratçıya tapşırdı-

ğına görə sonralar həbs olunmuş və məsuliyyətə cəlb olunmuşdur.

75

İkincisi, xüsusi xidmətlərin autsorsinqidir, yəni, silah və sursat anbarları 



olan ərazilərin təhlükəsizlik təminatı. Yenə də,şəffafl ıq və açıq rəqabət kor-

rupsiyaya qarşı mübarizənin əsas reseptləridir, lakin,çox zaman Müdafi ə Na-

zirliyi rəhbərliyi bu rəqabəti məhdudlaşdırmağa çalışır və ya hətta sadəcə bir 

şirkətlə birbaşa danışıqlara gedir. Belə hallarda baş verən korrupsiya, əvvəlki 

bölmədə göstərildiyi kimi, artıq silah və sursatların saxlanılması və qorun-

ması ilə bağlı təhlükəsizlik problemlərinin yaranmasına gətirir. İş ondadır ki, 

hər iki tərəf müqavilənin mümkün olduqca uzanmasının tərəfdarıdır və bu da 

öz növbəsində bütün mənfi  təzahürləri ilə bərabər artıq məmulatların məhv 

edilməsini uzadır.

Üçüncü tip risklərə artıq silah sistemləri,avadanlıq və infrastruktu-

run satılması daxildir. Burada alıcı-satıcı münasibətləri yerlərini dəyişsə 

də  eyni anti-korrupsiya tələbləri tətbiq olunur. Şəffafl ıq tələbləri prose-

dur qaydalarına,işlə bağlı norma və qaydalara, satılan mallara və onların 

keyfi yyətinin nə cür olmasına tətbiq edilir.Qarışıq qaydalar və prosedurlar 

qeyri-şəffafl ıqla qarışdıqda,rəsmi şəxslərin təkbaşına qərar vermə gücünü ar-

tırır və uyğun olaraq utilizasiyanın korrupsiya imkanlarını artırir. Rəqabətlilik 

tələbləri də əvəlki iki növə tətbiq edildiyi kimi bu hala da şamil edilir.

75 


 “ Terem Hərbi  Şirkətinin icraçı direktoru həbs olunmuşdur,”  DarikNews (9 September 

2009), http://dariknews.bg/view_article.php?article_id=397074.




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə