Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə65/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   61   62   63   64   65   66   67   68   ...   163

167

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Yekunlaşdıraraq deməliyik ki, iqtisadi fəaliyyətin əsas iki mühüm özəlliyi 

var: tələb və təklif.  Ordunun iqtisadi fəaliyyəti zamanı, ordu tədarükçü kimi 

çıxış edir və təklif isə cəmiyyətdən gəlir. Ona görə də, hərbi qüvvələrin iqtisadi 

fəaliyyətdə rolunu tam aradan qaldırmağa təkcə təklifl əri məhdudlaşdırmaqla 

yox tələbləri azaltmaqla nail ola bilərik. 

        

                                                             



168

Hərbi Əməliyyatlar Zamanı  Dürüstlük


169

Hərbi Əməliyyatlar Zamanı  Dürüstlük

12- ci Fəsil

Hərbi Əməliyyatlar Zamanı 

Dürüstlük

Korrupsiya təkcə hərbi strukturların sülh şəraitində idarə edilməsi zamanı 

müşahidə edilmir,hətta hərbi qüvvələrin əməliyyatlara hazırlığı dönəmində, 

sülh-məramlı missiyaların aparıldığı zamanlarda, həmçinin stabilizasiya və 

bərpa  əməliyyatları dönəmində  də baş verir. Bu əsrin  əvvəlindən podratçı 

təşkilatların,xüsusilə də özəl hərbi və təhlükəsizlik şirkətlərinin xidmətlərindən 

məhsuldar istifadə edilməsi əsas narahatlıq doğuran məsələyə çevrilmişdir. 

Beləliklə, bu fəsil əsasən podratçıların hərbi əməliyyatlarda istifadəsi zama-

nı meydana gələn korrupsiya hallarına həsr edilmişdir. Bu fəsildə, həmçinin 

özəl təhlükəsizlik və  hərbi  şirkətlərin xidmətlərindən hərbi  əməliyyatlarda 

istifadə zamanı dürüstlüyü artırmaq üçün tətbiq olunan müsbət praktikalar 

haqqında da məlumat verilir.

Korrupsiya təkcə sülh-məramli qüvvələri ruhdan salmaqda rol oyna-

mır, həmçinin ölkədaxili və beynəlxalq sülh səylərinin etibarlılığını azaldır. 

Əfqanıstanda məsələn korrupsiyanın səviyyəsi o nöqtəyə çatmışdır ki,artıq 

o həm  Əfqan hökümətinin, həm də NATO rəhbərliyindəki qüvvələrin 

fəaliyyətlərini təhlükə altında qoyur.   

İndiki zamanda, NATO üzvü ölkələrinin hərbi qüvvələri fərdi qayda-

da və ya koalisiya tərkibində, məqsədindən asılı olmayaraq, hər hansı bir 

əməliyyatı “özəl hərbi podratcı təşkilatlar”-ın aktiv iştirakı olmadan həyata 

keçirə bilməzlər. NATO hərbi qüvvələrinin özəl sektordan bu cür sürətlə artan 

asılılığı,soyuq müharibə bitəndən bəri son iyirmi ildə artmışdır.  Məsələnin 

bu hal alması anlaşılan deyil, həmçinin onun tətbiq edilməsi baxımından da 

heyrətləndiricidir,cünki BMT-nin 1989-cu ildə Muzdluluğa Qarşı Konvensi-

yası

95

 özəl hərbi qüvvələrin artımına maneə (təkan vermək yox) niyyəti ilə 



qəbul olunmuş və onların istifadəsini BMT üzvü ölkələri tərəfi ndən qadağan 

edilməsini bəyan etmışdir.

Bu cür aşkar paradoksal hala birinci cavab odur ki,NATO Koalisiya 

qüvvələrinin müharibə zonalarında ciddi şəkildə arxalandıqları özəl hərbi 

95

    United Nations General Assembly, International Convention against the Recruitment, 



Use, Financing and Training of Mercenaries, 72

nd

 plenary meeting (4 December 1989), 



A/RES/44/34.


170

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

podratçılar(ÖHP), açığını desək, texniki baxımdan yanaşıldıqda “muzdlu-

lar” sayılmır.  BMT-nin muzdlular haqqında konvensiyasının özü “muzd-

lu” kəlməsini, bir hökümətin başqa ölkənin vətəndaşını pulla ələ alıb, 

silahlandırıb,öz ölkəsinə  əsgər kimi istifadə etməsi kimi xarakterizə edir. 

ÖHP-nın böyük çoxluğu,əksinə, heç bir növ silah daşımır və öz ölkələrinin 

xaricdəki hərbi və ya diplomatik idarələrində çalışırlar.

Haşiyə 12.1. Qoşunları Yeritmək  Ərəfəsində Korrupsiya Problemləri və 

Müsbət Təcrübələr

Sülhməramlı  əməliyyatlarda iştirak etmək üçün beynəlxalq təşkilatlar 

ölkələrə müraciət edirlər. Bir çox hallarda, bu cür təklifl ər qısa müddət 

ərzində gəlir və ölkələrin hərbi qüvvələri bu cür səfərə hazır olmur və konkret 

əməliyyatların tələblərinə cavab verə bilən əlavə silah sistemlərinə,rabitə 

sistemlərinə,fərdi və başqa tip avadanlıqlara ehtiyac olur. 

Bu halda uyğun rəqabət prosesi olmadan təhcizat prosedurları çox qısa 

zamanda həyata keçirilir.Bundan əlavə, birlikdə qarşılıqlı çalışabilmənin

(interoperability) minimum tələbləri  əsasında və  əsgərlərin, dənizçilərin 

və ya təyyarəçilərin təhlükəsliyi üçün “nəcib qayğı”-lardan çıxış edərək 

xərclərin qənaəti ilə bağlı məsələlər kiçildilir. Normal təhcizat dönəmində 

dürüstlüyün olmadığı halda, bu cür tələsik zaman ərzində baş verən təhcizat 

prosesləri korrupsiyaya daha çox cəlbedici olur. 

Ğöndəriləcək  şəxsi heyətin seçilməsində açıq-aydın kriteriyaların və 

şəffaf prosedurların olmaması,xüsusilə  də, bu missiyaya göndərilənlərin 

əmək haqqısının onların öz ölkələrindəki normal maaşlarından çox yüksək 

olması həssas nöqtələrdir.

Hərbçilərin bu missiyada iştirak etmələri üçün pul ödəmələri halları  və 

ya tələsik alınan silahın keyfi yyətinin aşağı olması, göndərilən birliklərin 

döyüş ruhunun aşağı düşməsinə təsir edə bilər.

Müsbət təcrübələrin çoxu əvvəlki fəsillərdə müzakirə etdiyimiz- təhçizat 

zamanı və kadrların idarə etməsində dürüstlüyün təmini- burada da tətbiq 

olunur. Bu tələblər,xüsusilə, göndəriləcək heyətin  şəffaf qaydalar və 

xıdmətinə yararlılığı  əsasında seçilməsinə  və  həmçinin, rəqabət  əsasında 

silah və texnikanın alınması  və alınan avadanlığın düzgün keyfi yyət 

nəzarətindən keçməsinə tətbiq olunmalıdır.

Fundamental məna kəsb edən məsələ kontingent göndərmək yox,yəni 

xüsusi toplanmış və xüsusi missiya üçün silahlanmış və evə döndükdə isə




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə