Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə67/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   63   64   65   66   67   68   69   70   ...   163

173

Hərbi Əməliyyatlar Zamanı  Dürüstlük

munal xidmətlərin təmin edilməsi baxımından,görünür  ən uyğunudur. Bu 

cür üzdə görünməyən siyasət yüksək səviyyədə təlim görmüş şəxsi heyətin 

sayını artırır və onlar hərbi missiyanın əsas qayəsi olan insanların həyatını 

xilas etmək, sülh və ya dövlət quruculuğu işlərinə cəlb olunaraq bu zaman 

bütün logistik məsələləri qeyri-hərbi xidmət heyətinin ixtiyarına verirlər. 

Eynilə, bu cür mexanizmlərin tərəfdarlarının iddiasına görə, silah sistemi 

xidməti,operativ kömək və texniki məsləhətlər vermək baxımından ,özəl sek-

tor tez bir zaman ərzində mürəkkəb texnoloji logistik dəstəyi səfərbər edib 

təmin etmək iqtidarındadır. Hərbi birləşmələr üçün isə, bu cür tələblərə ca-

vab verən texniki təcrübəyə malik hərbçiləri tapmaq,təlim keçmək və istifadə 

etmək üçün aylar və  hətta illər lazım gəlir.  Əksinə, özəl hərbi podratçı ilə 

müqavilə bağlamaqla, lazımi hazırlıqlı heyəti hərbi böhran olduğu zaman ki-

çik zaman ərzində əldə etmək olur.

İqtisadi baxımdan yanaşsaq, öz ölkələrinə xidmətə alınmış hərbçilər, istər 

əsgər,istərsə də zabit olsun, müəyyən konkret zaman ərzində xidmət edirlər. 

Xidməti dövr ərzində, hər hansı  hərbi  əməliyyata göndərilmələrindən asılı 

olmayaraq,onlar tam maaşlarını alırlar. Onlar öz ölkələrində  hərbi xidməti 

başa vurandan sonra , təhsildən tutmuş tibbi təminati əhatə edən məsələlərə 

qədər, “veteran güzəştləri” ilə ömrü boyu faydalana bilirlər.  Əksinə, özəl 

hərbi podratçının işçiləri, podratçı  təşkilatla bağladığı müqavilənin  şərtləri 

əsasında hərəkət edirlər. Onlar yaxşı maaşı adətən  əməliyyat bölgələrinə 

göndərildikləri zaman alırlar və öz maaşlarından tibbi xidmət və slğorta üçün 

ödənişlərə özləri məsuldurlar. Özəl işcilər, özəl hərbi müqavilə bitdikdə (və ya 

onlara tələbat olmadıqda) tərxis oluna bilər və ya tezliklə başqa işə göndərilə 

bilərlər.  Onlar üçün hökümətin hesabına ömür boyu təminat zəmanəti yox-

dur. 

Nəhayət, özəl-dövlət tərəfdaşlığa artan inamın müdafi əçiləri qeyd edirlər 



ki, yaxın gələcəkdə NATO-nun qoşulacağı ehtimal edilən “nizamsız” və ya 

qeyri-standart  hərbi  əməliyyatlar-- üsyanları yatırtma(counterinsurgency-

COİN), humanitar yardım və ya baş tutmamış ölkələrdə sülh məramlı 

əməliyyatlar—çox vaxt fundamental iqtisadi səbəblərlə bağlı olur. Özəl pod-

ratçılar “baş tutmamış ölkə”-yə və ya qeyri-sabit münaqişə zonasına gəldikdə 

tez-tez yerli əhaliyə  iş  təklif edirlər (məsələn,yemək bişirmək, təmizlik 

işləri,başqa işlər görmək və  bəzən də  tərcüməçi kimi işləmək). Beləliklə, 

bu cür intizamsız  əməliyyatlarda özəl hərbi podratçılardan (ÖHP) istifadə, 

hədəf ölkədə ağır dərəcədə kasıb yaşayan əhalini etibarlı iş yerləri və maaşla 

təmin edir və iqtisadi stabilliyə və dünyanın həmən qeyri sabit zonalarında 

nisbətən təhlükəsiz mühitin yaranmasına xidmət edir. Bu səbəblərə görə hərbi 

rəhbərlik və siyasi ekspertlər müasir və gələcək hərbi əməliyyatları özəl hərbi 




174

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

sektora arxalamandan aparmağın mümkün olmayacağı fi krinə gəlmişlər.



Etik və Liderlik Problemləri

Müasir özəl dövlət hərbi əməkdaşlığın lehinə arqumentlər heç də bu cür 

əməkdaşlığın tötətdiyi və törədəcəyi mürəkkəb etik problemlərə olan diqqəti 

azaltmağa imkan verməməlidir. İdeal baxsaq, müqavilələr hərbi və diploma-

tik xidmətlər üçün təmin olunması  tələb olunan xidmətlərin  şəffaf  şəkildə, 

tam açıq və rəqabətli tender və alqı-satqı prosesi vasitəsilə, ən uyğun qiymətlə 

yüksək keyfi yyəti təmin etmək şərtilə danışılmalıdır.

Haşiyə 12.3.  Özəl Hərbi və  Təhlükəsizlik  Şirkətlərinin Davranış Kodeksi 

Vasitəsilə Özünü Tənzimləməsi

Davranış kodeksləri (DK) könüllü surətdə  qəbul edilmiş  təşkilatı 

öhdəliklərdir və bu öhdəliklər təşkilatın əsas fəaliyyətinin hissəsini təşkil 

etməyən normativ standartlardır. Korporativ nöqteyi nəzərindən baxsaq, 

davranış kodeksləri təbliğat kampaniyasının, risk idarəetmənin və şirkətin 

sosial-siyasi töhvəsinin bir hissəsidir.

Özəl hərbi və  təhlükəsizlik  şirkətləri (ÖHTŞ)hüquqi vakuumda hərəkət 

etmədiklərinin fərqində olsalar da, hansı qaydaların qüvvədə olduğu 

qeyri-müəyyənliyi ortaya çıxır- xüsusilə  də münaqişə zonasında -və tez-

tez də beynəlxalq standartların qulaq ardına vurulduğu müşahidə olunur. 

Beləliklə, ÖHTŞ-lər üçün davranış kodeksləri təlimatlar və onların yerinə 

yetirilmə prosesi zamanı ortaya çıxan çatışmazlıqları aradan qaldirmaq 

üçün faydalı vasitədir. Davranış kodeksləri üçüncü tərəfi n  qayğılarını 

(QHT-lərin) nəzərə alır və şirkətlərin maraqlarını qoruyur.

 ÖHTŞ-lər üçün davranış kodekslərinin məqsədi, ilk növbədə beynəlxalq 

insan hüquqları  və beynəlxalq humanitar hüquq çərçivəsindəki 

standartlara uyğun, iqtisadi fəaliyyətə hörmət edilməsi prinsipi əsasında 

öhdəlikləri formalaşdırmaqdır. Uyğun olaraq,davranış kodeksləri yaşamaq 

hüququ,toxunulmazlıq, işləmək hüququ,gender xüsusiyyətləri ilə bağlı 

konkret öhdəliklər və seksual zorakılıq və istismara və korrupsiyaya qadağa 

məsələlərini də əhatə etməlidir.  

Davranış kodekslərinin ikinci böyük elementi öhdəliklərin yerinə yetirilməsi 

maddəsidir,o cümlədən, özəl hərbi təhlükəsizlik  şirkətlərinin öhdəliyi və 

məsuliyyəti, monitorinq və hesabatlılıq mexanizmləridir.



Mənbə: Nils Roseman, Code of Conduct: Tool for Self-Regulation for Private Military and 

Security Com panies, Occasional Paper #15 (Geneva: DCAF, 2008)


Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə