173
Hərbi Əməliyyatlar Zamanı Dürüstlük
munal xidmətlərin təmin edilməsi baxımından,görünür ən uyğunudur. Bu
cür üzdə görünməyən siyasət yüksək səviyyədə təlim görmüş şəxsi heyətin
sayını artırır və onlar hərbi missiyanın əsas qayəsi olan insanların həyatını
xilas etmək, sülh və ya dövlət quruculuğu işlərinə cəlb olunaraq bu zaman
bütün logistik məsələləri qeyri-hərbi xidmət heyətinin ixtiyarına verirlər.
Eynilə, bu cür mexanizmlərin tərəfdarlarının iddiasına görə, silah sistemi
xidməti,operativ kömək və texniki məsləhətlər vermək baxımından ,özəl sek-
tor tez bir zaman ərzində mürəkkəb texnoloji logistik dəstəyi səfərbər edib
təmin etmək iqtidarındadır. Hərbi birləşmələr üçün isə, bu cür tələblərə ca-
vab verən texniki təcrübəyə malik hərbçiləri tapmaq,təlim keçmək və istifadə
etmək üçün aylar və hətta illər lazım gəlir. Əksinə, özəl hərbi podratçı ilə
müqavilə bağlamaqla, lazımi hazırlıqlı heyəti hərbi böhran olduğu zaman ki-
çik zaman ərzində əldə etmək olur.
İqtisadi baxımdan yanaşsaq, öz ölkələrinə xidmətə alınmış hərbçilər, istər
əsgər,istərsə də zabit olsun, müəyyən konkret zaman ərzində xidmət edirlər.
Xidməti dövr ərzində, hər hansı hərbi əməliyyata göndərilmələrindən asılı
olmayaraq,onlar tam maaşlarını alırlar. Onlar öz ölkələrində hərbi xidməti
başa vurandan sonra , təhsildən tutmuş tibbi təminati əhatə edən məsələlərə
qədər, “veteran güzəştləri” ilə ömrü boyu faydalana bilirlər. Əksinə, özəl
hərbi podratçının işçiləri, podratçı təşkilatla bağladığı müqavilənin şərtləri
əsasında hərəkət edirlər. Onlar yaxşı maaşı adətən əməliyyat bölgələrinə
göndərildikləri zaman alırlar və öz maaşlarından tibbi xidmət və slğorta üçün
ödənişlərə özləri məsuldurlar. Özəl işcilər, özəl hərbi müqavilə bitdikdə (və ya
onlara tələbat olmadıqda) tərxis oluna bilər və ya tezliklə başqa işə göndərilə
bilərlər. Onlar üçün hökümətin hesabına ömür boyu təminat zəmanəti yox-
dur.
Nəhayət, özəl-dövlət tərəfdaşlığa artan inamın müdafi əçiləri qeyd edirlər
ki, yaxın gələcəkdə NATO-nun qoşulacağı ehtimal edilən “nizamsız” və ya
qeyri-standart hərbi əməliyyatlar-- üsyanları yatırtma(counterinsurgency-
COİN), humanitar yardım və ya baş tutmamış ölkələrdə sülh məramlı
əməliyyatlar—çox vaxt fundamental iqtisadi səbəblərlə bağlı olur. Özəl pod-
ratçılar “baş tutmamış ölkə”-yə və ya qeyri-sabit münaqişə zonasına gəldikdə
tez-tez yerli əhaliyə iş təklif edirlər (məsələn,yemək bişirmək, təmizlik
işləri,başqa işlər görmək və bəzən də tərcüməçi kimi işləmək). Beləliklə,
bu cür intizamsız əməliyyatlarda özəl hərbi podratçılardan (ÖHP) istifadə,
hədəf ölkədə ağır dərəcədə kasıb yaşayan əhalini etibarlı iş yerləri və maaşla
təmin edir və iqtisadi stabilliyə və dünyanın həmən qeyri sabit zonalarında
nisbətən təhlükəsiz mühitin yaranmasına xidmət edir. Bu səbəblərə görə hərbi
rəhbərlik və siyasi ekspertlər müasir və gələcək hərbi əməliyyatları özəl hərbi
174
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
sektora arxalamandan aparmağın mümkün olmayacağı fi krinə gəlmişlər.
Etik və Liderlik Problemləri
Müasir özəl dövlət hərbi əməkdaşlığın lehinə arqumentlər heç də bu cür
əməkdaşlığın tötətdiyi və törədəcəyi mürəkkəb etik problemlərə olan diqqəti
azaltmağa imkan verməməlidir. İdeal baxsaq, müqavilələr hərbi və diploma-
tik xidmətlər üçün təmin olunması tələb olunan xidmətlərin şəffaf şəkildə,
tam açıq və rəqabətli tender və alqı-satqı prosesi vasitəsilə, ən uyğun qiymətlə
yüksək keyfi yyəti təmin etmək şərtilə danışılmalıdır.
Haşiyə 12.3. Özəl Hərbi və Təhlükəsizlik Şirkətlərinin Davranış Kodeksi
Vasitəsilə Özünü Tənzimləməsi
Davranış kodeksləri (DK) könüllü surətdə qəbul edilmiş təşkilatı
öhdəliklərdir və bu öhdəliklər təşkilatın əsas fəaliyyətinin hissəsini təşkil
etməyən normativ standartlardır. Korporativ nöqteyi nəzərindən baxsaq,
davranış kodeksləri təbliğat kampaniyasının, risk idarəetmənin və şirkətin
sosial-siyasi töhvəsinin bir hissəsidir.
Özəl hərbi və təhlükəsizlik şirkətləri (ÖHTŞ)hüquqi vakuumda hərəkət
etmədiklərinin fərqində olsalar da, hansı qaydaların qüvvədə olduğu
qeyri-müəyyənliyi ortaya çıxır- xüsusilə də münaqişə zonasında -və tez-
tez də beynəlxalq standartların qulaq ardına vurulduğu müşahidə olunur.
Beləliklə, ÖHTŞ-lər üçün davranış kodeksləri təlimatlar və onların yerinə
yetirilmə prosesi zamanı ortaya çıxan çatışmazlıqları aradan qaldirmaq
üçün faydalı vasitədir. Davranış kodeksləri üçüncü tərəfi n qayğılarını
(QHT-lərin) nəzərə alır və şirkətlərin maraqlarını qoruyur.
ÖHTŞ-lər üçün davranış kodekslərinin məqsədi, ilk növbədə beynəlxalq
insan hüquqları və beynəlxalq humanitar hüquq çərçivəsindəki
standartlara uyğun, iqtisadi fəaliyyətə hörmət edilməsi prinsipi əsasında
öhdəlikləri formalaşdırmaqdır. Uyğun olaraq,davranış kodeksləri yaşamaq
hüququ,toxunulmazlıq, işləmək hüququ,gender xüsusiyyətləri ilə bağlı
konkret öhdəliklər və seksual zorakılıq və istismara və korrupsiyaya qadağa
məsələlərini də əhatə etməlidir.
Davranış kodekslərinin ikinci böyük elementi öhdəliklərin yerinə yetirilməsi
maddəsidir,o cümlədən, özəl hərbi təhlükəsizlik şirkətlərinin öhdəliyi və
məsuliyyəti, monitorinq və hesabatlılıq mexanizmləridir.
Mənbə: Nils Roseman,
Code of Conduct: Tool for Self-Regulation for Private Military and
Security Com panies, Occasional Paper #15 (Geneva: DCAF, 2008)