Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə68/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   64   65   66   67   68   69   70   71   ...   163

175

Hərbi Əməliyyatlar Zamanı  Dürüstlük

Bundan başqa, mövcud sistemin tərəfdarları tez-tez iddia edirlər ki, 

müqavilədə geyd edilmiş müddəaların yerinə yetirilməsi öz-özlüyündə 

hesabatlılığı  və  həm ÖHP-nin, həm də onun əməkdaşlarının davranışla-

rı üzərində  nəzarəti lazımi səviyyədə  təmin edir. Bununla da, podratçının 

müqavilə şərtlərini pis və uyğun olmayan şəkildə yerinə yetirməsi, və ya onun 

əməkdaşlarının istər xidmətin göstərildiyi ölkədə, istərsə  də öz ölkələrində 

qeyri-münasib hərəkətlərə yol verməsi həmin  fi rma  ilə müqavilənin ləğv 

edilməsinə və ya həmin əməkdaşların işdən azad olunmasına gətirib çıxar-

malıdır. "Azad bazar"-da belə kommersiya sanksiyalarının mövcud olması 

çox zaman müqavilə  şərtlərinə  əməl etməyi yaxşılaşdırmaq üçün müvafi q 

mexanizmlər, qənaətbəxş işə və bütün tərəfl ərin ən yaxşı şəkildə fəaliyyətinə, 

təminat kimi təqdim edilir.

Təəssüf ki, gerçək təcrübədə belə "azad bazar" ideallarına çatmaq çox 

nadir hallarda mümkün olur. Çox vaxt tender və müqavilə satınalmalarında 

şəffafl ıq olmur və dostbazlıq, pulla ələ alma, vəzifələrə tanışlarını yerləşdirmə, 

rüşvət və korrupsiya geniş yayılıb. NATO üzvü olan ölkələrdə çox vaxt kor-

rupsiya motivləri və qeyri-əxlaqi xüsusiyyətlərin olmadığı hallarda belə, bu 

danışıqları lazımi şəkildə apara biləcək hazırlıqlı və təcrübəli təhcizat işçiləri 

kifayət qədər deyil. Belə vəzifələri daşıyan qoyulmuş şəxslər isə bundan əlavə 

hətta yüksək səviyyəli yetkinliklərə və ən nəcib vətəndaş niyyətlərinə sahib 

olsalar belə, çox tezliklə tapşırılan işin həcmi və miqyası altında həddən artıq 

yüklənmiş olurlar. Bu hal özünü baş tutmamış ölkədə silahlı müdaxilə ilə 

müşaiyət olunan qarmaqarışıq və qeyri-müəyyən vəziyyətlərdə və ya huma-

nitar böhranın şiddətlə artdığı vaxtlarda daha çox göstərir. Qızğın müharibə 

getdiyi bir vaxtda müxtəlif xidmətlərin geniş spektrinə təxirəsalınmaz ehtiya-

cın olması nə iri və mürəkkəb müqavilələrin reklamı, əldə edilməsi, təhlili və 

açıq və nizamlı şəkildə bağlanması üçün, nə də müqavilə şərtlərinə tam əməl 

edilməsini təmin etmək məqsədilə təsirli xarici nəzarətin və diqqətin təşkili 

üçün (yumşaq desək), heç də ideal vəziyyət deyil.

Hətta həddən artıq yüklənmiş dövlət müqavilələrinə baxan zabitlər rüşvət 

və korrupsiyaya məruz qalmadıqları halda,mənəviyyatı  aşağı olan və  hətta 

yararsız ÖHP-lər və ya ayrı-ayrı natəmiz əməkdaşlar tərəfi ndən bu cür qarışıq 

vəziyyətdən istifadə üçün geniş imkanlar mövcuddur.  Hal-hazırda məsələn, 

əlbətdə beynəlxalq səviyyədə  qəbul olunmuş  və hamı  tərəfi ndən tanınmış, 

qiymətləndirmə, qeydə alma,və ya özəl podratçıların lisenziyalaşdırılması və 

ya şirkətlər və ya onların əməkdaşları tərəfi ndən münasib peşəkar fəaliyyət 

standartları müəyyən edən və ya təmin edən sistem mövcud deyil. Təhcizat 

zamanı səhvlər edildiyi zaman və ya səriştəsizlik müəyyən edilərkən, narazı 



176

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

tərəfi n müqaviləni dayandırmaqdan başqa yolu qalmır. 

Bundan başqa, hətta  ən yaxşı  və etibarlı özəl  şirkətlər (onların öz 

ölkələrindəki tərəfdaşlarının etdiyi kimi) səriştəsiz və natəmiz işçi də  işə 

ala bilər. Qeyri peşəkar,uyğunsuz və hətta cinayətkar davranışa görə tətbiq 

edilən sanksiyalar heç də müvafi q deyil və pis niyyətli davranışın qarşısı-

nı almaq üçün yetərsizdir. Cinayətkar sui-qəsd, adam oğurluğu və insan al-

veri ilə məşğul olanlara  (Kosova-da olduğu kimi),işçiləri işdən çıxarma və 

əmək haqqının və imtiyazlarının kəsilməsi kimi cəza tədbirlərinin yetərliliyi 

sual doğurur. Ancaq indiki şəraitdə başqa hüquqi tədbirlər də mövcud deyil-

dir. Beləliklə, həmişə “hökümətə aid funksiya” sayılan tədbirlərin, məsələn, 

müqavilənin gedişinə  rəhbərlik, nəzarət və hesabatlılıq funksiyalarının( 

xüsusilə şəxsi heyətin üzərində) müəyyənləşdirilməsi və təmin edilməsi dö-

yüş bölgələrində həqiqətən çox çətin problemə çevrilmişdir. 

İddialara görə heç bir səbəb olmadan və heç bir fərq qoymadan 2007-ci 

ilin Sentyabrında Bağdadın Mənsur meydanında ordan keçən on yeddi mülki 

şəxsin ABŞ-ın Blackwater Worldwide fi rmasının mühavizəçiləri tərəfi ndən 

öldürülməsi, münaqişə zonalarında özəl podratçıların dürüstlüyü təmin etmək 

və müsbət praktikanı tətbiq etmək baxımından nə qədər problemli olduğunu 

nümayiş etdirdi. Həmən konkret hadisə, özəl təhlükəsizlik qüvvələrinin yerli 

əhaliyə qarşı  təəssüfedici laqeydlik və qeyri-peşəkar qayğısızlıq nümunəsi 

kimi pislənilmişdir. Bu cür tənqidlər, bununla belə o bədbəxt hadisənin  ən 

gözə çarpan xüsusiyyətini nəzərə almamışdır. “Yerli əhalinin rifahı” möv-

zusu, az hallarda bəlkə  də heç vaxt özəl, kommersiya müqaviləsi ilə çalı-

şan təhlükəsizlik qüvvələri üçün əsas və ya hətta lazımi səbəb olmamışdır.  

Əvəzində, özəl təhlükəsizlik şirkətinin və onun əməkdaşlarının bütün diqqəti 

əsasən sifarişçinin və ya pul ödəyən müştərinin rifahı  və  təhlükəsizliyinə 

yönəlmişdir.

Bu amil dövlət və peşəkar təşkilatları (məsələn, demokrtaik ölkələrin 

hərbi qüvvələri)və özəl kommersiya təşkilatları arasında mövcud olan əsaslı 

fərqin açıq aşkar göstəricisidir. Birincilər öz dövlətlərinə və onun legitim ma-

raqlarına xidmət edir. Uyğun olaraq, onun fərdi üzvləri isə özlərinin peşəkar 

hazırliq və yönəlmələrində daimi və  ağırlıqlı olaraq öz xalqına,dövlətinə 

xidmət və  fədakarlıq etikası üzərində  tərbiyə olunurlar. Özəl kommersiya 

təşkilatları,əksinə, müştəri və sifarişçilərinə xidmət etmək üçün çalışır. Ge-

niş ictimaiyyətin rifahına onların fəaliyyətləri vasitəsilə  təminat verilir, o 

şərtlə ki, bu kommersiya fi rmaları dəqiq müəyyən edilmiş hüquqi normalar 

və cavabdehlik sistemində fəaliyyət göstərsin. Elə sistem ki, məsələn,işlərini 

uyğun qaydada yerinə yetirə biməyənləri və ya cinayətkar yarıtmazlığa 

görə özəl  şirkətləri və onların  əməkdaşlarını müəyyən edib cəza vermək 




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə