Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə71/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   67   68   69   70   71   72   73   74   ...   163

182

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

terli  əməliyyatların mənasını ciddi şəkildə  aşan xüsusi haldır. Humanitar 

müdaxilə, məsələn, qarovulçu və ya həbsxana gözətçisinin (və ya konvoy-

ları müşaiyət edən təhlükəsizlik qüvvələrinin) funksiyalarından çox fərqli 

“müdafi ə əməliyyatları”-dır. Humanitar müdaxilədə,əksinə, genosidə məruz 

qalmış günahsız qurbanların müdafi əsi üçün hərbi hücum əməliyyatlarına da 

baş vurulur: düşmənlə döyüşə girmə,atışma və təcavüzkarın təqib edilməsi 

bu funksiyalara aiddir. Güclü milli marağın olmaması və ya BMT üzvü olan 

ölkələrin genosid qurbanlarına köməyə gəlməməsi halında, özəl təhlükəsizlik 

podratçılarının işə qarışması perspektivləri haqlı surətdə  nəzərdən keçirilə 

bilər. 

Ümumiyyətlə,dövlət və kommersiya (özəl) hərbi təşkilatlarının təşkilati 



“vektorları”-nın hərbi bölgələrdə uyğunlaşdırılması baş tutmur. Humanitar 

müdaxilə elə sahədir ki, müqavilədə müəyyən edilmiş müştəri və ya əsas 

elementin(bu halda genosidin potensial qurbanları) müdafi əsinə  yönəlmiş 

korporativ vektor milli hərbi qüvvələrin dövlət vektorunun səylərindən 

daha təəccübedici dərəcədə  səmərəli ola bilər(onların səyləri öz ölkəsinin 

vətəndaşlarının və müttəfi qlərinin müdafi əsinə yönəlir).



Tamamilə Hökümət Funksiyaları

NATO diplomatik dairələrində  nəyin “sırf hökümətə aid” olduğu və 

nəyin olmadığı müzakirələri görünür yersizdir. Hökümətin rolu cavabdehlik 

və məsuliyyət və nəzarətdir: onların əldə rəhbər tutduğu şüar olan “şəffafl ıq” 

ictimaiyyətin maraqlarına uyğundur. Başqa cürə, sərt çəkilmiş özəl-dövlət 

sərhədləri də mövcud deyildir. Özəl sektorun devizi olan “keyfi yyətli,ucuz 

və daha tez” öz çəkisini saxladığı yerlərdə (həm yemək xidmətində,texniki və 

mühəndislik təcrübəsində və hətta yerli dil təcrübəsi üçün də), etibarlı davam-

lı tərəfdaşlıq arzu olunandır. Burada hökümətin rolu alqı-satqını və mövcud  

hüquqi çərçivədə müqavilələrə olan nəzarət imkanlarını təkmilləşdirməkdir. 



Podratçılar və Döyüşə Dəstək

Maddi texniki təminat və döyüşlər zamanı özəl podratçılardan istifadə 

məqsədəuyğun,çevik və çox xərc aparmayan hal kimi görünür. Hökümətin 

və ordunun bu cür hallarda rolları, təhcizatı  həyata keçirmək bacarıqları-

nı  təkmilləşdirmək, müqavilələri idarə etmək və  nəzarətdə saxlamaq,özəl 

şirkət podratçıları üçün hüquqi yurisdiksiya üçün hüquqi baza hazırlamaq 

və hər bir müqavilənin müddəaları üçün hüquqi bazanı təmin etmək, BMT/

BQXC Montre Sənədlərinə (2008) əsasən müəyyən edilmiş  ən müsbət 




183

Hərbi Əməliyyatlar Zamanı  Dürüstlük

təcrübələrin maddələrini özündə ehtiva edən qanun aliliyi təmin etməkdir. 

Ancaq ehtiyat tədbirləri görmək lazımdır ki, özəl sektorun bu funksiyaları-

na arxalanarkən uğursuzluq alınmasın. Yəni ekstremal böhran olduğu zaman 

(yemək,yanacaq,təminat) və ya döyüşün qızğın çağında həm sağ qalmaq, həm 

də missiyanı başa çatdırmaq üçün onlardan asılı olan dəstək təmin olunsun.



Podratçıların Lisenziyalaşdırılması

Özəl hərbi podratçılar və silahlı özəl təhlükəsizlik podratçıları, onların 

sıralarında hazırlıqsız və aşağı səviyyəli təşkilatların və şəxsi heyətin olduğu 

haqda şikayətlər edirlər. Onların peşəkar birlikləri NATO ilə işləyib səmərəli 

lisenziyalaşdırma və norma və prosedur qaydaları  hazırlamalıdırlar. Özəl 

şirkətlərin rəqabətli tender vasitəsilə hərbi, müdafi ə və ya diplomatik xarak-

terli müqavilələrdə iştirakı üçün minimum hazırlıqlar, təcrübə və resursların 

olması müəyyənləşdirilməlidir. Bu normaları pozan təşkilatlar və  fərdlərin 

işdən xaric edilməsi və ya onların bu işə uyğun olmaması haqda qaydalar 

hazırlanmalıdır. 



Peşəkar Etika Kodeksi

Eynilə peşəkar birliklər öz üzvlərini bir yerə yığıb ümumi etika kodeksini 

hazırlamalı və müxtəlif  müqavilələrdə fəaliyyətləri zaman öz peşəkar davra-

nışlarını bu kodeksin əsasında qurmaları tələb olunmalıdır. Bu kodeksə riayət 

edilməsi lisenziya və müqavilə tenderində iştirak etmə hüququ üçün mühüm 

tələb ola bilər.



Rəqib Tərəfi n Özəl Podratçıları ilə Qarşıdurma Perspek-

tivləri

NATO və üzv ölkələrin özəl təhlükəsizlik podratçılardan istifadə ilə bağ-

lı siyasətlərindən asılı olmayaraq, ittifaqdan kənar ölkələr tərəfi ndən silah-

lı özəl hərbi təhlükəsizlik podratçılarının işə götürülməsi və  əməliyyatlara 

göndərilməsi çox ehtimalla davam edəcək. Bir NATO ölkəsi podratçının, 

məsələn, dəniz təhlükəsizliyini təmin etməklə məşğul olan, ittifaq ölkələrin 

podratçıları ilə  gərginlikdə olması perspektivı haqda narahatlıq vardır. 

Eynilə, NATO hərbi qüvvələrinin və ya NATO üzvü olan ölkənin silahlı özəl 

təhlükəsizlik podratçılarının bir gün Afrikada və ya Cənubi  Şərqi Asiyada 

rəqib ölkənin silahlı özəl hərbi podratçıları ilə münaqişəyə girməsi realdır.




184

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Gələcək Hərbi Liderlərin Hazırlanması

Hərbi Kolleclər və Akademiyalar ÖHTŞ və SÖTP-lər üçün kurslar ha-

zırlamalı və lazımi resurslar yaradıb onların fəaliyyətləri ilə bağlı, xüsusilə 

də yuxarda ifadə olunan liderlik və etik problemlərindən bəhs edən dərslər 

keçirilməlidir. Bu zaman son vaxtlar xidmətdən geri dönən aşağı və yuxarı 

rütbəli zabitlərin təcrübəsindən istifadə etmək çox faydalı olardı. Çox hallar-

da, onların təcrübələri bizim uyğun hərbi və müdafi ə akademiyalarında dərs 

verən yerli müəllimlərin təcrübəsindən daha faydalı olur. Özəl sektorun özü-

nü də bu işə cəlb etmək çox faydalı olar. Özəl hərbi təhlükəsizlik şirkətinin 

aparıcı nümayəndələrini mühazirə söyləməyə dəvət edərək və onların şəxsi 

təcrübə və tovsiyələrini müdafi ə kolleclərində və müdafi ə akademiyalarında 

müzakirə etmək faydalı olardı.



                                               


Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə