Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə69/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   65   66   67   68   69   70   71   72   ...   163

177

Hərbi Əməliyyatlar Zamanı  Dürüstlük

səlahiyyətində olsun.  Hərbi münaqişələr baş verdiyi bölgələrdə (baş tutma-

mış dövlətləri hələ demirik), bilavasitə bu cür hüququ normalar və cavabdeh-

lik sistemləri köklü sürətdə  tənəzzülə  uğramışdır. Qanun aliliyinin etibarlı 

təmin edilmədiyi şəraitdə, yerli əhali ancaq özəl şirkətlərin xoş məramına və 

ya onların əməkdaşlarının müvafi q xarakterlərinə arxalanır.  Belə olmadığı 

təqdirdə, haqları pozulanların ədalətə çox az ümüdləri qalır.

Bu dilemmanı etiraf edərək, NATO üzvü ölkələrinin peşəkar hərbi 

qüvvələri xalqa xidmət və ictimaiyyət qarşısında məsuliyyət və cavab-

dehlik  ənənəsi üzərində  təlim edilir. Bu ölkələrdə peşəkar hərbi hazırlıq 

dönəmində hərbçilərə xarakter aşılanması hədəf sayılır. Xarakter aşılanma-

sının və “peşəkar hərbi ictimailəşmə”-nin məqsədi, NATO üzvü ölkələrinin 

ordusunun hər bir fərdi hərbçisinə silahdan zərurət yarandığı zaman istifadə 

etməsini və bu cür qüvvədən məsuliyyətlə və  qənaətlə istifadə etməsini və 

gücdən ölkənin legitim məqsədlərinə nail olmaq üçün tələb olunan səviyyədə 

istifadə edilməsini təmin etməkdir. Fərdi səviyyədə bu yüksək məsüliyyətin 

yerinə yetirilməməsi-məsələn, cinayətkar fəaliyyətə qoşulmaq (talançılıq, 

zorlama,dələdüzlük və ya adam öldürmə) və ya silah işlədən zaman diqqətsiz

etinasiz davranış və ya heç bir fərq qoymadan silah işlətmə hərbi qanun və 

intizama görə sərt məsuliyyət daşıyır. 

Bütün bunlar özəl sektorun etik normaları və ya “korporativ” etika sayı-

lan məhvumlardan köklü surətdə fərqlidir. Bu məhvumlar rəqabətli mühitdə 

korporativ iddialara və nailiyyətlərə yönəlmişdir və burada hər hansı “uğurlu 

fəaliyyət” müştərinin və sifarişçinin məmnunluq səviyyəsi ilə ölçülür. Keçmiş 

Blackwater Müdiri(Blackwater SEO Erik Prince) Erik Prins,məsələn, şərəfl ə 

özünün (keçmiş)təşkilatının qüsursuz fəaliyyətindən fəxrlə danışır. O qeyd 

edir ki, onun təşkilatının əməkdaşları çox gövrək və həddən artıq təhlükəli 

müharibə zonalarında yeddi il ərzində  təhlükəsizlik xidməti təmin etməklə 

məşğul olduqları zaman, onun heç bir sadə müştərisi və ya  “rəhbər” olsun, 

heç bir vaxt bədən xəsarəti almamışdır. Bu təbii çox əlamətdar və qibtəedici 

fəaliyyətdir və müştərinin təhlükəsizliyini təmin etməyin ən yüksək standart-

lı səriştəlik göstəricisidir. Bu həqiqətən də Blackwater Worldwide-ın təmin 

etməyə vəd verdiyi xidmətdir.

Ancaq çətinlik ondadır ki,  öz adamlarının –müştərilərinin qarşısındakı 

bu cür hesabatlılıq heç də Silahlı Özəl Təhlükəsizlik Podratçılarının (SÖTP) 

fəaliyyətini dəyərləndirmək üçün sadəcə bir kriteriyadır. Hərbi tənqidçilərin 

fi krincə, sadalanan nailiyyətlərin özləri böyük problemlərlə doludur. Özəl 

təhlükəsizlik qüvvələri təcavüzkar,hərbiləşmiş  və davakar davranışlarla öz 

adamlarını qorumaqla yerli əhalini aşağılayır və yadlaşdırır və Mənsur mey-

danında olduğu kimi onları həddən artıq və heç cürə uyğun olmayan ölüm 




178

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

riskləri altında qoyur.  Bu ona görə baş verir ki, müqavilədə olmayan üçüncü 

tərəfi n taleyi, məsələn, yerli əhalinin sosial rifahı, özəl qüvvələrin imzaladı-

ğı müqavilədə yer almır. Beləliklə, özəl təhlükəsizlik qüvvələrinin uğur və 

səriştəliliyi (təşkilatı və ya müqavilə vasitəsilə qiymətləndirilən) eyni zaman-

da ordunun həyata keçirdiyi missiyanın geniş məqsədlərinı, yəni baş tutma-

mış dövlətlərdə əhalinin əmin amanlığının və təhlükəsizliyinın qorunması və 

qanun aliliyinin təmin edilməsi vasitəsilə yerli əhalinin inam və sədaqətinin 

qazanılmasına mane olur.

ÖHP-ın Qabaqcıl Təcrübələrinin Genişləndirilməsi və 

NATO Əməliyyatlarında Dürüstlüyün Təmin Edilməsi

Bu cür etik problemlərin böyük əksəriyyəti qanunçuluq və məsuliyyətin 

kəsinliklə birqiymətli olmadığı döyüş bölgələrində fəaliyyət göstərən silahlı 

özəl təhlükəsizlik qüvvələri tərəfi ndən törədilir. SÖTP-nın əməkdaşları dö-

yüş bölgələrində  fəaliyyət göstərən ÖHP-in kiçik bir hissəsini təşkil edir. 

Onların yaratdıqları dilemma Montro Sənədlərində(Montreux Document) 

toplandığı

96

 kimi beynəlxalq hüquq ekspertlərinin, Beynəlxalq Qırmızı Xaç 



Cəmiyyətinin (İnternational Committee of Red Cross-İCRC) himayəsi al-

tında gedən müzakirələrdə spesifi k olaraq və ətrafl ı baxılmışdır.  Bu sənəd 

hüquqi sənədlərə düzəliş etməyi, müharibə bölgəsində  fəaliyyət göstərən 

SÖTP üzərində hüquqi məsuliyyətin aydınlaşdırılması  və qoyulmasını, bü-

tün maraqlı  tərəfl ərin maraqları naminə iki mənalıq ifadə edən maddələrin 

çıxarılmasını və həm yerli, həm də SÖTP-ı  təmsil edən ölkələrin ən müsbət 

təcrübələrini təşviq edir. Bu sənəd NATO üzvü ölkələr tərəfi ndən öyrənilməli 

və ciddi surətdə düşünülməlidir və onun qanunvericilik və qabaqcıl təcrübə 

üçün mövcud olan maddələri silahlı özəl təhlükəsizlik şirkətlərinin istifadəsi 

baxımından sərfəli olarsa riayət edilməlidir. 



Tövsiyələr

Hərbi Qüvvələrin İdarəedilməsi, Nəzarət və Xəbərləşmə və 

Əməliyyatlara Çoxtərəfl i Yanaşma

97

 

NATO və müttəfi q ölkələrin hərbi birləşmələrinin orta rütbəli zabitləri, 

96 

 United Nations General Assembly & International Committee of the Red Cross, Montreux 



Document on Pertinent International Legal Obligations and Good Practices for States 

Related to Operations of Private Military and Security Companies During Armed Confl ict 

(2008), A/63/467–S/2008/636, www.icrc.org/Web/Eng/siteeng0.nsf/html/montreux-

document- 170908.

97

  NATO Website, “A Comprehensive Approach” (March 2009), http://www.nato.int/issues/ 



comprehensiveapproach/index.html.


Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə