167
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Yekunlaşdıraraq deməliyik ki, iqtisadi fəaliyyətin əsas iki mühüm özəlliyi
var: tələb və təklif. Ordunun iqtisadi fəaliyyəti zamanı, ordu tədarükçü kimi
çıxış edir və təklif isə cəmiyyətdən gəlir. Ona görə də, hərbi qüvvələrin iqtisadi
fəaliyyətdə rolunu tam aradan qaldırmağa təkcə təklifl əri məhdudlaşdırmaqla
yox tələbləri azaltmaqla nail ola bilərik.
169
Hərbi Əməliyyatlar Zamanı Dürüstlük
12- ci Fəsil
Hərbi Əməliyyatlar Zamanı
Dürüstlük
Korrupsiya təkcə hərbi strukturların sülh şəraitində idarə edilməsi zamanı
müşahidə edilmir,hətta hərbi qüvvələrin əməliyyatlara hazırlığı dönəmində,
sülh-məramlı missiyaların aparıldığı zamanlarda, həmçinin stabilizasiya və
bərpa əməliyyatları dönəmində də baş verir. Bu əsrin əvvəlindən podratçı
təşkilatların,xüsusilə də özəl hərbi və təhlükəsizlik şirkətlərinin xidmətlərindən
məhsuldar istifadə edilməsi əsas narahatlıq doğuran məsələyə çevrilmişdir.
Beləliklə, bu fəsil əsasən podratçıların hərbi əməliyyatlarda istifadəsi zama-
nı meydana gələn korrupsiya hallarına həsr edilmişdir. Bu fəsildə, həmçinin
özəl təhlükəsizlik və hərbi şirkətlərin xidmətlərindən hərbi əməliyyatlarda
istifadə zamanı dürüstlüyü artırmaq üçün tətbiq olunan müsbət praktikalar
haqqında da məlumat verilir.
Korrupsiya təkcə sülh-məramli qüvvələri ruhdan salmaqda rol oyna-
mır, həmçinin ölkədaxili və beynəlxalq sülh səylərinin etibarlılığını azaldır.
Əfqanıstanda məsələn korrupsiyanın səviyyəsi o nöqtəyə çatmışdır ki,artıq
o həm Əfqan hökümətinin, həm də NATO rəhbərliyindəki qüvvələrin
fəaliyyətlərini təhlükə altında qoyur.
İndiki zamanda, NATO üzvü ölkələrinin hərbi qüvvələri fərdi qayda-
da və ya koalisiya tərkibində, məqsədindən asılı olmayaraq, hər hansı bir
əməliyyatı “özəl hərbi podratcı təşkilatlar”-ın aktiv iştirakı olmadan həyata
keçirə bilməzlər. NATO hərbi qüvvələrinin özəl sektordan bu cür sürətlə artan
asılılığı,soyuq müharibə bitəndən bəri son iyirmi ildə artmışdır. Məsələnin
bu hal alması anlaşılan deyil, həmçinin onun tətbiq edilməsi baxımından da
heyrətləndiricidir,cünki BMT-nin 1989-cu ildə Muzdluluğa Qarşı Konvensi-
yası
95
özəl hərbi qüvvələrin artımına maneə (təkan vermək yox) niyyəti ilə
qəbul olunmuş və onların istifadəsini BMT üzvü ölkələri tərəfi ndən qadağan
edilməsini bəyan etmışdir.
Bu cür aşkar paradoksal hala birinci cavab odur ki,NATO Koalisiya
qüvvələrinin müharibə zonalarında ciddi şəkildə arxalandıqları özəl hərbi
95
United Nations General Assembly, International Convention against the Recruitment,
Use, Financing and Training of Mercenaries, 72
nd
plenary meeting (4 December 1989),
A/RES/44/34
.
170
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
podratçılar(ÖHP), açığını desək, texniki baxımdan yanaşıldıqda “muzdlu-
lar” sayılmır. BMT-nin muzdlular haqqında konvensiyasının özü “muzd-
lu” kəlməsini, bir hökümətin başqa ölkənin vətəndaşını pulla ələ alıb,
silahlandırıb,öz ölkəsinə əsgər kimi istifadə etməsi kimi xarakterizə edir.
ÖHP-nın böyük çoxluğu,əksinə, heç bir növ silah daşımır və öz ölkələrinin
xaricdəki hərbi və ya diplomatik idarələrində çalışırlar.
Haşiyə 12.1. Qoşunları Yeritmək Ərəfəsində Korrupsiya Problemləri və
Müsbət Təcrübələr
Sülhməramlı əməliyyatlarda iştirak etmək üçün beynəlxalq təşkilatlar
ölkələrə müraciət edirlər. Bir çox hallarda, bu cür təklifl ər qısa müddət
ərzində gəlir və ölkələrin hərbi qüvvələri bu cür səfərə hazır olmur və konkret
əməliyyatların tələblərinə cavab verə bilən əlavə silah sistemlərinə,rabitə
sistemlərinə,fərdi və başqa tip avadanlıqlara ehtiyac olur.
Bu halda uyğun rəqabət prosesi olmadan təhcizat prosedurları çox qısa
zamanda həyata keçirilir.Bundan əlavə, birlikdə qarşılıqlı çalışabilmənin
(interoperability) minimum tələbləri əsasında və əsgərlərin, dənizçilərin
və ya təyyarəçilərin təhlükəsliyi üçün “nəcib qayğı”-lardan çıxış edərək
xərclərin qənaəti ilə bağlı məsələlər kiçildilir. Normal təhcizat dönəmində
dürüstlüyün olmadığı halda, bu cür tələsik zaman ərzində baş verən təhcizat
prosesləri korrupsiyaya daha çox cəlbedici olur.
Ğöndəriləcək şəxsi heyətin seçilməsində açıq-aydın kriteriyaların və
şəffaf prosedurların olmaması,xüsusilə də, bu missiyaya göndərilənlərin
əmək haqqısının onların öz ölkələrindəki normal maaşlarından çox yüksək
olması həssas nöqtələrdir.
Hərbçilərin bu missiyada iştirak etmələri üçün pul ödəmələri halları və
ya tələsik alınan silahın keyfi yyətinin aşağı olması, göndərilən birliklərin
döyüş ruhunun aşağı düşməsinə təsir edə bilər.
Müsbət təcrübələrin çoxu əvvəlki fəsillərdə müzakirə etdiyimiz- təhçizat
zamanı və kadrların idarə etməsində dürüstlüyün təmini- burada da tətbiq
olunur. Bu tələblər,xüsusilə, göndəriləcək heyətin şəffaf qaydalar və
xıdmətinə yararlılığı əsasında seçilməsinə və həmçinin, rəqabət əsasında
silah və texnikanın alınması və alınan avadanlığın düzgün keyfi yyət
nəzarətindən keçməsinə tətbiq olunmalıdır.
Fundamental məna kəsb edən məsələ kontingent göndərmək yox,yəni
xüsusi toplanmış və xüsusi missiya üçün silahlanmış və evə döndükdə isə