Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə63/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   59   60   61   62   63   64   65   66   ...   163

163

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

TNİ-ın mülkiyyət və aktivləri yoxlanmasa da,onların hökümət balansına 

keçməsi yolu hələ uzundur. Bu günə qədər, TNİ-ın iqtisadi fəaliyyət məsələsi 

İndoneziyada hərbi islahatlar üçün əsas maneə kimi qalmaqdadır, çünki 

hökümət bu məsələdə çox yavaş hərəkət edir. Ən sərt problem hərbçilərin büdcə 

məsələləri ilə bağlıdır. TNİ-ın büdcəsi peşəkar ordunu maliyyələşdirməkdən 

çox uzaqdır. Bütöv büdcənin ən azı 45%-ı hərbçilərin əmək haqqı və sosial 

rifahı üçün xərclənir və 30%-i hərbi texnologiya, xidmət və ordunun inkişa-

fı üçün lazım olan texnika, silah və infrastrukturaya sərf olunur

93

. Bundan 



əlavə, indiki hökümət tələb olunan hərbi büdcənin ancaq yarısını təmin etmək 

iqtidarındadır. Bu səbəbdən, hökümətin məhdud maliyyə resursları, TNİ-ın 

iqtisadi funksiyalarının əlindən alınması istiqamətində gedən səyləri sual al-

tına qoyur.

94

Ordunun İqtisadi Subyekt olmasına Əks Təsirlər

Peşəkarlıq

Ordunun sahibkarlıq fəaliyyəti subyektinə çevrilməsinın birbaşa 

nəticəsi onun peşəkarlıq səviyyəsinin aşağı düşməsi göstəricisidir. Gəlir 

gətirən fəaliyyətlərə cəlb olunan ordu özünün əsas funksiyası olan dövlətin 

təhlükəsizliyini qorumaq mənasını itirə bilər. Bu zaman ordu daha çox gəlir 

gətirən fəaliyyətdə maraqlı olur, nəinki dövlətin və  fərdi vətəndaşlarını 

təhlükəsizliyini təmin etməkdə. Peşəkarlığın itirilməsinin gətirdiyi  ən pis 

ssenari, ordunun dövlətin nəzarətindən çıxması olur. Ordunun öz imkanları 

hesabına büdcəsini maliyyələşdirməsi (hətta yarısını da olsa), onun dövlət 

içində müstəqillik hisslərini artırır və beləliklə,ölkənin sosial,siyasi və iqtisa-

di sahələrinə geniş hərbi müdaxilə riskləri yaradır.

Cavabdehlik və Məsuliyyət 

Ordunun iqtisadi subyekt olduğu zaman yaranan digər mənfi  təsir cavab-

dehlik və məsuliyyətin olmamasıdır. Əgər ordu öz büdcəsini özünün müstəqil 

93

    Bax: Eric Hendra, “The TNI’s Business,” in Almanac on Security Sector Reform in 



Indonesia 2007, ed. Beni Sukadis (Jakarta: LESPERSSI & DCAF, 2007), 121.

94 


 Vaşinqton Universitetində (University of Washington) çalışan İndoneziya eksperti Daniel 

Lev-in İndoneziya hərbi büdcəsi ilə bağlı bir zamanlar dediyi kimi, “Əgər sənin büdcən sənin 

tələbatlarının üçdə birini və ya yarısını ödəyirsə o zaman sən də qalanını oğurlayacaqsan.”  

Taufi k Darusman-a isnad edilmişdir, “Putting The Military out of Business,” The Jakarta 



Globe  (27 September 2009), http://thejakartaglobe.com/columns/taufi k-darusman-

putting-the-military-out-of-business/ 332030.




164

Silahlı Qüvvələrin Şəxsi Heyətinin və Aktivlərinin İqtisadi Fəaliyyətlərə Cəlb Olunması

iqtisadi fəaliyyəti nəticəsində təmin edirsə, o zaman ordunun hərbi büdcəni 

necə  işlətməsi və özünün fəaliyyəti haqda dövlət qarşısındakı cavabdehli-

yi də azalacaqdır. Bu cür vəziyyətin riski yüksəkdir.  Əgər dövlət ordunun 

büdcəsinə və fəaliyyətinə nəzarət edə bilmirsə, o zaman ordu dövlətin qanun 

və qaydalarına zidd olan başqa məqsəd və vəzifələr üçün çalışacaq və ya hətta 

dövləti və onun vətəndaşlarını qorxu altında saxlayacaq.  Qısaca, ordu bu hal-

da dövlət və onun vətəndaşları üçün ciddi daxili təhlükəyə çevrilir.

Demokratik ölkələrdə, hərbi büdcəyə, demokratik nəzarət mexanizmləri 

olan parlament və qeyri-hökümət təşkilatları tərəfi ndən fəal şəkildə nəzarət 

edilir. Bu nəzarət o anlamla həyata keçirilir ki, ordu dövlət aparatının bir 

hissəsidir və dövlətin təhlükəsizliyini təmin etməlidir və ordu hökümət 

tərəfi ndən tam məliyyələşdirilir. Lakin, demokratiyaya keçid ölkələrində hərbi 

xərclərə nəzarət  etməyin çətinlikləri vardır. Bunun bir çox səbəbləri var, la-

kin çox yayılan səbəbdən biri hərbi yanaşmadan doğan məxvilik məsələsidir 

və bu büdcədə də əks olunur. Bəzən ordu öz büdcəsinin ictimaiyyətə açıqlan-

masından və nəticədə ordunun hərbi qabiliyyətinin cəmiyyətə  və ya düşmənə 

məlum olmasından çəkinir.

Digər səbəb isə cəmiyyət tərəfi ndən, xüsusilə də, hərbi qurumlar üzərində 

ciddi nəzarət aparmalı olan parlament tərəfi ndən inamın olmamasıdır. Burada 

əsas məsələ ordu haqda təəssuratın necə olmasından gedir, cünki o dövlət 

sistemində insanların düşüncə tərzinə və oyun qaydalarına təsir edir. Ordunun 

mülki cəmiyyətdən üstünlüyü,istisnalığı,vətənpərvər olması və zor işlətmək 

haqqının olması kimi görüntüsü mülki orqanlara büdcə məsələlərinə qarışma-

ğa maneələr yaradır. Əlbəttə, parlament üzvlərinin ordunun büdcə tərtibi və 

fəaliyyətləri haqda bilgilərinin az olması da bu vəziyyətə kömək  edir.                          



İnsan Hüquqları Pozuntuları

Ordunun iqtisadi fəalıyyətinin törətdiyi geniş təsirlərdən biri də insan hü-

quqları pozuntularıdır. Yuxarıda deyildiyi kimi ordu dövlət aparatını təmsil 

edir və dövlət orduya zorakılığa qarşı səmərəli  “qanuni nəzarət” səlahiyyəti 

verir. Lakin, ordunun iqtisadi fəaliyyəti, onun gəlir gətirən səylərini “zorakılı-

ğa nəzarət” funksiyası ilə birləşdirdikdə və bu zaman mulki nəzarət olmadıq-

da  fəlakətli nəticələrə gətirib çıxarır. Ordunun iqtisadi fəaliyyəti nəticəsində 

insan hüquqlarının pozulması halını təsvir edən nümunə İndoneziyada, Şərqi 

Papuada TNİ-lə imzalanmış Freeport  təhlükəsizlik sazişində təqdim olunur 

(Bax Haşiyə 11.3).

TNİ-la Freeport təhlükəsizlik anlaşması, TNİ-ın iqtisadı  fəaliyyətlərini 

gizli alternativlərlə davam etdirmək istəyidir. TNİ haqda qanunun 7-ci 

maddəsinə görə,TNİ-in  əsas funksiyalarından biri həyati xarakterli dövlət 



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə