Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə60/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   56   57   58   59   60   61   62   63   ...   163

155

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

11-ci Fəsil

Silahlı Qüvvələrin Şəxsi 

Heyətinin və Aktivlərinin İqtisadi 

Fəaliyyətlərə Cəlb Olunması

 

Giriş

Keçid dövrünü yaşayan ölkələrdə, ordu, ölkənin siyasi və iqtisadi 

həyatında nüfuzlu yer tutur.  Demokratiyaya keçid dövrünü yaşayan ölkələrdə 

ordunun önəmli yer tutması, keçmişdə həmin ölkələrin yaşadığı ağır zaman-

larda ordunun və təhlükəsizlik qüvvələrinin oynadığı rol ilə izah olunur. Ordu 

ölkədə zorakılığı hüquqi yolla, təsirli surətdə nəzarətdə saxlamaq vasitəsilə 

özünün yaratdığı sosial və siyasi əsaslara söykənərək mülki nəzarətdən yuxarı-

da durmuşdur. Ona görə də cəmiyyət daxilində ordunun güclü hakimiyyətinin 

olması heç də  təəccüblü deyil. Paradoksal haldır ki, bəzən siyasi liderlər 

bu vəziyyətdən özləri də yararlanırlar. Onlar “zorakılıq siyasəti” vasitəsilə 

hakimiyyətlərini saxlamaq və demokratik proseslərdə qeyri-müəyyənlik ya-

ratmaq üçün  ordu ilə ikitərəfl i münasibətlər qururlar.

İqtisadi və siyasi sistemlərə  hərbi müdaxilənin  əsas təsirlərindən biri, 

ordunun bir iqtisadi qüvvə kimi transformasiya olmasıdır. Bu baxımdan 

ordu özünün resurslarından istifadə edib (şəxsı heyət və aktivlər) iqtisadi 

fəaliyyətlərə qoşulur. Bu qısa izahatdan anlamaq olur ki, ordunun iqtisadi 

fəaliyyətləri hərbi qüvvələrin həm  şəxsi, həm də  təşkilati cəhətlərini  əhatə 

edir. Nəticədə, bu iqtisadi fəaliyyətlər dövlət sistemi baxımından ordunun oy-

nadığı mühüm rola zərər vurur  və həmçinin, insan hüquqlarını da təhlükədə 

qoyur. 

Bu fəsil müdafi ə (hərbi)sektoru heyətinin və aktivlərinin, ordunun iq-



tisadi amil olması prizmasından yanaşılaraq, iqtisadi fəaliyyətə  cəlb olun-

masını  və  İndoneziya Ordusunun(TNİ: Tentara Nasional İndonesia) biznes 

fəaliyyətinin nümunəsində hərbi iqtisadi fəaliyyətin əks təsirlərini analiz edir.

Ordunun İqtisadi Subyekt kimi Transformasiyası

Müdafi ə sektoru dövlət fəaliyyətinin ən xərcli və mürəkkəb sahəsidir. Ha-

mıya məlumdur ki, ölkənin ideal müdafi ə qabiliyyətini yaratmaq üçün, dövlət 

büdcəsindən orduya geniş  məbləğdə maliyyə ayrılmalıdır.  Digər tərəfdən, 




156

Silahlı Qüvvələrin Şəxsi Heyətinin və Aktivlərinin İqtisadi Fəaliyyətlərə Cəlb Olunması

dövlət başqa sahələrə də, məsələn, təhsil, səhiyyə və sosial təminat sahələri 

kimi xərcli sahələrin ehtiyaclarına da birinci dərəcəli diqqət yetirməlidir. Bu 

dilemma avtomatik olaraq ordunun transformasiya olub iqtisadi subyektlərə 

keçməsinə  və  nəticədə ordunun büdcəsi üçün davamlı maliyyə bazasının 

yaradılmasına əsas yaratmır. Qısa olaraq, ordu gəlir gətirməsi üçün yaradıl-

mır. Əksinə, o minimum büdcə ilə ölkənin hərbi və təhlükəsizlik maraqlarını 

təmin etmək üçün yaradılır. Lakin, hərbi iqtisadi fəaliyyət tendensiyası hələ 

də azalmamışdır. Faktiki olaraq Banqladeş, Filippin, Pakistan, Çin və Rusiya-

da ordu hələ də qanuni və ya qanunsuz olmasından asılı olmayaraq fəal gəlir-

meylli fəaliyyətlərə qoşulmuşdur. Bu cür tendensiya göstərir ki, ordunun iq-

tisadi subyekt kimi transformasiyası ilə bağlı gedən danışıqların arxasinda 

artan məntiqi yanaşma vardır.

Brommelhorster və Paes-ə görə, ordunun iqtisadi fəaliyyətlə məşğul ol-

masının bir neçə səbəbləri var. Birincisi, ordunun əlində olan insan və mad-

di resurslar mülki sektorla müqayisədə çoxdur və bu imkan orduya özünün 

əsas funksiyasından əlavə başqa məsələləri də yerinə yetirməyə imkan verir. 

İkincisi,ordu çox vaxt büdcə kəsirlərini doldurmaq üçün özəl müəsisə funksi-

yalarını da yerinə yetirir. Üçüncüsü,zəif dövlətlərdə ordu üzərindəki yetərsiz 

mülki nəzarət, ordu elitasi üçün kommersiya fəaliyyəti ilə  məşğul olmaq 

üçün əlavə stimullar yaradır. Dördüncüsü, hərbi iqtisadi fəaliyyətin köklərini 

axtarsaq,görərik ki, bir zamanlar üsyançı qüvvələri yaratmaq və sonra onların 

fəaliyyətlərini müstəqil surətdə dəstəkləmək üçün bir cox iqtisadi addımla-

rın atıldığı görünür. Nəhayət, hətta dövlətin təhlükəsizliyinə qarşı təhlükələr 

zəifl ədikdə belə, silahlı qüvvələrin həcmini azaltmaq çətin olur və bu baxım-

dan da ordunun iqtisadi funksiyasından da istifadə olunur

79

. Bu izahatların 



əsasında hərbi qüvvələrin iqtisadi fəaliyyəti ilə bağlı daha çox konkret halları 

ümumiləşdirə bilərik.

Hərbi qüvvələri iqtisadi fəaliyyətə stimullaşdıran iki cür hal mövcuddur: 

yəni siyasi-iqtisadi əlaqə və dövlət büdcəsində maliyyə yetərsizliyi. Siyasət 

və iqtisadiyyat medalyonun iki tərəfi  kimidir. Ona görə  də,əgər hərbi söz 

sahiblərinnin siyasi hakimiyyəti olarsa, onların dövlətin iqtisadi həyatında 

önəmli rol oynayacaqları (və əksinə) haqda fi kir geniş qəbul olunur. İqtisadi 

baxımdan güclü hərbçilər həm mövcud hakimiyyətə, həm də dövlətin içində 

uyğun nüfuz etmə imkanlarına sahib olacaklar. Bu halda ordunun iqtisa-

di fəaliyyəti onların mülki müttəfi qinin və ya özlərinin hərbi rəhbərliyinin 

siyasi hakimiyyətinə  əhəmiyyətli dərəcədə  təsir edəcək. Ordu və siyasi-iq-

79

  Jörn Brömmelhörster and Wolf-Christian Paes, eds., The Military as an Economic Actor: 



Sol diers in Business (New York: Palgrave Macmillan, 2003).


157

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

disadi həkimiyyət arasındakı bu cür əlaqələr tez-tez repressiv hökümətlərin 

hakimiyyətində baş verir, məsələn, General Suxarto dönəmində İndoneziyada 

olduğu kimi.

 Lakin, hərbi iqtisadi fəaliyyətlər həmişə istisna olaraq özlərinin siya-

si hakimiyyətinə xidmət etmir. Qeyri-avtoritar və ya demokratiyaya keçid 

ölkələrində ordunu siyasətdən ayırandan sonra, peşəkar ordu qurulması ide-

yası irəli çəkilir. Təəssüf ki, ordunun peşəkar əsaslarda qurulması addımları, 

hökümət tərəfi ndən uyğun maliyyə  dəstəyi ilə qarşılanmır. Nəticədə, ordu-

nun büdcəsi hökümət tərəfi ndən tamamilə təmin edilmədiyindən, ordu iqti-

sadi fəaliyyətə girmək üçün bəraət qazanır. Hətta günümüzdə bu cür iqtisa-

di fəaliyyət yüksək səviyyəli hərbi rəhbərlik üçün gəlir gətirməyə yönəlmiş 

iqtisadi fəaliyyət sayılsa da, bu cür büdcədən kənar maliyyələrdən hərbi 

büdcənin kəsirini doldurmaq üçün istifadə olunduğu iddia edilir. Ball və 

Hendrikson büdcədən kənar hərbi xərcləmələri dəstəkləyən bir neçə amilin 

olduğunu hesab edir: güclü icraedici qərar qəbul etmə mədəniyyəti, sosial və 

iqtisadi sahələrdə ordunun oynadığı rol,təhlükəsizlik problemləri, dövlət qu-

rumlarının gövrəkliyi və təbii sərvətlərin qorunmasında və satışında ordunun 

iştirakı

80

.



İqtisadi fəaliyyətlə  məşğul olan ordunun iştirakının hər iki növü də 

müstəqil deyildir. Faktiki olaraq, İndoneziya hərbi iqtisadi fəaliyyətində gör-

düyümüz kimi, bu fəaliyyət təbiəti etibarı ilə ölkə büdcəsinə dəstək xarakteri 

daşıyır.


İndoneziya Hərbi İqtisadi Fəaliyyətlərinin Strukturu

Tarixən,  İndoneziya ordusunun iqtisadi fəaliyyəti General Suxartonun 

1967 – 1998-ci illər  ərzində idarə etdiyi repressiv rejimin dövrünə  təsadüf 

edir. Suxartonun rəhbərliyi dönəmində,TNİ-ya heç bir ciddi parlament 

və ya vətəndaş  cəmiyyətləri təşkilatlarının nəzarəti olmadan, öz büdcə  və 

əməliyyatlarını  sərbəst idarə etmək üçün imkanlar verilmişdir. ABRİ-nın  

(TNİ  –ın keçmiş adı) dwifungsi doktrinası vasitəsilə, TNİ-ya geniş sosi-

al və siyasi rollar verilmişdir. Bu doktrinaya görə, İndoneziya Ordusu həm 

ölkənin müdafi əçisi, həm də ölkənin inkişafı üçün sosial-siyasi qüvvə sayı-

lırdı


81

. Nəticədə, bu doktrina TNİ-a, xüsusilə  də iqtisadi inkişafl a əlaqədar 

80

    Dylan Hendrickson and Nicole Ball, “Off-budget Military Expenditure and Revenue: 



Issues and Policy Perspectives for Donors,” Confl ict Security and Development Group 

Occasional Papers (2002).

81

  Leonard C Sebastian, Realpolitik Ideology: Indonesia’s use of Military Force (Singapore: 



ISEAS, 2006), 323–325. See also: GlobalSecurity.org, “ABRI-Armed Forces of the Republic 


Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə