Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə58/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   54   55   56   57   58   59   60   61   ...   163

150

Lazımsiz Avadanlığın və İnfrastrukturun İstifadəsi

Haşiyə 10.6.  Artıq Silah Sistemlərinin Utilizasiya ilə bağlı Korrupsiya 

İttihamları

Finlandiya Dövlət Prokuroru Jorma Aijala beş  nəfərə qarşı cinayət işi 

qaldırır. İttiham olunanlardan ikisi Müdafi ə Nazirliyində direktorluq vəzifəsi 

tuturdu. Qalan üçü isə utilizasiya şirkətində çalışırdı.Bu cinayət hadisəsi 

tender yarışı ilə əlaqədər idi. Müdafi ə Nazirliyi 2007-2009-cu illər ərzində 

360 dənə köhnəlmiş, piyadaların zirehli texnikasını utilizasiya etmək üçün 

alıcı axtarırdı. Prokurorun verdiyi məlumatlara görə,tenderin qalibi tender 

yarışında qeyri-qanuni vasitələrdən istifadə etmiş və rəqabətdə olan tender 

iştirakçısı 350 000 Euro həcmində zərər çəkmişdir. 

Müdafi ə Nazirliyi tərəfi ndən ən ciddi ittiham o vaxtkı satış müdürünə qarşı 

sürülmüşdür və hal- hazırda o ordudan xaric edilmişdir.  İttihama görə,o 

qalib  şirkətin nümayəndələrindən rüşvət almış  və tender yarışında qərar 

verən şəxsləri inandırmışdır ki, o şirkətin irəli sürdüyü təklifl ər tenderdə 

rəqabətdə olan digər təklifdən üstündür. Dövlət prokuroru, rüşvət aldığına 

görə geniş miqyaslı  dələdüzlük, öz vəzifəsindən sui istifadə etmək və 

həmçinin dövlət sirrini pozmaq ittihamı ilə satış müdürüni cəzalandırmağa 

çağırmışdır. Aijala-ya görə rüşvətlə  əylənmə  və qonaqlıqlar həyata 

keçirilmişdir. Müstəndiqlər, satış müdürünün 6 min Euro alması haqda 

da  şübhələnirdirlər.  Qalib sirkətin rəhbərlik səviyəsindəki bir işçisi, öz 

rəhbərliyindən bir şəxsin xahişi ilə boz zərfdə həmən adama 6000Euro pul 

verdiyini boynuna aldı. Buna baxmayaraq, prokuror 6000 Euro rüşvətlə 

bağlı ifadənin yetərli olmadığını hesab etdi. 

Hərbi Qüvvələr növünün digər direktoru işdə yarıtmazlığa görə,praktiki 

olaraq diqqətsizliyə görə ittiham olundu. Həmən direktor satış müdürü 

tərəfi ndən təqdim edilən qiymət analizinə inanmış  və onun əsasında, o 

sonra tender qalibi ilə bağlı təklif hazırlamışdır.  Hazırlanan təklif Müdafi ə 

Nazirliyi ierarxiyası üzrə yuxarı getmiş  və heç kim satış müdürünün 

rəqəmlərini yoxlamamışdır. Hazırlanan təklif  əsasında, utilizasiya haqda 

son qərar, o zamankı Müdafi ə Naziri tərəfi ndən verilmişdir. 

Podratçı  fi rmanın nümayəndələrinə qarşı geniş miqyaslı  dələduzluq, 

kommersiya sirlərini pozma və rüşvət vermə ittihamlarına görə cinayət 

işi qaldırılmışdır.Müstəndiqlər,həmən fi rmanın müdürü və müdür müavini 

haqda sui-istifadə ittihamları irəli sürmüş, lakin prokuror bu ittihamları 

əsassiz saymışdır. 



Mənbə:  “Deal to Scrap Army Tanks Leads to Bribery Trial,” Helsingin Sanomat, 

International Edition (26 November 2009), http://www.hs.fi /english/article/Deal+to+scr

ap+army+tanks+leads+to+bribery+trial/ 1135251039606.

Avstraliya Müdafi ə Nazirliyinin artıq mülkiyyətlə bağlı gördüyü işlər 



151

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

müsbət praktika kimi sayıla bilər. Müdafi ə Nazirliyi artıq,lazımsız hərbi 

mülkiyyətin utilizasiyasına ayrıca mərhələ kimi baxır, yəni mövcud inf-

rastruktur obyektlərinin həyat-dövrünün idarə edilməsi prosesinin bir 

mərhələsi kimi baxırlar

76

. Utilizasiya prosesi bütün maraqlananar üçün 



sadə,anlaşıla bilən(Bax  Şəkil10.1) formada İnternet-də yerləşdirilmişdir.

77

 



Kim maraqlanırsa,qısa zaman ərzində bu prosesin əsas mərhələləri, qərar 

qəbul etmə kriteriyaları, konkret fəaliyyətin gözlənilən nəticələri, tətbiq edilə 

bilən təlimatlar və hətta təlimatların mətnləri haqda məlumat əldə edə bilər. 

Beləliklə, hökümət adamının məhdud səlahiyyəti, rəqabətli prosedurlarla 

bərabər hərəkət etdikdə utilizasiya zamanı ortaya çıxan korrupsiya imkanla-

rını ciddi surətdə azaldır.

Dördüncü və sonuncu növ risklər barter üsullarını  əhatə edir. Bu ən 

yüksək korrupsiya risklərini özündə ehtiva edən utilizasiya formasıdır. 

Məsələn, bir çox ölkələrdə ordu ən çox mülkiyyət “sahib”lərindən biridir 

və bu mülkiyyətin bir çoxu, hətta ehtiyac duyulmayan hissəsi,ən cəlb edi-

ci yerlərdə, məsələn,şəhərin mərkəzində yerləşir. Bir çox hallarda hərbi 

rəhbərlik, “əsgərlərə qayğı” adı altında bu cür cəlbedici yerləri evlərlə 

mübadilə edib satırlar və bu zaman sadəcə evləri satan şirkəti də özləri ta-

pırlar.Yəqin ki, bu cür hallarda korrupsiyanın qarşısını almağın təsirli yolu, 

qanunla bu cür mübadilələri qadağan etməkdir.

Tövsiyələr

Əvəlki bölmədə müqavilə bağlama prosesi ilə bağlı tövsiyələrə əlavə ola-

raq, bu fəslin son bölməsi də idarəçilik mexanizmlərinn möhkəmləndirilməsi 

və utilizasiya-xarakterli korrupsiyanın azaldılması ilə bağlı tövsiyələri ye-

kunlaşdırır. 

Xəbərdar Etmə 

Müdafi ə Nazirliyi, parlamentlər və  vətəndaş  cəmiyyətləri artıq silah 

sistemləri, avadanlıqları, sursatları və infrastrukturları haqda və onların bütün 

xarakteristikaları ilə bağlı, o cümlədən onların utilizasiyası zamanı ortaya çı-

xan korrupsiya imkanları haqqında ictimaiyyəti xəbərdar etməlidirlər.

76 


 Avstraliya Höküməti, Müdafi ə Nazirliyi, İnfrastruktur İdarəetməsi, www.defence.gov.

au/IM.


77 

Avstraliya Höküməti, Müdafi ə Nazirliyi, Artıq Hərbi Mülkiyyətin Məhv edilməsi 

Yolları,Version 4.9 (September 2009), http://www.defence.gov.au/im/disposal/ main.htm.



152

Lazımsiz Avadanlığın və İnfrastrukturun İstifadəsi

Hərbi planlaşdırma və Planlar

Sağlam hərbi planlaşdırma,utilizasiya məmulatlarının səmərəli 

idarəetməsi üçün əsas şərtdir.Bu cür planlaşdırma problemə uzun-müddətli 

perspektiv kimi baxır. Birincisi, sağlam hərbi planlaşdırma elə silah siste-

mi və/və ya infrastruktur qurmağa maliyyə ayırır ki, bir müddət sonra güc 

strukturu dəyişikliyi planları ortaya çıxanda həmən sistem və ya infrastruktur 

lazımsız elan edilməsin. 

İkinci, yaxşı  düşünülmüş hərbi planlar, lazımsız sayılacaq avadanlıq və 

infrastruktur növləri və sayları ilə bağlı,həmçinin,məhv ediləcək sursat eh-

tiyatları haqda da etibarlı,həqiqi məlumatlarla təmin edir. Üçüncü, biznes 

dairələri və əsasən da hərbi sənaye həmən məlumatlardan yararlanıb uyğun 

hərbi imkanları yaratmaq üçün istifadə edə bilər və həm ölkədaxili, həm də 

mümkün olduqca beynəlxalq səhnədə rəqabətliliyi artırar. 

Yerli Hökümətlərin Utilizasiya İşlərinə Sahib Çıxması

Xarici dövlət və təşkilatların atıcı silah cəbbəxanalarının və artıq hərbi 

ehtiyatların məhv edilməsi prosesinin ilkin mərhələsindəki rolları, prosesin 

başlaması üçün həllledici xarakter daşıyır.Çox vaxt, ölkələr artıq hərbi ava-

danlıq və silahların heç olmasa bir hissəsini ləğv etmək istəyir,ancaq maliyyə 

və ya texnoloji səbəblərə görə, ya da özləri bu işə çox pul ayırmaqda həvəssiz 

olduqlarına görə bu işi görə bilmirlər. Buna baxmayaraq, əgər bu ölkələr 

bu problemi özününküləşdirərsə, o zaman bu işdən faydalanar və donor 

ölkələrlə münasibətləri daha aktiv olar. Donor ölkələri də, öz növbəsində yerli 

hökümətləri bu işə sahib çıxmalarına həvəsləndirməlidirlər

78

. Eyni zamanda, 



utilizasiya prosesi zamanı, yerli hökümətlərdən geniş şəffafl ıq və standartların 

artırilması və iştirakçıların cavabdehlik və məsuliyyətinin təkmilləşdirilməsi 

tələb olunur.

Utilizasiya Prosesini İdarəetmək üçün Proqramlaşdırılmış 

Yanaşma Qəbul Etməli

Qısa müddətli perspektivdə, silah və sursatları anbarda saxlamaq və qoru-

maq onu məhv etməkdən ucuz başa gəlir.Ancaq bu qısa müddətli perspektiv 

uzun müddətli perspektivə zərər vurur. Ona görə də, utilizasiya prosesi üçün 

də, başqa miras qalmış məsələləri həll etmək üçün qəbul edilən yanaşmalar 

kimi, proqramlaşdırılmış yanaşmanın qəbul edilməsi tövsiyə olunur.Bu cür 

proqramlı yanaşma aşağıdakıları nəzərdə tutur:

78

  Sami Faltas, “Bulgaria and Romania:Quick Start, Ambiguous Progress”, Contemporary 



Security Policy 29:1(April2008):78-102


Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə