Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə55/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   51   52   53   54   55   56   57   58   ...   163

141

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

10-cu Fəsil

Lazımsiz Avadanlığın və 

İnfrastrukturun İstifadəsi

Soyuq müharibədən sonrakı təhlükəsizlik mühitinə uyğunlaşma prosesi 

zamanı bir-birinə əks qütblərdə yerləşən tərəfl ər öz silahlı qüvvələrini dra-

matik dərəcədə azaltdılar.Bu proses zamanı çoxlu sayda silah sistemləri, ava-

danlıq, sursatlar və hərbi obyektlər müdafi ə və təhlükəsizlik baxımından öz 

əhəmiyyətini itirdi. Qərb ölkələrindəki hərbi təşkilatlar da müəyyən problemləri 

həll etməli oldular. On görə də düzgün hərbi idarəetmə mexanizmlərinin, par-

lament nəzarətinin və  cəmiyyətin marağının üst-üstə düşməsi bu problemi 

idarə olunan hala saldı. Keçmiş Varşava müqaviləsi ölkələri isə, lazımsız 

köhnə hərbi məmulatların taleyi ilə bərabər, bazar iqtisadiyyatına dönüş və 

demokratik idarəetmə prinsipləri ilə də məşğul olmalı idilər. Bu ölkələrin bir 

çoxlarının ərazisində və ya qonşuluğunda yanar münaqişələrin olması, çox 

məhdud şəffafl ıq və ümumiyyətlə çox zəif demokratik dövlət institutlarının 

olması da onlar üçün əlavə problemlər idi. 

Təəccüblü deyil ki, Şərqi, Cənubi-Şərqi Avropada və digər yerlərdəki 

müdafi ə  təşkilatları bu mirasdan qalan problemlərin öhdəsindən gəlmək 

iqtidarında ola bilmədilər və  hələ  də müxtəlif sayda bu cür problemlərlə 

üzləşirlər. Birincisi, lazımsız,artıq avadanlığın və infrastrukturun saxlanması 

çox xərc tələb edir.  İkincisi, artıq avadanlığın düzgün qorunmaması,anbarda 

saxlanılması və idarə edilməsi birbaşa olaraq əsgərlərə,işçilərə və yaxınlıqda 

yaşayan əhaliyə və ətraf mühitə təhlükə yaradır və qanunsuz alverin artması-

na və silah və texnikanın cinayətgarlara və hətta terrorçulara yayılmasına im-

kan yaradır. Və üçüncü olaraq, artıq avadanlıq və infrastrukturun qeyri-şəffaf 

və cavabdehsiz idarəetməsi korrupsiya risklərinə yol açır.

Bu fəsildə bu üç qrup problemlərə baxılır və onları  həll etmək üçün 

müsbət praktikadan nümunə gətirilir. Son bölmədə tövsiyələr siyahısı verilir 

və bu tövsiyələrin həyata keçirilməsi utilizasiya

69

 (lazımsız,artıq avadanlığın 



istifadəsi) zamanı korrupsiya imkanlarını azaldır.

69   


Burada utilizasiya lazımsız,artıq hərbi avadanlığın və infrastrukturun satış, mübadilə, 

ianə,dönüşüm, məhv etmə və ya başqa qanuni yollarla müdafi ə strukturlarından çıxarılması 

adlanır.



142

Lazımsiz Avadanlığın və İnfrastrukturun İstifadəsi

Resursların İsrafı 

Artıq olan hərbi məmulatların müdafi ə  təşkilatlarından çıxarılması çox 

baha başa gələ bilər. Digər tərəfdən, artıq silah sistemləri,avadanlıq,silah-

sursat və infrastrukturu əldə saxlamaq, zəruri müdafi ə qabiliyyətlərini inkişaf 

etdirmək və ölkənin, müttəfi qlərin və tərəfdaşların təhlükəsizliyini qorumaq 

üçün silahlı qüvvələrin hərbi əməliyyatlara göndərilməsinə lazım olan dəyərli 

insan və maliyyə resurslarını lazımsız istiqamətə yönəldir. Haşiyə 10.1-in 

göstərdiyi kimi artıq hərbi avadanlıq və infrastrukturun  düzgün istifadə olun-

maması milli müdafi ə imkanlarının uzun- müddətli inkişafına zərər vurur.

Haşıyə 10.1.  Artıq Hərbi Avadanlığın  İstifadəsinin Uzadılmasının 

Dolayı Xərcləri

2004-cu ildən NATO üzvü və 2007-ci ildən Avropa Birliyi ölkəsi olan 

Bolqarıstan hələ də özünün Soyuq Müharibə dövründəki böyük ordusunun 

mirası ilə  məşğuldur. Berlin Divarının düşməsindən 20 il keçməsinə 

baxmayaraq, Bolqarıstan müdafi ə  təşkilatları  hələ  də çoxlu silah 

sistemlərindən, on minlərlə ton silah-sursat və ehtiyacı olmadığı yüzlərlə 

hərbi obyektlərdən canını qurtara bilmir. Orta hesabla götürsək, artıq 

hərbi əmlakın utilizasiya tempi orduya  daxil olan müasir texnika və hərbi 

sursatların və yeni infrastrukturların qurulması tempindən çox deyil. 

Digər tərəfdən, ölkə özünün beynəlxalq hərbi  əməliyyatlar sahəsində 

müttəfi qlik  öhdəliklərini və qarşılıqlı  əlaqə yarada biləcək müdafi ə 

imkanlarını inkişaf etdirmək üçün də mübarizə aparır. Beləliklə, artıq 

avadanlıq və infrastrukturu saxlamaq xərcləri,müdafi ə sektoruna qoyulmalı 

olan uzun-müddətli yatırımları məhdudlaşdıraraq, ödənilir. Məsələn, artıq 

infrastrukturun qorunmasının outsorsinq xərcləri, Bolqarıstanın hərbi 

tədqiqatlar və texnologiya inkişafı üçün qoyduğu yatırımlardan çoxdur.



Təhlükəsizlik və Asayiş Riskləri

Hər hansı silah-sursat ehtiyatları, partlayıcı maddələr və partlayıcı qur-

ğular onları qoruyan və  işlədən adamlar üçün, qonşuluqdakı  əhali və  ətraf 

mühit üçün risk yaradır. Lakin bu silah-sursat ehtiyatları xidmətdə olan hərbi 

birliklər tərəfi ndən işlədilirsə  və qaydalar və prosedurlara riayət edilirsə, o 

zaman bu risklər sadəcə adi (gündəlik baş verən) risklərə çevrilir.

Əgər hərbi qüvvələr bu lazımsız sursatdan canını qurtararsa və bu artıq 

avadanlığı və infrastrukturu idarə etmək üçün az sayda hərbi qulluqçu xidmət 




143

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

edərsə, o zaman vəziyyət dramatik dərəcədə dəyişər. Çox vaxt bu xidmət baş-

qa müəsisə tərəfi ndən, autsorsinq xidməti vasitəsilə həyata keçirilir və artıq 

ehtiyatlar özəl şirkətlər tərəfi ndən və peşəkarlıq səviyyəsi və intizamı aşağı 

olan texniki heyət tərəfi ndən də qorunur. Münaqişə sonrası ərazilərdə atılıb 

qalmış sursatlar və partlayıcı maddələrin varlığının riskləri daha da yüksəkdir.  

Haşiyə 10.2 təhlükələrin və dəyəcək mümkün zərərlərin nümunəsini verir, o 

cümlədən silah-sursat anbarları ərazilərində baş verən partlayışlar zamanı or-

taya çıxan itkiləri açıqlayır. 

Artiq silah sistemləri və sursatların lazımi qaydada qorunmaması za-

manı ortaya çıxan təhlükəsizlik problemləri asayiş riskləri kimi aktuallıq 

daşıyır. Məsələn, AB daimi israrla bildirir ki,silah və sursat ehtiyatlarının 

düzgün idarə edilməsi qanunsuz silah və partlayıcı maddələr əldə olunması 

istiqamətində axtarılan kanalların bağlanmasına xidmət edən mühüm vasitə 

ola bilər. AB “silahların idarəetməsi” termininə geniş  məsələləri, məsələn, 

ehtiyatların idarəedilməsi,silah və sursatların markalanması və hesaba alın-

ması, artıq silahların ayırd edilməsi, silahların məhv edilməsi və korrupsiyaya 

qarşı mübarizəni aid edir.



Haşiyə 10.2. Sursat Anbarları Yerləşən  Ərazilərdə Partlayıcı Hadisələrdən 

Doğan Təhlükələr

Hər il silah-sursat saxlanılan anbarlarda baş verən partlayışlar haqqında 

məlumatları manşetlərə çıxarırlar,lakin,çoxlu sayda kiçik hadisələr haqda 

xəbər verilmir. Butün bu hadisələr yerli əhaliyə dağıdıcı təsir edir. Nəticədə 

çoxlu sayda insanlar həlak olur, yerli infrastruktur dağılır və tez-tez ətrafda 

yaşayan bütün əhalinin bütöv yaşayışı pozulur. İnsanlara vurulan zərərdən 

başqa, bu cür partlayışlar ətraf mühitə öz mənfi  təsirlərini göstərir və texniki 

vasitələri məhdud  olan ölkələrdə texniki problemlər yaradan təmizlik 

xərclərini maliyyələşdirmək problemləri yaradır. Yerli əhali, xüsusilə  də 

uşaqlar, əsasən partlamamış maddələrin riski altına düşüb yaralanır və ya 

həlak olurlar. Bu hallar daha çox hər hansı sursat anbarı partladığı zaman, 

partlamamış maddələrin uzun müddət partlayış zonasının ərazisində qaldığı 

zaman baş verir. 

Aşağıdakı  cədvəl 1990-cı ildən başlayaraq sursat anbarlarında baş verən 

bir çox  partlayış hadisələri ilə bağlı məlumatlar verir.



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə