Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə52/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   48   49   50   51   52   53   54   55   ...   163

132

Müdafi ə Sektorunda Outsorsinq, Özəlləşdirmə və Dövlət- Özəl Sektor Tərəfdaşlığının Üstünlükləri və Riskləri

Son on illiklərdə, ABŞ bu cür toqquşan risklərlə mübarizədə nisbətən 

başarılı olmuşdur. Hərbi infrastruktur və texniki xidmət fəaliyyətlərinin bir 

çox son “səmərəlilik” yoxlamalarında, ABŞ höküməti müstəqil olan Hərbi 

Baza Qurulması və Bağlanması müstəqil komissiyası (ətrafl ı olaraq Haşiyə 

9.6-a bax)yaratmışdır. Sadəcə bir yeniliyin daxil edilməsi qanuni lobbiçili-

yi və qeyri qanuni nüfuzetmə yayılmasını minimuma endirdi. Komissiyanın 

tövsiyələrinə düzəliş edilə bilməzdi və danışıq mövzusu da deyildir. Konqresə 

və Prezidentə təqdim olunan zaman, onlar ya bəyənilir, ya da bütövlükdə rədd 

edilir. 


Outsorsinq,özəlləşdirmə  və ÖDT-ı  aşağıdakı bir neçə metod vasitəsilə 

baş tuta bilər.

1. Təhcizatçını rəqabətsiz olaraq seçməklə, birgə müəsisə qurmaqla,ya 

da aktivləri bilavasitə strateji yatırımçıya satmaqla;

2. Rəqabətli, qapalı  və ya onlayn auksion vasitəsilə,  əmlakı(və ya 

müqaviləni bəyənməklə)ən yüksək qiymət təklif edən (və ya ən az qiymət 

təklif edən)təhcizatçıya satmaqla; və

3. Özəlləsdirmə halında aktivlərin illik açıq təklifi  (aktivlərin illik satı-

şı), vauçer paylanması və ya səhmlərin əhaliyə birbaşa satılması,səhmlərin 

şirkətin işçiləri arasında paylanması və ya şirkətin səhmlərinin kontrol pake-

tinin onun rəhbərliyi tərəfi ndən alınması, ya da bu variantların bir qisminin 

birləşməsi ola bilər.

Bütün bu metodların hər biri korrupsiyaya meyllidir.

Haşiyə 9.5.  ABŞ  Hərbi Bazalarının Yenidən Qurulması  və Bağlanması ilə 

əlaqədar seçilmiş Hərbi Dəyər Kriteriyaları(BRAC)

BRAC komissiyası bütün səhmdarlar üçün və həmçinin bütün ictimaiyyət 

üçün, tam şəffaf olan kriteriyalardan istifadə etmişdir. Məsələn, komissiya 

aşağıdakılara baxmışdır:

•  Carı  və  gələcək hərbi tapşırıqları yerinə yetirmək üçün qoyulan 

tələblər və onların Müdafi ə Nazirliyinin bütün qüvvələrinin 

əməliyyat hazırlığına təsiri;

•  Silahlı qüvvələrin indiki halda istifadə etdiyi və ona veriləcək 

ərazilərdə  ərazi,infrastruktur obyektləri və hava məkanının 

mövcudluğu və şəraiti

•  Silahlı qüvvələrin indiki halda istifadə etdiyi və ona təhvil veriləcək 

ərazilərdə ehtiyat,səfərbər olunmuş  və  gələcək üçün hesablanmış 

bütün qüvvələri yerləşdirmək üçün imkanlar;

•  Qəbul edilən qərarların qiymət göstəricilərinə  təsiri və insan 

resursları məsələləri.



133

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Haşiyə 9.6. Səhmlərin Özəlləşdirilməsi Prosesində Korrupsiyalı 

Davranış

Vauçer özəlləşdirməsi proqramından sonra,bir çox ölkələrdə, müəsisə 

rəhbərliyi və ya şirkətlərdə çoxlu payı olan səhmdarlar müxtəlif vasitələrlə 

şirkətləri nəzarət altına almağa çalışmışlar. Nəzarəti əldə etmək üçün istifadə 

edilən yollardan biri həqiqi səhmdarların hesabına edilən vasitədir və onu 

da “yumaq” adlandırırlar(yəni səhmlərin dəyərini onların sayını artırmaqla 

aşağı salırlar). Çox ölkələrdə bu cür metodlar geniş yer almışdır. Məsələn, 

“yuma” o zaman baş verir ki, müəsisə rəhbərliyi bazar qiymətindən çox 

aşağı qiymətə səhmlər alır. 

Özəlləşdirmə  İdarəsinin rəhbərliyi və Payçı/Trast fondları üçün 

korrupsiyanın risklərinı azaltmaq üçün tövsiyələr:

• Özəlləşdirmə  İdarəsi işçiləri və Payçı/Trast fondu işçilərinin tam və 

müvafi q qaydada ixtisaslaşmış olmasını  təmin etməli, onların həm ilkin, 

həm də sonrakı mərhələlərdə ixtisasını artırma təlimlərini keçməli, işçilərin 

fəaliyyəti üzərində  səmərəli nəzarət aparmalı  və korrupsiya təsirlərindən 

qorunmalı.

• Özəlləşdirmə  İdarəsi və Payçı/Trast fondunun bütün rəhbərliyi və 

işçiləri müəyyən mərhələlərdə öz gəlirlərini,əmlaklarını  və  hər hansı 

potensial maraq toqquşmalarını açıqlamalı;

• Özəlləşdirmə  İdarəsi və Payçı/Trast fondunun rəhbərliyi və  işçiləri 

üçün müvafi q ödəniş səviyyələri təmin etməli. 

  Hər iki idarənin işçiləri üçün dəqiq maraq toqquşması qaydalarını 

müəyyən etməli. Təyinatların bacarığa(təcrübə və işə layiq olma) görə yox, 

siyasi əlaqələrinə görə müəyyən edilməsi xüsusilə rədd edilməlidir;

• Bütün 


rəhbərlikdən və özəlləşdirmə prosesində  qərar-qəbul etməyə 

cəlb olunmuş seçilmiş işçilərdən etik öhdəlikləri tələb etməli (“Mən özüm 

heç bir rüşvət nə alacam, nə də tələb edəcəm və ya mən başqaları rüşvət 

alarsa ona dözməyəcəm və  hər hansı mümkün maraq toqquşması olarsa 

onu könüllü surətdə açıqlayacam”);

 Texniki 

cəhətlər üçün, bilik və  təcrübə olmadığı üçün, özəlləşdirmə 

idarələri kənar müstəqil ekspertlərin cəlb olunmasını təmin etməli; 



134

Müdafi ə Sektorunda Outsorsinq, Özəlləşdirmə və Dövlət- Özəl Sektor Tərəfdaşlığının Üstünlükləri və Riskləri

•  


Hamı üçün rotasiya qaydaları tətbiq edilməli(hər bir rəhbər şəxs və ya 

işçilər həssas vəzifədə uzun müddət qala bilməz, çünki belə halda potensial 

rüşvət verənlərlə qeyri-sağlam  əlaqələr qurulur və ya onlardan asılılığa 

düşürlər;

• Hər iki idarənin rəhbərliyi və işçiləri üçün və özəlləşməyə cəlb olunan 

başqa rəsmilər üçün öhdəliklər tətbiq edib onları təmin etməli, rüşvət alanın 

rəsmi adam və ya fərd olmasından asılı olmayaraq korrupsiyalı davranışla 

bağlı istənlən şübhəni uyğun hakimiyyət dairələrinə xəbər verməli və xəbər 

verən üçün uyğun qorunma tədbirlərini təmin etməli. 

Özəlləşdirmənin özəlləşdirmə idarəsi tərəfi ndən yox,texniki nazirliklər 

tərəfi ndən həyata keçirildiyi zaman,Özəlləşdirmə  İdarəsi üçün tövsiyə 

edilən bütün tələblərin texniki nazirliklərin bütün uyğun işçiləri üçün tətbiq 

edilməsini təmin etməli.

Mənbələr: Michael H. Wiehen, Avoiding Corruption in Privatization: A Practical Guide 

(Germany: GTZ, 2004); Excerpts from Division 42 Sector Project: Development and 

Testing of Strategies and Instruments for the Prevention of Corruption, 20–25: www.

u4.no/document/literature/gtzcorruptionandprivatization.pdf; Jeffrey Miller, “Evaluation 

of Mass Privatization in Bulgaria,” William Davidson Institute Working Paper #814 

(March 2006)

Korrupsiya çox vaxt ya təhcizatçının təklifi  ilə (qeyri-qanuni ödənişlə nəticəyə 

təsir etmək üçün,yəni rüşvətlə ələ almaq), ya da hökümət rəsmisi tərəfi ndən 

gələn təklifl ə (pul tələb edərək nəticədə təsir etmək vədiylə,yəni dələdüzluq) 

yaranır. Roz Akermanın( Rose-Ackerman) dediyi kimi “... müəsisə pul verir 

ki, o mümkün təhcizatçıların siyahısına salınsın, ya da mümkün təhcizatçıların 

sayları azaldılsın. O pul ödəyir ki, kirayə üçün və ya mülkiyyəti almaq üçün 

dövlət mülkiyyəti aşağı dəyərdə qiymətləndirilsin və ya onun özü tenderdə 

iştirak zamanı seçim prosesində dəstəklənsin.  Rüşvət verən müəsisələr təkcə 

müqaviləni və ya auksionu udmaq yox, həmçinin gələcəkdə müqavilənin 

dəyərini artıran maliyyə  dəstəyi almağa, monopol-təhcizatçı üstünlüyü qa-

zanmağa və nizamlayıcı yüngülləşdirmələr almağa çalışırlar”

68

. Daha son-



ra, korrupsiya riski böyük olduqda, xarici yatırım və yeni texnologiyanı cəlb 

etmək çox çətin olur,rəqabət azalır və nəticə pis olur.  

Yəqin ki, qeyri-ənənəvi təhcizat,o cümlədən, outsorsinq,özəlləşdirmə və 

özəl-dövlət tərəfdaşlıqlarınına nəzarət etmək üçün müstəqil mərkəzi anti-kor-

rupsiya idarəsinin yaranması faydalı olardı. Dövlətin Qanunverici, İcra və 

68

  Susan Rose-Ackerman, When is Corruption Harmful (Washington, DC: World Bank, 



1996).


Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə