Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə53/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   49   50   51   52   53   54   55   56   ...   163

135

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Məhkəmə orqanlarının möhkəm dəstəyi ilə bu cür idarə korrupsiyanın hara-

da meydana gəlməsindən asılı olmayaraq, onları araşdıraraq məhkum etmək 

qabiliyətində olmalıdır. 



Yekun Müddəalar

Korrupsiya riskləri təkcə outsorsinq,özəlləşdirmə  və ya özəl-dövlət 

tərəfdaşlıqları üçün seçilmiş  rəqabətli mühitdən və metodlardan asılı 

deyildir,həmçinin, dövlət adamlarının və özəl 



Haşiyə 9.7.  Outsorsing,Özəlləşdirmə  və Özəl-Dövlət Tərəfdaşlıqlarının 

Bazar Prinsipləri

Qansler (Gansler) və Lipiz (Lipitz)  (2003) outsorsinq,özəlləşdirmə  və 

özəl-dövlət tərəfdaşlılığının dörd bazar prinsipini formalaşdırmışdır:

1. Uğur qazanmağın  əsas yolu monopoliyadan rəqabətli mühitə 

keçməkdir;

2. Rəqabət aşağı qiymətli təklifl ər üsərində yox, “ən dəyərli” təklif 

üzərində getməlidir;

3. Hətta hökümət müqavilələri başqa təşkilata verdiyi halda da, həmən 

müqavilənin uyğun yerinə yetirilməsinə məsuliyyət daşıyır;

4. Aparılan fəaliyyətin keyfi yyətini və  dəyərini yoxlamaq üçün 

etalon göstəriciləri hazırlanması və onların vasitəsilə bu fəaliyyətin 

monitorinq edilib hesabat verilməsi olduqca əhəmiyyətlidir.



Sources: Gansler and Lipitz, Moving Toward Market-based Government (2003), 9–11

podratçıların dürüstlük dərəcəsindən və idarəçilik mexanizmlərinin və 

təşkilatların şəffafl ıq və hesabatlılığından da asılıdır.

Korrupsiya riskləri BŞ-nın hazırladığı Dürüstlük paktları vasitəsilə 

əhəmiyyətli dərəcədə azaldıla bilər. Dürüstlük paktları, müqaviləli 

mexanizmlərdə  iştirak edən bütün tərəfl əri müqavilənin maddələrinin bü-

tün mərhələlərində monitorinq və  vətəndaş  cəmiyyətlərinin nəzarəti də da-

xil  şəffafl ığı  təmin etməyə çağırır. Davranış kodeksləri haqda razılaşmalar 

daha çox təsir imkanları yaradır və hökümət və podratçıların korrupsiyalı 

fəaliyyətlərdən çəkinməsinə söz verməsi və ən mühümü bu hallar baş verdiyi 

hallarda məsuliyyət daşımaları tələb olunur. Tərəfl ər müqavilənin itirilməsi 

halı, zəmanət məbləğinin müsadirə edilməsi, korrupsiya nəticəsində  dəyən 




136

Müdafi ə Sektorunda Outsorsinq, Özəlləşdirmə və Dövlət- Özəl Sektor Tərəfdaşlığının Üstünlükləri və Riskləri

zərərin ödənilməsi və  gələcək hökümət tenderlərində  iştirakdan məhrum 

edilmə kimi konkret sanksiyalara əvvəlcədən razılaşırlar. İƏİT, ATƏT,AB və 

Dünya Bankı təşkilatları dürüstlük  paktlarını  həyata keçirən anti-korrupsiya 

təlimatları hazırlayıb təklif edirlər. Bu təlimatlar siyasi liderlərin və hökümət 

rəsmilərinin əmlaklarını, gəlirlərini və mümkün maraq toqquşmalarını bəyan 

etmələrini nəzərdə tutan tələblər ortaya qoyur. 

Sonda,hərbi resusrlardan maksimum istifadə olunmasını  təmin etmək 

üçün outsorsinq, özəlləşdirmə  və özəl-dövlət tərəfdaşlıqlarının imkanların-

dan istifadə olunmasını  tələb edir. Standart hərbi təhcizatlar zamanı ortaya 

çıxan korrupsiya hallarını aradan qaldırmaq üçün istifadə olunan tövsiyələr 

bu cür qeyri-ənənəvi müqaviləli mexanizmlərə də tətbiq olunur. Hər iki halda 

dəyişməz olan elementlər rəqabət, şəffaf müqavilə mexanizmləri və müstəqil 

nəzarətdir.  Bu tövsiyələrin və konkret ölkəyə xas olan dürüstlük, şəffafl ıq 

və cavabdehlik kimi kompleks tədbirlərin birgə tətbiqi, korrupsiya qazanc-

larını aşağı salmaqla və itkilərini (korrupsiyaya bulaşan zaman)qaldırmaqla 

ümumilikdə korrupsiyanın azaldılmasına gətirəcəkdir. 

Haşiyə 9.8. Özəlləşdirmə Zamanı Korrupsiyadan Çəkinmə

Korrupsiya risklərinin göstəriciləri:

• Parlament/qanunvericilik 

orqanı qanunsuz olaraq özəl sektorun təsir 

dairəsinə düşür. Seçki kampaniyalarını maliyyələşdirən müvafi q qanun və 

prosedurların olmaması bu imkanın yaranmasına xidmət edir;  

• Ümumilikdə dövlət idarəciliyinin şəffaf olmaması, həmçinin,hökümətin 

qeyri şəffaf, ictimaiyyətdən gizli qərarlar verməsi ilə;

• Hökümət proqramları haqda məlumatlara,qərarlara, gedən proseslərə 

geniş ictimayyətin müvafi q  çıxışının olmaması (o cümlədən vətəndaş 

cəmiyyətlərinin), hökümət proqramlarını  və  qərar vermə yollarını 

ictimaiyyət tərəfi ndən müzakirə etmək imkanlarının olmaması, 

ictimaiyyətin və  vətəndaş  cəmiyyətlərinin özəlləşdirmə strategiyası 

və siyasəti, özəlləşdirmə qanunu,özəlləşdirmə idarələri və proqramları 

qurulmasinda iştirakının olmaması;

o Özəlləşdirmə proqramları üçün səmərəli nəzarət sisteminin olmaması 

(parlament,hökümət və ya kənar,müstəqil təşkilatlar tərəfi ndən);



137

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

o  Özəlləşdirmə proqramlarına cəlb olunan siyasilərə və rəsmi şəxslərlə 

bağlı cavabdehlik sistemlərinin və  nəzarəti mexanismlərinin 

olmaması;

o  Əhalinin və dövlət adamlarının korrupsiya ilə bağlı şübhələrini gizli 

və ya anonim surətdə xəbər vermək imkanlarının olmaması;

o  Əvvələr korrupsiyaya bulaşmış  və ya korrupsiyalı davranışda 

şübhələnən siyasilər və  rəsmlərə qarşı kriminal mülki və inzibati 

proseslərin olmaması;

o  Səmərəli cinayət işlərini aparan vasitələr və idarələrin olmaması və 

ya mümkün hüquqi mexanizmləri layiqincə həyata keçirməməsi;

o  özəlləşdirmə qərarlarında iştirak edən rəsmilərin və siyasilərin var-

dövlətinin gəlirini və mümkün maraq toqquşmalarını açıq bəyan 

etməyə vadar edən ölkə qanunları və qaydalarının olmaması; 

o  Müstəqil cəsarətli mətbuat orqanlarının olmaması ;

o  Təşkilati idarəetmə qaydaları və strukturların olmaması; və

o  Açıq-aydın maraq toqquşmasına baxmayaraq siyasilərin və 

rəsmilərin mühüm vəzifələrdə  işlərini davam etdirməsi (yəgin 

ki,əvvəlki korrupsiya hallarına görə ittihamlara və ya məhkum 

edilməyə baxmayaraq).

Korrupsiya ilə mübarizə üçün audit və nəzarət sistemləri.

• Özəlləşdirmə  İdarəsinin və Payçı/Trast fondunun bütün qərarları 

üzərində, o cümlədən həm siyasi (yəni özəlləşdirmə məsələləri ilə bağlı), 

həm də konkret müəsisə ilə bağlı  qərarların üzərində  səmərəli audit və 

nəzarət sistemləri və funksiyaları qurmalı  və onların işini təmin etməli 

(daxili və xarici audit, parlament nəzarəti və s.)



o  Özəlləşdirmə İdarəsində və ya başqa yerdə həyata keçirilməsindən 

asılı olmayaraq dövlətin uyğun nəzarət və audit idarələrinin bütün 

özəlləşdirmə qərarları üzərində səlahiyyətləri olmalıdır

o Audit və nəzarət idarələrinin qiymətləndirmələri tam şəffaf olmalıdır;



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə