179
Hərbi Əməliyyatlar Zamanı Dürüstlük
əməliyyatlar zamanı özəl hərbi podratçılarla səmərəli qarşılıqlı əlaqə yara-
dılmasına əsas problem C3-ü və ya xəbərləşmə, komandanlıq və nəzarəti
görürlər. Səlahiyyətlərin dəqiq müəyyən olunmaması və ya düzgün müəyyən
edilməmiş əməliyyat prosedurlarının olması, komandanlıq edən zabitləri
aktiv fərdi təşəbbüslərə arxalanmağa və onların komandanlıq dairəsində
fəaliyyət göstərən özəl sektor birləşmələri ilə əməkdaşlıq etməyə məcbur
edir. Təhlükəsiz və səmərəli koordinasiya, belə görünür ki, xoş niyyətdən və
ümumi maraqları müəyyən edib onlara hər iki tərəfdən hörmət etmək bacarı-
ğından asılıdır.
Münaqişə bölgəsində çalışan hərbi, diplomatik, QHT-lər və özəl
şirkətlərə bu cür birləşmiş yanaşmanın tətbiq edilməsi,tamamilə fərqli növ-
lü təşkilatların bir vahid komandanlıq “çətiri” altında idarə edilməsinin
mürəkkəbliyi liderlərin gözlərini yummalı deyil. Həmin “çətir” altında olan
təşkilatların köklü missiyaları və təşkilati dəyərləri arasında ciddi gərginlik
var. Bu cür gərginlik ancaq NATO hərbi komandanlarının komandanlıq ierar-
xiyasının başında oturduğu birləşmiş komandanlıq tərəfi ndən yoluna qoyula
bilər. Döyüş bölgəsində son qərarı vermə səlahiyyəti və məsuliyyətini əlində
cəmləyən və bütün addımları öz tabeliyində saxlayan hərbi rəhbərlik bunu
yerinə yetirə bilər.
Qanun və ya Xarakter
Adi müharibə,hərbi münaqişə və üsyançılarla mübarizənin hamısı
mahiyyət etibarilə,normal qanun aliliyi,cavabdehlik və məsuliyyət,nəzarət və
qanunlara riayət mexanizmlərinin pozulduğu şəraiti ifadə edir. Bu cür qarışıq
şəraitdə, silahdan istifadə o adamlara tapşırılmalıdır ki, onların
Haşiyə 12.4 Özəl Hərbi və Təhlükəsizlik Şirkətləri uzrə Montro Sənədi
Son illərdə özəl hərbi və təhlükəsizlik şirkətlərinə tələbat artmışdır və
bununla bərabər beynəlxalq humanitar və insan hüquqları qanunlarına
uyğun surətdə onların hüquqi öhdəliklərinin aydınlaşdırılması tələbləri
artmışdır. 2008-ci ilin Sentyabrın 17-də qəbul edilmiş Montro Sənədi (The
Montreux Document)
Özəl Hərbi və Təhlükəsizlik Şirkətləri (
ÖHTŞ) ilə bağlı
müsbət təcrübələri aşağıdakı fəaliyyət növləri üzrə müəyyən edib təşfi q
edir:
• Xidmətlərin müəyyən edilməsi: hansı xidmətlər ÖHTŞ ilə bağlana
bilər və ya bağlana bilməz, bu zaman müəyyən amillər nəzərə
alınır,məsələn, hansısa xüsusi bir xidmət ÖHTŞ əməkdaşlarının
birbaşa döyüşlərə cəlb olunmasına səbəb ola bilər ya yox.
180
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
• ÖHTŞ -lərin seçilməsi və müqavilələr hazırlanması prosedurları:
ÖHTŞ -ın fəaliyyətlərinin uyğun ölkə və beynəlxalq hüquq
qaydaları çərçivəsində həyata keçirmək qabiliyyətinin
qiymətləndirilməsi; müvafi q resursların təmin edilməsi və ÖHTŞ
-ləri seçmək və müqavilə imzalamaq üçün uyğun təcrübədən
istifadə edilməsi; müqavilə norma və prosedurlarını və konkret
müqavilələrlə bağlı ümumi məlumatları ictimaiyyətə açıqlayaraq
ÖHTŞ -ın seçilməsində və müqavilə bağlanmasında şəffafl ığı və
nəzarəti təmin etməli; hadisələrlə, şikayətlərlə və sanksiyalarla
bağlı hesabatların xülasələrini nəşr etməli; parlament strukturları
vasitəsilə nəzarəti təmin etməli, o cümlədən, illik hesabatlar və ya
xüsusi müqavilələrlə bağlı bu strukturlara xəbər verməli.
• ÖHTŞ-ləri seçmək kriteriyaları: Ən aşağı qiymət seçim üçün
yeganə kriteriya deyil. ÖHTŞ -nın və onun şəxsi heyətinin
keçmişdəki davranışını nəzərə alaraq, ÖHTŞ -nin maliyyə,
iqtisadi və idarəetmə bacarıqları, şəxsi heyətə müxtəlif məsələlər
üzrə,o cümlədən, rüşvətə, korrupsiyaya, və digər cinayətlərə qarşı
tədbirlər üzrə həm xidmətə göndərilməzdən öncə, həm də xidmət
dönəmində təlim və hazırlıqlar keçirilməsi; monitorinq,nəzarət və
daxili cavabdehlik mexanizmlərinin mövcudluğu və s.
• ÖHTŞ -lə müqavilə şərtləri: Müqavilə bağlanan ÖHTŞ-i tərəfi ndən
ölkənin qanunlarına, beynəlxalq humanitar və insan hüquqları
qanunları tələblərinə hörmət edən müqavilə maddələri və fəaliyyət
tələbləri.
• Monitorinqə riayət edilməsi və cavabdehliyin təmin edilməsi:
ÖHTŞ-in və onların şəxsi heyətinin törətdiyi cinayətlərə görə milli
qanunvericilikdə beynəlxalq hüququn pozulmasına görə cinayət
mühakimə hüququnun təmin olunması; ÖHTŞ -nin şəxsi heyətinin
xaricdə törətdiyi ağır cinayətlərə görə təşkilati cinayət məsuliyyəti
və cinayət mühakimə qanununun müəyyən edilməsinə baxılması.
Eyni praktikalar və tələblər müqavilə imzalayan ÖHTŞ-in başqa ÖHTŞ-i
ilə bağladığı sub-müqaviləyə də şamil olunur. Monro Sənədi dövlətlərə aid
olsa da, bu cür qabaqçıl təcrübələr digər qurumlara, məsələn, beynəlxalq
təşkilatlara, QHT-lər və həmçinin,ÖHTŞ-lərlə müqavilə bağlayan şirkətlərə
və ÖHTŞ -in özlərinə də xeyirli olar.
xarakterinə və təşkilati “peşəkar etika”-sına həm etibar etməliyik, həm də
181
Hərbi Əməliyyatlar Zamanı Dürüstlük
uğursuzluqlarına görə məsuliyyətə çəlb etməliyik. Bu hərbi sənətin kök-
lü xassəsini təşkil edir. Qanun və qaydanın pozulması və normal nəzarət
və cavabdehlik və məsuliyyətin aşınması hər bir fərdin mənəvi xarakterinə
təhdidlər yaradır. Ordu bu cür sınaqlara tab gətirən xarakter yetişdirmək üçün
çalışır,bu cür tarazlığın pozulduğu bölgələrdə möhkəm durur və beləliklə qa-
nun və qaydanın bərpası üçün kömək edir.
Özəl və ya “korporativ etika” əksinə olaraq, bu cür unukal problemlərə
heç yönəlməmişdir. Korporasiyalar, quruluşuna görə, cəmiyyətin və qanunun
nəzarətinə arxalanaraq daxildəki qeyri-sağlam iddiaları cilovlamağa çalışır-
lar. Bu səbəbdən,biz silahlı özəl podratçıları üsyançıların mühasirəyə aldığı
ərazilərə mühafi zəçi,qarovulçu və ya hətta həbsxana mühavizəçiləri statu-
sunda nə göndərə bilərik, nə də göndərməliyik. Özəl təhlükəsizlik podratçı-
lar ancaq arxa cəbhədə yerləşdirilə bilər (NATO ölkələrində daxildə istifadə
edildiyu kimi), yəni o bölgələrdə ki, qanunun,təhlükəsizliyin və məsuliyyətin
pozulması geniş şəkildə sual altında deyil.
Peşəkar Hərbi Etikanın Korlanması
Üsyançılara qarşı əməliyyatlarda və ümümiyyətlə nizamsız qüvvələrlə
döyüşlərdə, yerli əhalinin inamını qazanmaq NATO-nun ən yaxşı silahını
təşkil edir. Əgər bir tərəfdən ordunun həyata keçirməli olduğu missiyanın
bütün fəaliyyətlərini özəl təhlükəsizlik podratçıları eyni dərəcədə həyata
keçirə bilərsə, o zaman ümumiyyətlə hərbi qüvvələr saxlamağa ehtiyac var-
mı? Əksinə,biz israr edirik ki,peşəkar hərbi etika fərqli bir fenomendır və o
“öz ölkəsinə və müttəfi qlərə fədakar xidməti” ilə önə çıxır.
Uyğun olaraq,NATO üzvü olan ölkələrin hökümətləri özəl hərbi
podratçıların və ya mühavizə podratçılarının istifadəsi zamanı bu etika-
nı azaldan,aşılayan,aşağılıyan və ya ayrı-ayrı üzv ölkələrdə hərbi-mülki
münasibətləri sarsıdan qərarlar və ya təcrübələr qəbul etməməlidir.Qeyri-
nizamlı hərbi əməliyyatlar, stabillik və bərpa işləri və ya xüsusilə də, milli
dövlətçilik qurulması səyləri ilə bağlı əsas hərbi missiyalar zamanı, NATO
hərbçilərinə xas özünü qurban vermə şücaəti və fədakar ictimai xidməti həm
ölkə daxilində, həm də xaricdəki missiyalarda xalqın inamını qazanmaq və
qorumaq üçün yeganə sınaqdan keçirilmiş vasitələr kimi tətbiq olunmalıdır.
Podratçılar və Humanitar Müdaxilə
Yuxarda göstərilən maddəyə yeganə mümkün istisna, humanitar
hərbi müdaxiləyə(HM) çağırışlar zamanı edilə bilər. Bu “müdafi ə” xarak-
Dostları ilə paylaş: |