Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə76/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   72   73   74   75   76   77   78   79   ...   163

196

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

laridən 2 milyard lariyə qədər artırıldı. Ayrılan maliyyə hərbi qulluqçuların 

yaxşı maaşından əlavə, hərbi avadanlığın və barakların təmirinə, yeni silah 

və texnika alışına və hərbi təlimlərə sərf olundu. Müdafi ə Nazirliyi yenidən 

quruldu və mülki şəxs nazir təyin olundu.

Hərbi Nazirliyin yenidən strukturlaşdırılması dövlətin imkanları-

nı gücləndirmək istiqamətində edilən geniş  səylərin tərkib hissəsi idi. Bu 

səylərin mühüm tərəfi , Gürcüstanın qərbində mövcud olan cinayətkar silah-

lı partizan hərəkatinin tərksilah edilməsi və Gürcüstan cinayətkar dünyası-

nın liderlərindən  “kanonieri kurdi”-yə qarşı cəza tədbirlərin keçirilməsi ol-

du.

104


  Nəticədə, sadəcə Gürcüstan təhlükəsizlik qüvvələri indi güc işlətmə 

səlahiyyətinə malikdirlər və əvvəllər nüfuz sahibləri olan yaraqlılar və gizli 

təşkilatlar bir daha korrupsiya doğuran nüfuzdan məhrum oldular.

Müsbət təsir. Bu islahatlar, xüsusilə də, geniş xalq kütləsinə təsiri olan 

aşağı-səviyyəli kiçik korrupsiyanı kütləvi surətdə azaldaraq, hiss olunan 

nailiyyətlər gətirdi. Müdafi ə sektorunda və digər təhlükəsizlik və hüquq 

mühavizə strukturlarında çoxlu sayda korrupsiyalanmış şəbəkələr dağıldı və 

xalqın fi kri dramatik dərəcədə dəyişdi . BŞ-ın korrupsiya indeksi, Gürcüsta-

nın anti-korrupsiya strategiyasını yerinə yetirdiyi zaman əldə etdiyi mühüm 

tərəqqini nümayiş etdirir. (Bax haşiyə 13.3). 

Hərbi peşəkarlıq baxımından da geniş irəliləyiş olmuşdur. Gürcüs-

tan  NATO ilə  İPAP(  İndividual Partnership Action Plan-Fərdi Tərəfdaşlıq 

Fəaliyyət Planı) proqramını 2004-cü ildə imzalamadan öncə, Gürcüs-

tan silahlı qüvvələri vahid təşkilat kimi işlək deyildi. Bu gün onlar daha 

muasir,intizamlı,yüksək maaşlı,təlim keçmiş və yaxşı silahlanmış ordudur və 

NATO standartlarına yaxındır və kiçik korrupsiyadan uzaqdır. Bu 2008-ci ildə 

baş verən Rusiya-Gürcüstan müharibəsi zamanı da nümayiş etdirildi. Yaraqlı-

lar və “könüllü” hərbi qruplardan çoxdan azad olmuş, NATO-nun təlim keç-

diyi Gürcüstan ordusu Rus ordusundan və onun separatist müttəfi qlərindən 

daha yaxşı intizam nümayiş etdirdi. Jurnalistlər rus hərbiçilərinin rüşvət

dələdüzluq və qarətə cəlb olunduqları haqda çoxlu sayda videolar çəkmişlər.



Artan imkanlar dilemması. Son nəticə odur ki, Gürcüstan dövlət institut-

larının, o cümlədən, Müdafi ə Nazirliyinin anti-korrupsiya tədbirləri həyata 

keçirməsi üçün həm səlahiyyəti, həm də gücü var. Lakin, dövlət imkanla-

rının güclənməsi elə bir vəziyyət yaratmışdır ki, Müdafi ə Nazirliyi ilə bağlı 

məlumatlar almaq çox çətinləşmiş və Müdafi ə Nazirliyini yoxlamalı olan or-

qanlar daha da zəifl əmişlər. Beləliklə, 2004-cü ildən bəri, Gürcüstan Müdafi ə 

Nazirliyində sübut olunan çox az korrupsiya halları olmasına baxmayaraq, 

104 


 Literally,”thieves-in-law”.


197

   Həll Olunmamış Ərazi Mübahisələri və ya Dondurulmuş Münaqişələr olan Ölkələrdə Hərbi Xarakterlı Korrupsiyaya Qarşı Mübarizə

belə bir fi kir  formalaşmışdır ki, kiçik korrupsiya hallarının yığışdırılması, 

yuxarı-səviyyəli korrupsiyanın artması ilə müşaiyət olunmuşdur. Bir gürcü 

eksperti bunu belə ifadə edir:”əgər əvvəllər hərbi hissənin aşçısı iki kilo kar-

tof oğurlayırdısa, indi o onu etmir, çünki nəzarət və intizam var və....çünki 

onun maaşı indi 1000 laridir. Lakin, iş tenderə, tikintiyə, maşınların alınması-

na, hərbi avadanlıq və sursatların 

Haşiyə 13.3. Gürcüstanın Korrupsiya İndeksi Qavrayışı üzrə Reytinqi 

(KİQ), 2004-2008

İl             2004             2005              2006           2007                2008                      

KİQ           133              130                99                 79                  67

(of 145)    (of 158)      (of 158)        (of 179)        (of 180)     



Mənbələr

:

 



BŞ Korrupsiya Qavrayışları İndeksi: www.transparency.org/policy_research/

surveys_indices/cpi

alınmasına gəldikdə isə, o qədər böyük məbləğə iş görülür ki, kimsə bir 

gecəyə 42 milyon oğurlaya bilər  (42 milyon 2003-cü ildə Gürcüstanın illik 

hərbi büdcəsi idi)

105


.

Bu vəziyyətdən  ən çox zərər çəkən  şəffafl ıq oldu. Ədalət və Azadlıq 

Assosiyasiyası(Association for Justice and Liberty) jurnalistlər,ekspertlər 

və yerli QHT-lər arasında 2008-ci ildə keçirdiyi sorğuda, jurnalistlərin an-

caq 23%-ı Müdafi ə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin informasi-

ya mənbəsi olduğunu göstərmişlər. Əvəzində onlar, hərbi ekspertlərlə və ya 

Nazirlikdə işləyən, rəhbərliyin şəxsi yanaşmalarından və qapalı divarlar arxa-

sındakı gedişlərdən xəbəri olan şəxslərlə danışıqlara üstünlük verirlər. Daha 

da narahatedici odur ki, hesabatda bir çox jurnalistlər hökümətdən məlumat 

almağın “praktiki olaraq mümkün olmadığını” bildirirlər.

106

 Problem bunun-



la da bitmir. Hərbi  büdcənin yarısı “sirli” adı altında gedir və büdcənin nə 

məqsədlərə işlədilməsi də ümumi göstərilmişdir. 2006-cı ilə qədər, Müdafi ə 

Nazirliyinin büdcəsinin bir hissəsi gizli Ordu İnkişaf Fondu (Army Deve-

lopment Fund) tərəfi ndən maliyyələşirdi və bu fond haqda məlumat almaq 

mümkün deyildi. Bu fondun sonralar ləğv edilməsi müsbət addım olsa da, 

büdcə şəffafl ığı çox da təkmilləşmədi. Ən sonuncu tam büdcə ayırmaları ilə 

bağlı məlumatlar 2007-ci ilə aiddir. Burada da böyük məbləğlər tutqun olaraq 

105 


 “Ədalət və Azadlıq”  Birliyinin direktoru Irakli Sesiaşvili ilə müsahibə, 13Yanvar 2009.

106


    Irakli Sesiashvili, The Transparency of the Ministry of Defense: The Problems and 

Prospects (26 April 07), www.ajl.ge/pages.php?lang_id=eng&cat_id=1&news_id=3. 


Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə