Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə66/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   62   63   64   65   66   67   68   69   ...   163

171

Hərbi Əməliyyatlar Zamanı  Dürüstlük

tərxis edilən birləşmələr yox, nizamlı  (ştatlı)qüvvələrdir. Bu cür addım 

ölkənin şəffaf hərbi siyasəti və düzgün hərbi planlaşdırma mexanizmləri 

olduqda  daha da səmərəli olur. Bu cür hallarda göndəriləcək birləşmələr 

öncədən müəyyən edilir,onların tələb edilən konkret missiyalar və döyüş 

əməliyyatları üçün hərbi hazırlıqları olur və öncədən nəzərdə tutulmayan 

tələblərə cavab vermək üçün sadəcə az miqdarda əlavə hazırlığa ehtiyac 

duyulur.


NATO ölkələrinin hərbi diplomatik heyətinin özəl sektordan ciddi ası-

lılığını, həmən ölkələrin öz  ordularını “özəlləşdirmək” kimi məqsədyönlü 

siyasətdən irəli gəlmir. Daha çox, yaşadığımız könüllü, çağırışsız hərbi 

xidmətlər dövründə  və artan iqtisadi sıxıntılar  ərəfəsində, bu xidmətlərdən 

ciddi istifadə zərurətə çevrilmişdir. Həmçinin, hərbi əməliyyatlar üçün olma-

sa da, hərbi missiya üçün önəmli əməliyyatlarda və xidmətlər üçün özəl sek-

torun tutulması çox lazımlı və maliyyə baxımından sərfəlidir. Bu cür outsors 

edilmiş və ya “özəlləşdirilmiş” funksiyalar yemək məmulatları təminatı və 

hazırlamağından tutmuş, hərbi bazalarda xidmət və sanitariya işlərinə qədər 

üzanır və hətta sülhməramlı və stabillik əməliyyatları zamanı xidmət etdikləri 



Haşiyə 12.2.  BMT Sülhməramlı  Əməliyyatlarında Dələduzluq, Səriştəsiz 

İdarəetmə və Pis Davranış

BMT-nın işci qrupu BMT sülhməramlı  əməliyyatları zamanı 

yanacaq,yemək,tikinti və digər materiallara və xidmətlərə istifadə 

olunmuş yüz milyon dollarla ölçülən korrupsiya və  təsərrüfatsızlığın 

yayılmış sxemini aşkar etmişdir. BMT sülhməramlı  əməliyatları son 15 

ildə çox genişlənmişdir. Çoxlu sayda dələdüzlüq,korrupsiya, israfcılıq və 

təsərrüfatsızlıq halları BMT-ın qərargahında və sülhməramlı missiyalarda 

bu qrup tərəfi ndən müəyyən edilmişdir.  İşçi qrup on mühüm dələdüzluq 

və korrupsiya halını üzə çıxarmışdır və onların orta dəyəri $ 610 milyonu 

keçmişdir.

Korrupsiyadan başqa, pis davranışın digər formalarına da rast gəlinib. 

2006-cı ilə  qədər 300 BMT sülhməramlıya qarşı cinsi cinayətlərə görə 

təhqiqat aparılmışdır. 170 sülhməramlı, o cümlədən 17 mülki və 16 polis 

geriyə, öz ölkələrinə göndərilmişdir. Nəticədə, həmən il BMT sülhməramlı 

əməliyyatlarına ən böyük sponsorluq edən ABŞ və Yaponiya hökümətləri, 

BMT korrupsiyaya qarşı  cəza tədbirləri görməsə, bu missiyaya maliyyə 

ayırmayacaqlarını bəyan etmişlər.

Mənbə: “Peacekeeping: Cleaning up Corruption,” Strategy Page (2 March 2006), www.

strategypage.com/ htmw/htun/articles/20060302.aspx; Colum Lynch, “U.N. Finds Fraud, 

Misman agement in Peacekeeping,” Washing ton  Post (December 18, 2007), A06.



172

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

ölkədə polis və hərbi qüvvələrin təliminə də rəhbərlik edirlər (məsələn, Bos-

niyada, Kosovada və indi Əfqanıstanda). 

Bu cür özəl xidmətlərin siyahısında  ən başda duranı Silahlı Özəl 

Təhlükəsizlik Podratçılardir(SÖTP) –kontraktoplar ( Armed Private Security 

Contractors -APSC). Onlar diplomatik missiya və heyət üçün təhlükəsizliyi 

təmin edir, həyatı önəm daşıyan yük daşıyıcıları konvoyunun qorunmasıni 

təmin edir və hətta hərbi obyektlərin qorunması üçün onlardan artan istiqamətdə 

istifadə olunur(burada SÖTP -lar mühavizəçi ya da polis kimi xidmət edir). 

Hərbi əməliyyatlara özəl sektorun artan sürətlə cəlb olunduğu kimi, SÖTP-a 

arxalanma da NATO üzvü ölkələrin məqsədyönlü kollektiv və  hətta yax-

şı düşünülmüş strateji və ya siyasi qərarlarının nəticəsi deyildir. Əvəzində, 

müharibə zonasında özəl təhlükəsizlik qüvvələrinə arxalanma daha çox üzv 

ölkələrdə yaranmış təcrübədən doğan nəticədir. Bir çox NATO ölkələrində, 

ölkədaxili hərbi obyektlərin məsələn, mühavizə,qarovul və yol polisi funksi-

yalarını təmin etmək üçün özəl fi rmaların xidmətindən istifadə olunur və baş-

qa fi rmalar da həvəslə uzun illər ərzində həmən hərbi obyektlərdəki avtomo-

bil parklarında xidmət üçün,binaların xidməti və torpaq sahələrində xidmət 

və ya yeməkxanada hərbçilərə yemək təhcizatı,daşıma,yemək hazırlama və 

yemək paylama işlərində çalışırlar. 

Beləliklə, NATO-nun xaricdəki hərbi missiyalarına dəstək olaraq özəl 

sektora artan sürətlə asılılığa “missiya sürünməsi” kimi də baxmaq olar. Bu 

o deməkdir ki,indiki zamanda özəl sektordan asılılıq ölkədaxili təcrübələrin 

təbii yolla beynəlxalq müstəviyə yayılmasıdır,  əsasən də  zərurətdən və ra-

hatçılıqdan doğan təcrübədir. Bu təcrübənin yayılmasının uzun müddətli 

nəticələrini və  təsirlərini də düşünməyə ehtiyac yoxdur. Filosof  Hannah 

Arenti sitat gətirsək, bu halı özəl sektorun “bayağılığı” adlandırmaq olar. Bu 

tarixən hər hansı muzdlu hərbi qüvvələrə arxalanmanı, pis niyyətli bədxah 

mənəvi  şöhrət adlandıran (məsələn, Makiavelli tərəfi ndən ) fi kirlərlə açıq 

ziddiyyət təşkil edir. Bayağı və ya pis niyyətli olsa da bu vəziyyətin dəyişməsi 

ehtimalı azdır. NATO hərbi qüvvələri və diplomatik missiyalar müasir hərbi 

əməliyyatların yeni özəlliyinin öhdəsindən necə layiqincə gələcəklər?



Özəl Sektorun Üstünlükləri

Özəl sektora bu cür dramatik  dərəcədə artan asılılığın tərəfdarları, hərbi 

sahədə bu cür özəl- dövlət tərəfdaşlığının zərərli yox, faydalı olduğunu iddia 

edəcəklər. Təbii,kommersiya və korporativ təşkilatların “tez,ucuz,keyfi yyətli” 

devizləri,sülhməramlı  və ya stabillik əməliyyatlarına göndərilən NATO 

hərbi qüvvələrinə (çox vaxt öncədən xəbərdarlıq emədən və ya hazırlıqsız) 

məsələn,humanitar fəlakət olduğu zaman, etibarlı, keyfi yyətli yemək və kom-



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə