165
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
müəsisələrinin təhlükəsizliyini təmin etməkdir. Həqiqətdə isə bu funksiya
TNİ-ın büdcədən kənar maliyyə mənbələri olduğunu sübut etmişdir.
2006-ci ilin Yanvarında Siyasi, Hüquqi və Təhlükəsizlik məsələləri üzrə
Koordinasiya Nazirliyi Freeport İndoneziya, Exxon Mobil və PTArun LNG-
nin ölkə üçün həyati vacib obyektlər olduğu haqda qərar vermişdir. Şərqi Pa-
puada fəaliyyət göstərən Freeport İndoneziya açıq surətdə bəyan etmişdir ki,
onların ətraf mühiti dağıtmasının Papua əhalisinin rifahının yaxşılaşması ilə
əlaqəsi yoxdur. Sonralar, Freeport İndoneziyanın orada qalması Şərqi Papua
əhalisinin nifrətini artırdı və Şərqi Papuanın müstəqilliyi üçün təşkilat yaran-
masına impuls verdi. (ORM: Orqanizasi Papua Merdeka).
Təəssüf ki, həyati dövlət müəsisəsi olduğuna görə, Freeport TNİ-dan tam
təhlükəsizlik zəmanəti alır (həmçinin İndoneziya Dövlət Polisindən). Bu
halda yerli əhali xüsusilə də OPM,TNİ üçün Freeporta yönəlmiş ən böyük
təhlükə sayılır.
Yekun Nəticələr: Ordunun İqtisadi Fəaliyyətdən Uzaqlaş-
dırılması
İndoneziya təcrübəsi göstərir ki, ordunun iqtisadi fəaliyyətlərlə məşğul
olması geniş xarakter alıb. Ordunun iqtisadi fəaliyyətləri onun peşəkarlıq
səviyyəsinə dağıdıcı təsir edərək, büdcə şəffafl ığının və hətta insan hüquq-
larının pozulmasına gətirir. Ümumilikdə, ordunun iqtisadi fəaliyyətlə məşğul
olmasında əsas problem hərbi büdcə məsələsidir. Əlbəttə, hərbçiləri və on-
ların ailələrinin təmin edən hərbi büdcə tərtibi olursa, o zaman ordu da iqti-
sadi fəaliyyətdən təcrid edilər. Lakin, onu da qeyd etmək lazımdır ki, şəffaf
büdcə,hərbçilərin sosial rifahını artırmaqdan daha mühümdür. Hərbi büdcənin
səmərəliliyi və məhsuldarlığına heç bir məsuliyyət daşımadan, ordunu iqtisa-
di fəaliyyətdən uzaq tutmaq mümkün deyildir.
Əlavə olaraq,qeyd etmək lazımdır ki, ordunun iqtisadi fəaliyyəti, xüsusilə
də İndoneziya ordusunun hərbi iqtisadi fəaliyyətini nəzərə alsaq, təkcə
əsgərlərin əmək haqları və sosial məsələləri ilə və büdcə çatışmazlıqları ilə
bağlı deyildir. İndoneziya Ordusunun iqtisadi fəaliyyəti çox mürəkkəbdir və
xalqın gündəlik həyatı ilə bağlanmış dərin kökləri mövcuddur. Bu köklərin
dərinliyini və sıx əlaqələri nəzərə alsaq, İndoneziyada ordunun iqtisadi
fəaliyyəti İndoneziya əhalisinin çoxluğu tərəfi ndən qəbul olunur.
Yaranmış vəziyyəti və xalqın münasibətlərini nəzərə alsaq, İndoneziyada
ordunun iqtisadi fəaliyyətdən uzaqlaşdırılması uzun zaman alacaqdır. Bu-
halda hökümət təkcə ordunun iqtisadi fəaliyyətini məhdudlaşdırmaqla yox,
həmçinin hərbçilərlə və ya hərbi qurumlarla iqtisadi əməkdaşlıq edən şəxslərə
və şirkətlərə də məhdudiyət qoymalı və cəza verməlidir. Bu cür strateqiya heç
166
Silahlı Qüvvələrin Şəxsi Heyətinin və Aktivlərinin İqtisadi Fəaliyyətlərə Cəlb Olunması
bir İndoneziya höküməti tərəfi ndən həyata keçirilməmişdir.
Haşiyə 11.3. TNİ ilə Freeportun Təhlükəsizlik Anlaşması və İnsan Hüquqları
Pozuntuları
TNİ-ın Freeport fi rmasının obyektlərində mövcudluğu qəribədir. Onlar
iqtisadi cəhətdən həyati sayılan müəsisələrin təhlükəsizliyini təmin
etdikləri zaman, yerli əhalini və iddialara görə OPM üzvlərini hədəfə
alaraq onların hüquqlarını geniş surətdə pozduqları halda, əlavə olaraq
qeyri-şəffaf olan bu şirkətdən ödənişlər alırlar. Məsələn, iddialara görə
1994-cu illərin ortasında, hərbi qüvvələr Freeport mədənlərində şirkətin
maşınlarından, ofi slərindən və daşıma konteynerlərindən istifadə edərək,
şirkətin təhlükəsizliyinə təhlükə törədən şübhəliləri və ya OPM üzvlərinin
həm saxlanılmasında, həm də bir yerdən başqa yerə daşınmasında istifadə
etmiş və sonra onlara işgəncə vermiş və öldürmüşlər. Təəssüf ki, şirkət
rəhbərliyi hərbçilərin onların avadanlıqlarından necə istifadə etdikləri üçün
məsuliyyət daşımadıqlarını bəyan etdilər. Doğrudan da, İndoneziya İnsan
Hüquqları Komissiyası (Komnas HAM) TNİ-ın Freeport-da təhlükəsizlik
tədbirləri Şərqi Papuada İnsan hüquqlarını pozduğunu bəyan etmişdir.
Son illər Freeportda təhlükəsizlik qüvvələrinin sayı artırılmışdır. 2005-ci
ildə 2400-dan çox hökümət təhlükəsizlik qüvvələri (hərbi və polis) Freeport
ərazisində təhlükəsizlik təminatı üçün yerləşdirilmişdir. 2005-ci ildə,
şirkətin hərbi və polis təhlükəsizlik qüvvələrinə ödənişləri $60 milyona
çatmışdır.Freeport şirkətinin məlumatına görə, bu məbləğ nəqliyyat,yemək
və təhlükəsizlik qüvvələrinin istifadə etdikləri kazarmaların xərclərinə
sərf edilmişdir. Lakin, Qlobal Şahid (Global Witness) qeyri –hökümət
təşkilatı və New York Times qəzetinin 2005-ci ildə dərc etdiyi araşdırıcı
hesabatlarda bu məbləğin geniş hissəsinin ayrı-ayrı şəxslərə ödənildiyi
bildirilirdi. Bu hesabatlar göstərdi ki, Freeport şirkəti böyük məbləğdə
ödənişləri birbaşa olaraq İndoneziya hərbi və polis zabitlərinə və həmçinin,
ərazidəki birləşmələrə ödəmişdir. New York Times əldə etdiyi və əsil
olduğu yoxlanılan sənədlərə istina edərək,1998-ci ildən 2004-ə qədər olan
ödənişlərin $20 milyon civarında olduğunu bildirmışdir.
Mənbələr: Kurniawan Tri Yunanto, “Komnas HAM: Freeport Represents Colonialism
in Papua,” VHRmedia (2 December 2009), http://www.vhrmedia.com/Komnas-HAM--
Freeport-Represents-Colonialism-in-Papua-news2775.html; Human Rights Watch, Too
High a Price, The Human Rights Cost of the Indonesian Mili tary’s Economic Activities
18:5(C) (June 2006), 48–56, http://www.hrw.org/en/reports/2006/06/20/too-high-price-1.