163
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
TNİ-ın mülkiyyət və aktivləri yoxlanmasa da,onların hökümət balansına
keçməsi yolu hələ uzundur. Bu günə qədər, TNİ-ın iqtisadi fəaliyyət məsələsi
İndoneziyada hərbi islahatlar üçün əsas maneə kimi qalmaqdadır, çünki
hökümət bu məsələdə çox yavaş hərəkət edir. Ən sərt problem hərbçilərin büdcə
məsələləri ilə bağlıdır. TNİ-ın büdcəsi peşəkar ordunu maliyyələşdirməkdən
çox uzaqdır. Bütöv büdcənin ən azı 45%-ı hərbçilərin əmək haqqı və sosial
rifahı üçün xərclənir və 30%-i hərbi texnologiya, xidmət və ordunun inkişa-
fı üçün lazım olan texnika, silah və infrastrukturaya sərf olunur
93
. Bundan
əlavə, indiki hökümət tələb olunan hərbi büdcənin ancaq yarısını təmin etmək
iqtidarındadır. Bu səbəbdən, hökümətin məhdud maliyyə resursları, TNİ-ın
iqtisadi funksiyalarının əlindən alınması istiqamətində gedən səyləri sual al-
tına qoyur.
94
Ordunun İqtisadi Subyekt olmasına Əks Təsirlər
Peşəkarlıq
Ordunun sahibkarlıq fəaliyyəti subyektinə çevrilməsinın birbaşa
nəticəsi onun peşəkarlıq səviyyəsinin aşağı düşməsi göstəricisidir. Gəlir
gətirən fəaliyyətlərə cəlb olunan ordu özünün əsas funksiyası olan dövlətin
təhlükəsizliyini qorumaq mənasını itirə bilər. Bu zaman ordu daha çox gəlir
gətirən fəaliyyətdə maraqlı olur, nəinki dövlətin və fərdi vətəndaşlarını
təhlükəsizliyini təmin etməkdə. Peşəkarlığın itirilməsinin gətirdiyi ən pis
ssenari, ordunun dövlətin nəzarətindən çıxması olur. Ordunun öz imkanları
hesabına büdcəsini maliyyələşdirməsi (hətta yarısını da olsa), onun dövlət
içində müstəqillik hisslərini artırır və beləliklə,ölkənin sosial,siyasi və iqtisa-
di sahələrinə geniş hərbi müdaxilə riskləri yaradır.
Cavabdehlik və Məsuliyyət
Ordunun iqtisadi subyekt olduğu zaman yaranan digər mənfi təsir cavab-
dehlik və məsuliyyətin olmamasıdır. Əgər ordu öz büdcəsini özünün müstəqil
93
Bax: Eric Hendra, “The TNI’s Business,” in Almanac on Security Sector Reform in
Indonesia 2007, ed. Beni Sukadis (Jakarta: LESPERSSI & DCAF, 2007), 121.
94
Vaşinqton Universitetində (University of Washington) çalışan İndoneziya eksperti Daniel
Lev-in İndoneziya hərbi büdcəsi ilə bağlı bir zamanlar dediyi kimi, “Əgər sənin büdcən sənin
tələbatlarının üçdə birini və ya yarısını ödəyirsə o zaman sən də qalanını oğurlayacaqsan.”
Taufi k Darusman-a isnad edilmişdir, “Putting The Military out of Business,” The Jakarta
Globe (
27 September 2009), http://thejakartaglobe.com/columns/taufi k-darusman-
putting-the-military-out-of-business/ 332030.
164
Silahlı Qüvvələrin Şəxsi Heyətinin və Aktivlərinin İqtisadi Fəaliyyətlərə Cəlb Olunması
iqtisadi fəaliyyəti nəticəsində təmin edirsə, o zaman ordunun hərbi büdcəni
necə işlətməsi və özünün fəaliyyəti haqda dövlət qarşısındakı cavabdehli-
yi də azalacaqdır. Bu cür vəziyyətin riski yüksəkdir. Əgər dövlət ordunun
büdcəsinə və fəaliyyətinə nəzarət edə bilmirsə, o zaman ordu dövlətin qanun
və qaydalarına zidd olan başqa məqsəd və vəzifələr üçün çalışacaq və ya hətta
dövləti və onun vətəndaşlarını qorxu altında saxlayacaq. Qısaca, ordu bu hal-
da dövlət və onun vətəndaşları üçün ciddi daxili təhlükəyə çevrilir.
Demokratik ölkələrdə, hərbi büdcəyə, demokratik nəzarət mexanizmləri
olan parlament və qeyri-hökümət təşkilatları tərəfi ndən fəal şəkildə nəzarət
edilir. Bu nəzarət o anlamla həyata keçirilir ki, ordu dövlət aparatının bir
hissəsidir və dövlətin təhlükəsizliyini təmin etməlidir və ordu hökümət
tərəfi ndən tam məliyyələşdirilir. Lakin, demokratiyaya keçid ölkələrində hərbi
xərclərə nəzarət etməyin çətinlikləri vardır. Bunun bir çox səbəbləri var, la-
kin çox yayılan səbəbdən biri hərbi yanaşmadan doğan məxvilik məsələsidir
və bu büdcədə də əks olunur. Bəzən ordu öz büdcəsinin ictimaiyyətə açıqlan-
masından və nəticədə ordunun hərbi qabiliyyətinin cəmiyyətə və ya düşmənə
məlum olmasından çəkinir.
Digər səbəb isə cəmiyyət tərəfi ndən, xüsusilə də, hərbi qurumlar üzərində
ciddi nəzarət aparmalı olan parlament tərəfi ndən inamın olmamasıdır. Burada
əsas məsələ ordu haqda təəssuratın necə olmasından gedir, cünki o dövlət
sistemində insanların düşüncə tərzinə və oyun qaydalarına təsir edir. Ordunun
mülki cəmiyyətdən üstünlüyü,istisnalığı,vətənpərvər olması və zor işlətmək
haqqının olması kimi görüntüsü mülki orqanlara büdcə məsələlərinə qarışma-
ğa maneələr yaradır. Əlbəttə, parlament üzvlərinin ordunun büdcə tərtibi və
fəaliyyətləri haqda bilgilərinin az olması da bu vəziyyətə kömək edir.
İnsan Hüquqları Pozuntuları
Ordunun iqtisadi fəalıyyətinin törətdiyi geniş təsirlərdən biri də insan hü-
quqları pozuntularıdır. Yuxarıda deyildiyi kimi ordu dövlət aparatını təmsil
edir və dövlət orduya zorakılığa qarşı səmərəli “qanuni nəzarət” səlahiyyəti
verir. Lakin, ordunun iqtisadi fəaliyyəti, onun gəlir gətirən səylərini “zorakılı-
ğa nəzarət” funksiyası ilə birləşdirdikdə və bu zaman mulki nəzarət olmadıq-
da fəlakətli nəticələrə gətirib çıxarır. Ordunun iqtisadi fəaliyyəti nəticəsində
insan hüquqlarının pozulması halını təsvir edən nümunə İndoneziyada, Şərqi
Papuada TNİ-lə imzalanmış Freeport təhlükəsizlik sazişində təqdim olunur
(Bax Haşiyə 11.3).
TNİ-la Freeport təhlükəsizlik anlaşması, TNİ-ın iqtisadı fəaliyyətlərini
gizli alternativlərlə davam etdirmək istəyidir. TNİ haqda qanunun 7-ci
maddəsinə görə,TNİ-in əsas funksiyalarından biri həyati xarakterli dövlət