175
Hərbi Əməliyyatlar Zamanı Dürüstlük
Bundan başqa, mövcud sistemin tərəfdarları tez-tez iddia edirlər ki,
müqavilədə geyd edilmiş müddəaların yerinə yetirilməsi öz-özlüyündə
hesabatlılığı və həm ÖHP-nin, həm də onun əməkdaşlarının davranışla-
rı üzərində nəzarəti lazımi səviyyədə təmin edir. Bununla da, podratçının
müqavilə şərtlərini pis və uyğun olmayan şəkildə yerinə yetirməsi, və ya onun
əməkdaşlarının istər xidmətin göstərildiyi ölkədə, istərsə də öz ölkələrində
qeyri-münasib hərəkətlərə yol verməsi həmin fi rma ilə müqavilənin ləğv
edilməsinə və ya həmin əməkdaşların işdən azad olunmasına gətirib çıxar-
malıdır. "Azad bazar"-da belə kommersiya sanksiyalarının mövcud olması
çox zaman müqavilə şərtlərinə əməl etməyi yaxşılaşdırmaq üçün müvafi q
mexanizmlər, qənaətbəxş işə və bütün tərəfl ərin ən yaxşı şəkildə fəaliyyətinə,
təminat kimi təqdim edilir.
Təəssüf ki, gerçək təcrübədə belə "azad bazar" ideallarına çatmaq çox
nadir hallarda mümkün olur. Çox vaxt tender və müqavilə satınalmalarında
şəffafl ıq olmur və dostbazlıq, pulla ələ alma, vəzifələrə tanışlarını yerləşdirmə,
rüşvət və korrupsiya geniş yayılıb. NATO üzvü olan ölkələrdə çox vaxt kor-
rupsiya motivləri və qeyri-əxlaqi xüsusiyyətlərin olmadığı hallarda belə, bu
danışıqları lazımi şəkildə apara biləcək hazırlıqlı və təcrübəli təhcizat işçiləri
kifayət qədər deyil. Belə vəzifələri daşıyan qoyulmuş şəxslər isə bundan əlavə
hətta yüksək səviyyəli yetkinliklərə və ən nəcib vətəndaş niyyətlərinə sahib
olsalar belə, çox tezliklə tapşırılan işin həcmi və miqyası altında həddən artıq
yüklənmiş olurlar. Bu hal özünü baş tutmamış ölkədə silahlı müdaxilə ilə
müşaiyət olunan qarmaqarışıq və qeyri-müəyyən vəziyyətlərdə və ya huma-
nitar böhranın şiddətlə artdığı vaxtlarda daha çox göstərir. Qızğın müharibə
getdiyi bir vaxtda müxtəlif xidmətlərin geniş spektrinə təxirəsalınmaz ehtiya-
cın olması nə iri və mürəkkəb müqavilələrin reklamı, əldə edilməsi, təhlili və
açıq və nizamlı şəkildə bağlanması üçün, nə də müqavilə şərtlərinə tam əməl
edilməsini təmin etmək məqsədilə təsirli xarici nəzarətin və diqqətin təşkili
üçün (yumşaq desək), heç də ideal vəziyyət deyil.
Hətta həddən artıq yüklənmiş dövlət müqavilələrinə baxan zabitlər rüşvət
və korrupsiyaya məruz qalmadıqları halda,mənəviyyatı aşağı olan və hətta
yararsız ÖHP-lər və ya ayrı-ayrı natəmiz əməkdaşlar tərəfi ndən bu cür qarışıq
vəziyyətdən istifadə üçün geniş imkanlar mövcuddur. Hal-hazırda məsələn,
əlbətdə beynəlxalq səviyyədə qəbul olunmuş və hamı tərəfi ndən tanınmış,
qiymətləndirmə, qeydə alma,və ya özəl podratçıların lisenziyalaşdırılması və
ya şirkətlər və ya onların əməkdaşları tərəfi ndən münasib peşəkar fəaliyyət
standartları müəyyən edən və ya təmin edən sistem mövcud deyil. Təhcizat
zamanı səhvlər edildiyi zaman və ya səriştəsizlik müəyyən edilərkən, narazı
176
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
tərəfi n müqaviləni dayandırmaqdan başqa yolu qalmır.
Bundan başqa, hətta ən yaxşı və etibarlı özəl şirkətlər (onların öz
ölkələrindəki tərəfdaşlarının etdiyi kimi) səriştəsiz və natəmiz işçi də işə
ala bilər. Qeyri peşəkar,uyğunsuz və hətta cinayətkar davranışa görə tətbiq
edilən sanksiyalar heç də müvafi q deyil və pis niyyətli davranışın qarşısı-
nı almaq üçün yetərsizdir. Cinayətkar sui-qəsd, adam oğurluğu və insan al-
veri ilə məşğul olanlara (Kosova-da olduğu kimi),işçiləri işdən çıxarma və
əmək haqqının və imtiyazlarının kəsilməsi kimi cəza tədbirlərinin yetərliliyi
sual doğurur. Ancaq indiki şəraitdə başqa hüquqi tədbirlər də mövcud deyil-
dir. Beləliklə, həmişə “hökümətə aid funksiya” sayılan tədbirlərin, məsələn,
müqavilənin gedişinə rəhbərlik, nəzarət və hesabatlılıq funksiyalarının(
xüsusilə şəxsi heyətin üzərində) müəyyənləşdirilməsi və təmin edilməsi dö-
yüş bölgələrində həqiqətən çox çətin problemə çevrilmişdir.
İddialara görə heç bir səbəb olmadan və heç bir fərq qoymadan 2007-ci
ilin Sentyabrında Bağdadın Mənsur meydanında ordan keçən on yeddi mülki
şəxsin ABŞ-ın Blackwater Worldwide fi rmasının mühavizəçiləri tərəfi ndən
öldürülməsi, münaqişə zonalarında özəl podratçıların dürüstlüyü təmin etmək
və müsbət praktikanı tətbiq etmək baxımından nə qədər problemli olduğunu
nümayiş etdirdi. Həmən konkret hadisə, özəl təhlükəsizlik qüvvələrinin yerli
əhaliyə qarşı təəssüfedici laqeydlik və qeyri-peşəkar qayğısızlıq nümunəsi
kimi pislənilmişdir. Bu cür tənqidlər, bununla belə o bədbəxt hadisənin ən
gözə çarpan xüsusiyyətini nəzərə almamışdır. “Yerli əhalinin rifahı” möv-
zusu, az hallarda bəlkə də heç vaxt özəl, kommersiya müqaviləsi ilə çalı-
şan təhlükəsizlik qüvvələri üçün əsas və ya hətta lazımi səbəb olmamışdır.
Əvəzində, özəl təhlükəsizlik şirkətinin və onun əməkdaşlarının bütün diqqəti
əsasən sifarişçinin və ya pul ödəyən müştərinin rifahı və təhlükəsizliyinə
yönəlmişdir.
Bu amil dövlət və peşəkar təşkilatları (məsələn, demokrtaik ölkələrin
hərbi qüvvələri)və özəl kommersiya təşkilatları arasında mövcud olan əsaslı
fərqin açıq aşkar göstəricisidir. Birincilər öz dövlətlərinə və onun legitim ma-
raqlarına xidmət edir. Uyğun olaraq, onun fərdi üzvləri isə özlərinin peşəkar
hazırliq və yönəlmələrində daimi və ağırlıqlı olaraq öz xalqına,dövlətinə
xidmət və fədakarlıq etikası üzərində tərbiyə olunurlar. Özəl kommersiya
təşkilatları,əksinə, müştəri və sifarişçilərinə xidmət etmək üçün çalışır. Ge-
niş ictimaiyyətin rifahına onların fəaliyyətləri vasitəsilə təminat verilir, o
şərtlə ki, bu kommersiya fi rmaları dəqiq müəyyən edilmiş hüquqi normalar
və cavabdehlik sistemində fəaliyyət göstərsin. Elə sistem ki, məsələn,işlərini
uyğun qaydada yerinə yetirə biməyənləri və ya cinayətkar yarıtmazlığa
görə özəl şirkətləri və onların əməkdaşlarını müəyyən edib cəza vermək