Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə99/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   95   96   97   98   99   100   101   102   ...   163

261

Hökumətin Rolu

da azalırdı. Bəzi ölkələrdə həmin "sağ qalma dövrü" təxminən on il davam 

etdi və bu dövrdə korrupsiya müdafi ə strukturlarında və hərbi mədəniyyətdə 

dərin kök saldı.



Müdafi ə Sektorunda Idarəetmədə Dürüstlüyün Təmin 

Edilməsi

Cəmiyyətin lazımınca müdafi əsi, başqa sözlə müdafi ə sistemindən "icti-

mai fayda" götürmək üçün vacib olan təsirli və səmərəli müdafi ə imkanlarının 

yaradılması müdafi ə sahəsində idarəetmənin hədəfi dir. Demokratik ölkələrdə 

bu proses demokratik mülki nəzarət və ictimai hesabatlılıqla sıx bağlıdır. 

Başqa sözlə, hökumət strukturları və ayrı-ayrı dövlət vəzifəli şəxsləri ictimai 

vəsaitlərdən (vergi ödəyicilərinin pullarından)qanuni surətdə və parlamentin, 

mətbuatın və cəmiyyətin nəzarəti altında istifadə edirlər.

156

 Təsirli idarəetmə 



mexanizmlərinin, hesabatlılığın və  şəffafl ığın möhkəmləndirilməsi təbii ki, 

korrupsiya imkanlarını azaldır.

İstər seçim şuralarının, istər tender komitələrinin, istərsə də rəhbərliyin 

qərar qəbulu proseslərində dürüstlüyü təmin etmək üçün bəzi əsas prinsiplər 

tətbiq edilə bilər. Maksimum mümkün dərəcədə bu proseslər yazılı qaydalarla 

idarə edilməlidir. Həmin qaydalarla iştirakçılar (əsas maraqlı tərəfl ərin hamısı 

daxil olmaqla) və onların məsuliyyətləri müəyyənləşdirilməlidir. Onlar qanuni 

şərtləri (həm məsələlərə baxılmasının məqəsədəuyğunluğu, həm də qərarlara 

riayət edilməsinin təmin olunması baxımından) və qərar qəbuletmə meyarlarını 

müəyyən etməlidirlər. Qaydalar, həmçinin, proseslərin qanuni nəticələrini də 

ictimai faydalı olmaları baxımından müəyyən etməlidir. Məqsəd və vəzifələr 

sənədləşdirilməli, rəhbərliyə məsul və prosesə nəzarət edən şəxs tərəfi ndən 

təsdiq edilməli və bütün maraqlı tərəfl ər üçün şəffaf olmalıdır. Qərarlar və 

onların əsaslandırmaları yazılı tərtib edilməlidir.Fövqəladə hallar istisna ol-

maqla bütün hallarda məlumat bütün iştirakçılar üçün eyni dərəcədə əlçatan 

olmalıdır. Nəticələr mümkün olduğu dərəcədə ölçülə bilən olmalı, qəbul edil-

miş  qərarların yerinə yetirilməsinin nəticələrinin qiymətləndirilməsi və he-

sabatlılığın təmin edilməsi üçün tədbirlər görülməlidir. Yayğın, qeyri-şəffaf 

prosedurlar və anlaşılmaz qiymətləndirmə  və hesabatlar korrupsiyanın ol-

masından xəbər verən işarələrdir. Növbəti bölmələrdə bu prinsiplər müdafi ə 

sahəsində idarəetmənin müxtəlif sahələrinə tətbiq edilir.

Siyasət, Planlaşdırma, Proqramlaşdırma və Büdcə Tərtibatı

156


 Müdafi ə nazirinin çox vaxt birbaşa və yalnız dövlət başçısına (həm də keçmişi çox zaman 

hərbçi olmuş dövlət başçısına) tabe olan hərbi geyimli generalın olduğu avtoritar və totalitar 

rejimlərin əksinə olaraq.



262

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Müdafi ə sahəsində səmərəli idarəetmə ayrılan resursları gözlənilən nəticə 

ilə - bu istər gündəlik fəaliyyət, istər gələcək naminə imkanların artırılması, 

istərsə də hərbçilərin sosial müdafi əsinin yaxşılaşdırılması olsun - birləşdirir. 

İlk növbədə bu müdafi ə məqsədlərində - məsələn, hərbi qüvvələrin rolu, funk-

siyaları və vəzifələrində aydınlığın olmasını tələb edir. Onlar müdafi ə sistemi 

hüdudlarında ən çox yayılmış və rahat əldə edilən, parlament və ictimaiyyət 

üçün  şəffaf (Ukraynada hərbi qüvvələrdə  vəziyyət haqqında  "Ağ Kitab" 

adlı illik hesabat dərc edilir) strateji səviyyəli rəhbər sənədlərdə (məsələn 

İngiltərədə bu nazirin təsdiq etdiyi Strateji müdafi ə  təlimatlarının(Defense 

Strategic Guidance) dərc edilməsi yolu ilə  həyata keçirilir) dəqiq təyin 

edilməlidir.

Resursların ayrılması haqqında planların və  qərarların işlənib hazır-

laması (tez-tez bunun üçün "proqramlaşdırma" terminindən istifadə edilir) 

müdafi ə  fəaliyyətinin siyasətlə müəyyən edilmiş gözlənən nəticələri ilə sıx 

əlaqələndirilməlidir. Planlaşdırma və proqramlaşdırma məsələləri üzrə əsas 

rəhbər göstərişlər bilavasitə strateji səviyyəli rəhbər sənədlərdən alınmalı, 

hərbi siyasət məsələləri üzrə Müdafi ə Nazirliyinin mütəxəssisləri tərəfi ndən 

yoxlanılmalı və müdafi ə naziri tərəfi ndən təsdiq edilməlidir. Operativ (cari, 

perspektiv) və silahlı qüvvələrin inkişaf planları da (təşkilat strukturu, 

təminat, komplektləşdirmə, hazırlıq/təhsil və infrastruktur), həmçinin, resurs-

ların ayrılması ilə sıx əlaqəli olmalıdır. Bu əlaqələri daha yaxşı təmin etmək 

üçün yeni demokratik dövlətlərin əksəriyyəti ABŞ-da hazırlanmış Planlaşdır-

ma, Proqramlaşdırma və Büdcə Tərtibatı Sistemi (PPBS) üzrə öz variantlarını 

tətbiq ediblər.

PPBS-nin əsas elementi resursların ayrılmasını orta müddətli (adətən beş 

illik) planlaşdırma ilə əlaqələndirən və tələb edilən nəticənin əldə edilməsini 

hansı ilkin məlumatların və necə təmin edəcəyini əks etdirən proqramlaşdır-

madır. Proqramlaşdırma ilə bağlı qərarlar sonradan büdcənin formalaşması 

və icrası məsələlərini mexaniki olaraq müəyyən edəcəkdir. Resursların ayrıl-

ması  ilə bağlı cazibə mərkəzinin büdcənin tərtib edilməsi prosesindən proq-

ramlaşdırma prosesinə yerdəyişməsi sistemdəki dürüstlüyü artırır. Proqram-

laşdırma üzrə müzakirələr resursların ayrılmasına nisbətən iştirakçıların xeyli 

geniş çevrəsini nəzərdə tutur və daxili şəffafl ığı artırır. Proqramlaşdırmanın 

belə beşillik pəncərəsi resursların ayrılmasının təsirini bir-iki illik büdcəyə 

nisbətən daha yaxşı qiymətləndirməyə imkan verir.

Resursların ayrılması  və  əldə edilmiş  nəticələr üçün cavabdehlik 

məsuliyyəti proqram pəhbərlərinin üzərinə düşür. Məhz onlar öz təklifl ərini 

idarəetmə orqanları olan Proqram Nəzarəti Komissiyalarının müzakirəsinə 



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə