257
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
• Toplumun dəyərləri üzərində durmalı və onların açıq müzakirəsi
üçün imkanları saxlamalı;
• Təbii olaraq təkamül edəcək toplum tərtib etməli.
Mənbə: Etienne Wenger, Richard McDermott and William M. Snyder, Cultivating
Communities of Practice (Boston, MA: Harvard Business Press, 2002
).
Yekun Nəticələr
Hətta korrupsiyanın yüksək səviyyədə olduğu sistemlərdə belə sistem
üzvlərinin əksəriyyəti üçün "korrupsioner olmalı, ya olmamalı" sualı çox az
hallarda meydana çıxır. Digər tərəfdən, bu insanlar hər gün çoxsaylı qərarlar
qəbul edirlər və həmin qərarların hər birinin dürüstlük, şəffafl ıq, hesabatlılıq
və cavabdehlik baxımından öz nəticələri var. Deməli, həm də sistemdə ümu-
mi korrupsiya iqliminə təsir edirlər. Buna görə də korrupsiyaya qarşı səylərin
əsas istiqaməti belə konstruktiv qərarların lazımi dərəcədə motivləndirilməsi
olmalıdır. Bu fəaliyyət konkret fərdin, təşkilatın və cəmiyyətin maraqlarının
uzlaşdırılmasına nail olduqda və bu uzlaşdırma müsbət istiqamətli tədbirlərlə
dəstəkləndikdə ən səmərəli və uğurlu olacaq. Konkret fərdin ehtiyaclarını
dəstəkləyən (müsbət) və ya təhdid edən (mənfi )korrupsiya əleyhinə tədbirlər
insanların ehtiyaclarının müxtəlif cür və fərqli olmaları, həmçinin hər bir
konkret fərdin ehtiyaclar ierarxiyasında yeri nəzərə alınmaqla həyata keçirilə
bilər. Təşkilatın ehtiyacları onun daxilində funksiya və səlahiyyətlərin dəqiq
bölgüsü, səmərəli üfüqi əlaqələndirmə və qərar qəbul etmə proseslərində dü-
rüstlüyün təmin edilməsi ilə ödənilə bilər. Əgər təşkilati mədəniyyət etik və
peşəkardırsa, o formal proseslər səviyyəsində davranışın təşkilat daxili qey-
ri-formal qruplar və təşkilat rəhbərliyi səviyyəsində güclü motivləndiricisi
kimi çıxış edə bilər. Əgər təşkilat mədəniyyəti etik deyilsə, onun etik təşkilati
mədəniyyətə keçidi rəhbərliyin üstün fəaliyyət istiqaməti olmalıdır. Bu
məsələ həll edilmədən müdafi ə təşkilatının başqa sahələrində də islahatlar
arzu olunan effekti verməyəcək. Bu çox uzun müddətli prosesdir, amma onu
siyasi iradənin və səbrin olması şərti ilə, həmçinin təşkilat daxili islahatların
tərəfdarlarını və müttəfi qlərini axtarıb taparaq uğurla həyata keçirmək müm-
kündür.
258
Hökumətin Rolu
259
Hökumətin Rolu
17-ci Fəsil
Hökumətin Rolu
Bütün hökumətlərin legitimliyi son nəticədə cəmiyyətin onun ictimai
fayda verən fəaliyyətini (indiki halda ölkənin müdafi ə qabiliyyətini təmin
etmək) necə səmərəli və qənaətlə yerinə yetirmək qabiliyyətinə inamından və
ictimaiyyətin etibarını qoruyub saxlamağından asılıdır. Əgər ictimai gəlirdən
şəxsi maraqlar üçün istifadə edilərsə, o zaman korrupsiya bu qabiliyyəti
sarsıdacaq. Bu səbəbdən korrupsiyaya qarşı mübarizəyə başçılıq etmək
hökumətlərin mənafeyinə xidmət edir. Səmərəli olması üçün korrupsiyaya
qarşı mübarizə tədbirləri islahatların daha geniş strategiyalarının (məsələn,
planlaşdırma, proqramlaşdırma və büdcə sistemlərinin tətbiqi kimi) tərkibinə
daxil edilməlidir. Şəffafl ığın və hesabatlılığın təmin edilməsində qabaqcıl
təcrübənin ən yaxşı nümunələrinin (məsələn məlumatın vaxtında müdafi ə
nazirliyinə, parlamentə və ictimaiyyətə çatdırılması) tətbiq edilməsinə hazır
olmaq lazımdır. Həmçinin, kriminal təqibin yersiz və ya qeyri-proporsional
olacağı hallarda qanun pozuntularına mane olmaq üçün asan tətbiq edilən in-
zibati sanksiyaların dəstəklədiyi daxili nəzarət mexanizmlərinə malik olmaq
lazımdır. Səlahiyyət və məsuliyyətin əhəmiyyətli hissəsinin müasir müdafi ə
idarəetmə üsullarına ötürülməsinə ehtiyac duyulduğundan müvafi q mülki və
hərbi kadrlarda peşəkar keyfi yyətlərin və dürüst dövlət xidməti ənənələrinin
aşılanması böyük əhəmiyyətə malikdir. Təcrübə göstərir ki, qənaətbəxş
rəhbərlik və diqqət olarsa Müdafi ə Nazirliyi və silahlı qüvvələr digər dövlət
strukturlarına və cəmiyyətə müsbət nümunə göstərə bilərlər.
Korrupsiya Riskləri
Korrupsiya təhlükəsinin daha çox olduğu əsas fəaliyyət sahələri yaxşı
məlumdur. Bu sahələr birbaşa büdcə ayırmaları üçün ən böyük imkanları
nəzərdə tutur: silah, hərbi texnika, yanacaq, ərzaq tədarükü və təminatın başqa
predmetlərinin alınması, infrastruktur tikintisi və kommunal xərclər, həmçinin
elmi tədqiqatlar və yeni texnologiyaların işlənib hazırlanması. Yüksək korrup-
siya riski olan digər bir sahə artıq texnika və əmlakın əslində olduğundan xey-
li aşağı qiymətə mülki sektora verilməsidir. Həmçinin bəzi şeylərin bölgüsü
və qəbulu/göndərilməsi sahəsində də xeyli korrupsiya imkanları vardır. Bura
mənzil bölgüsü, (xüsusən xaricdə) təhsil üçün seçimin aparılması, (xüsusən
yüksək ödənişli xarici missiyalara) ezamiyyətə göndərmək daxildir. Ordu-
260
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
ya çağırış sistemlərində çağırışdan möhlət almaq və ya xidmətin daha asan
və təhlükəsiz olduğu yerlərə göndərmək fövqəladə yüksək korrupsiya riski
olan sahələrdir. Nəhayət, hakimiyyət və imtiyazlardan sui-istifadə tabelikdə
olanlardan uzaqlaşmaq təhlükəsi yaradır. Nəzarət imkanlarının məhdud ol-
duğu sahələr aşağıdakılardır: çevik operativ vasitələr, məhdudlaşdırılmış, və
ya "qara" layihələr və xarici hərbi missiyaların maliyyələşdirdiyi layihələr
(iki ölkənin nəzarət sistemləri arasında qarşılıqlı təsir sahələrində problemlər
yarana bilər).
Korrupsiya hadisələri hətta inkişaf etmiş demokratiyalarda da baş verir,
hərçənd onlar artıq sistemli hadisələr deyil, xeyli dərəcədə fərdi hallardır. An-
caq gənc, demokratik ölkələrin müdafi ə nazirliklərində korrupsiya daha çox
sistemli səviyyədə olur. O istər mülki, istərsə də hərbçi qanun pozucularının
geniş dairəsini özünə cəlb edə, həmçinin həm cəmiyyətdə, həm də rəhbər eli-
ta arasında olan korrupsiya ilə daha sıx və geniş əlaqədə ola bilər. O sahələr
xüsusilə həssasdır ki, orada effektiv mülki idarəetmə mülki ekspertlərin ol-
maması ucbatından (buna görə də onların hamısı hələ də hərbçilərin nəzarəti
altındadır) tətbiq edilməmişdir, peşəkar və etibarlı mülki ekspertlərin sayı
ya azdır, ya da yaxşı ənənələri və təcrübələri yoxdur. Post-totalitar rejimlər,
müdafi ə nazirliyinə tabe olan çoxlu sayda müəssisələrin və böyük həcmdə
köhnəlmiş texnikanın olması, həmçinin büdcə boşluqlarını aradan qaldırmaq
üçün adekvat cəhdlərin olmaması səbəbilə daha təhlükəli risklə üzləşirlər.
Hərbçiləri müdafi ə ehtiyaclarını ödəmək üçün pul qazanmağa məcbur edən
"büdcədən kənar" xüsusi fondların yaradılması xüsusilə dağıdıcı təsirə ma-
likdir. Bu fondlar müdafi ə idarəsinin kommersiyalaşmasına açıq dəstək
verməklə korrupsiya üçün geniş imkanlar və məntiqi sığınacaq yaradır.
İqtisadi və sosial yoxsullaşma da həmçinin, korrupsiyanın artmasında
mühüm rol oynaya bilər. Keçmiş Varşava müqaviləsi üzv ölkələrinin çoxusu-
nun düçar olduğu amansız iqtisadi böhran zamanında zabitlərin aylıq maaaş
səviyyəsi normal yaşayış səviyyəsindən əhəmiyyətli dərəcədə aşağı düşərək
ayda cüzi $30-50 təşkil edirdi. Bununla birlikdə, mənzillə təminat səviyyəsi
kəskin aşağı düşdü və bir vaxtlar çox əliaçıq olmuş sosial təminat sistemi də
darmadağın edildi. Hərbçilər sərt seçim qarşısında qalmışdılar: işdən azad
olmaq və özəl biznesdə möhkəmlənməyə çalışmaq, gündüz xidmətdən sonra
gecələr əlavə işdə işləmək, ya da korrupsiyada iştirak etmək. İqtisadi yoxsul-
laşma sosial statusun əhəmiyyətli dərəcədə aşağı düşməsi ilə müşaiyət olu-
nurdu. Cəmiyyət kommunist dövrünün ordusuna mənfi münasibət göstərir və
onun problemlərini həll etmirdi. Sosial statusun və zabit və peşəkar serjant-
ların özünə hörmət hissinin itirilməsi ilə onların öz-özünə nəzarət stimulları
Dostları ilə paylaş: |