Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə98/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   94   95   96   97   98   99   100   101   ...   163

257

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

•  Toplumun dəyərləri üzərində durmalı  və onların açıq müzakirəsi 

üçün imkanları saxlamalı;

•  Təbii olaraq təkamül edəcək toplum tərtib etməli.



Mənbə: Etienne Wenger, Richard McDermott and William M. Snyder, Cultivating 

Communities of Practice (Boston, MA: Harvard Business Press, 2002

).

Yekun Nəticələr

Hətta korrupsiyanın yüksək səviyyədə olduğu sistemlərdə belə sistem 

üzvlərinin əksəriyyəti üçün "korrupsioner olmalı, ya olmamalı" sualı çox az 

hallarda meydana çıxır. Digər tərəfdən, bu insanlar hər gün çoxsaylı qərarlar 

qəbul edirlər və həmin qərarların hər birinin dürüstlük, şəffafl ıq, hesabatlılıq 

və cavabdehlik baxımından öz nəticələri var. Deməli, həm də sistemdə ümu-

mi korrupsiya iqliminə təsir edirlər. Buna görə də korrupsiyaya qarşı səylərin 

əsas istiqaməti belə konstruktiv qərarların lazımi dərəcədə motivləndirilməsi 

olmalıdır. Bu fəaliyyət konkret fərdin, təşkilatın və cəmiyyətin maraqlarının 

uzlaşdırılmasına nail olduqda və bu uzlaşdırma müsbət istiqamətli tədbirlərlə 

dəstəkləndikdə  ən səmərəli və  uğurlu olacaq. Konkret fərdin ehtiyaclarını 

dəstəkləyən (müsbət) və ya təhdid edən (mənfi )korrupsiya əleyhinə tədbirlər 

insanların ehtiyaclarının müxtəlif cür və  fərqli olmaları, həmçinin hər bir 

konkret fərdin ehtiyaclar ierarxiyasında yeri nəzərə alınmaqla həyata keçirilə 

bilər. Təşkilatın ehtiyacları onun daxilində funksiya və səlahiyyətlərin dəqiq 

bölgüsü, səmərəli üfüqi əlaqələndirmə və qərar qəbul etmə proseslərində dü-

rüstlüyün təmin edilməsi ilə ödənilə bilər. Əgər təşkilati mədəniyyət etik və 

peşəkardırsa, o formal proseslər səviyyəsində davranışın təşkilat daxili qey-

ri-formal qruplar və  təşkilat rəhbərliyi səviyyəsində güclü motivləndiricisi 

kimi çıxış edə bilər. Əgər təşkilat mədəniyyəti etik deyilsə, onun etik təşkilati 

mədəniyyətə keçidi rəhbərliyin üstün fəaliyyət istiqaməti olmalıdır. Bu 

məsələ  həll edilmədən müdafi ə  təşkilatının başqa sahələrində  də islahatlar 

arzu olunan effekti verməyəcək. Bu çox uzun müddətli prosesdir, amma onu 

siyasi iradənin və səbrin olması şərti ilə, həmçinin təşkilat daxili islahatların 

tərəfdarlarını və müttəfi qlərini axtarıb taparaq uğurla həyata keçirmək müm-

kündür.



258

Hökumətin Rolu


259

Hökumətin Rolu

17-ci Fəsil

Hökumətin Rolu

Bütün hökumətlərin legitimliyi son nəticədə  cəmiyyətin onun ictimai 

fayda verən fəaliyyətini (indiki halda ölkənin müdafi ə qabiliyyətini təmin 

etmək) necə səmərəli və qənaətlə yerinə yetirmək qabiliyyətinə inamından və 

ictimaiyyətin etibarını qoruyub saxlamağından asılıdır. Əgər ictimai gəlirdən 

şəxsi maraqlar üçün istifadə edilərsə, o zaman korrupsiya bu qabiliyyəti 

sarsıdacaq. Bu səbəbdən korrupsiyaya qarşı mübarizəyə başçılıq etmək 

hökumətlərin mənafeyinə xidmət edir. Səmərəli olması üçün korrupsiyaya 

qarşı mübarizə  tədbirləri islahatların daha geniş strategiyalarının (məsələn, 

planlaşdırma, proqramlaşdırma və büdcə sistemlərinin tətbiqi kimi) tərkibinə 

daxil edilməlidir.  Şəffafl ığın və hesabatlılığın təmin edilməsində qabaqcıl 

təcrübənin  ən yaxşı nümunələrinin (məsələn məlumatın vaxtında müdafi ə 

nazirliyinə, parlamentə və ictimaiyyətə çatdırılması) tətbiq edilməsinə hazır 

olmaq lazımdır. Həmçinin, kriminal təqibin yersiz və ya qeyri-proporsional 

olacağı hallarda qanun pozuntularına mane olmaq üçün asan tətbiq edilən in-

zibati sanksiyaların dəstəklədiyi daxili nəzarət mexanizmlərinə malik olmaq 

lazımdır.  Səlahiyyət və məsuliyyətin əhəmiyyətli hissəsinin müasir müdafi ə 

idarəetmə üsullarına ötürülməsinə ehtiyac duyulduğundan müvafi q mülki və 

hərbi kadrlarda peşəkar keyfi yyətlərin və dürüst dövlət xidməti ənənələrinin 

aşılanması böyük əhəmiyyətə malikdir. Təcrübə göstərir ki, qənaətbəxş 

rəhbərlik və diqqət olarsa Müdafi ə Nazirliyi və silahlı qüvvələr digər dövlət 

strukturlarına və cəmiyyətə müsbət nümunə göstərə bilərlər.



Korrupsiya Riskləri

Korrupsiya təhlükəsinin daha çox olduğu  əsas fəaliyyət sahələri yaxşı 

məlumdur. Bu sahələr birbaşa büdcə ayırmaları üçün ən böyük imkanları 

nəzərdə tutur: silah, hərbi texnika, yanacaq, ərzaq tədarükü və təminatın başqa 

predmetlərinin alınması, infrastruktur tikintisi və kommunal xərclər, həmçinin 

elmi tədqiqatlar və yeni texnologiyaların işlənib hazırlanması. Yüksək korrup-

siya riski olan digər bir sahə artıq texnika və əmlakın əslində olduğundan xey-

li aşağı qiymətə mülki sektora verilməsidir. Həmçinin bəzi şeylərin bölgüsü 

və qəbulu/göndərilməsi sahəsində də xeyli korrupsiya imkanları vardır. Bura 

mənzil bölgüsü, (xüsusən xaricdə) təhsil üçün seçimin aparılması, (xüsusən 

yüksək ödənişli xarici missiyalara) ezamiyyətə göndərmək daxildir. Ordu-



260

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

ya çağırış sistemlərində çağırışdan möhlət almaq və ya xidmətin daha asan 

və təhlükəsiz olduğu yerlərə göndərmək fövqəladə yüksək korrupsiya riski 

olan sahələrdir. Nəhayət, hakimiyyət və imtiyazlardan sui-istifadə tabelikdə 

olanlardan uzaqlaşmaq təhlükəsi yaradır. Nəzarət imkanlarının məhdud ol-

duğu sahələr aşağıdakılardır: çevik operativ vasitələr, məhdudlaşdırılmış, və 

ya "qara" layihələr və xarici hərbi missiyaların maliyyələşdirdiyi layihələr 

(iki ölkənin nəzarət sistemləri arasında qarşılıqlı təsir sahələrində problemlər 

yarana bilər).

Korrupsiya hadisələri hətta inkişaf etmiş demokratiyalarda da baş verir, 

hərçənd onlar artıq sistemli hadisələr deyil, xeyli dərəcədə fərdi hallardır. An-

caq gənc, demokratik ölkələrin müdafi ə nazirliklərində korrupsiya daha çox 

sistemli səviyyədə olur. O istər mülki, istərsə də hərbçi qanun pozucularının 

geniş dairəsini özünə cəlb edə, həmçinin həm cəmiyyətdə, həm də rəhbər eli-

ta arasında olan korrupsiya ilə daha sıx və geniş əlaqədə ola bilər. O sahələr 

xüsusilə həssasdır ki, orada effektiv mülki idarəetmə mülki ekspertlərin ol-

maması ucbatından (buna görə də onların hamısı hələ də hərbçilərin nəzarəti 

altındadır) tətbiq edilməmişdir, peşəkar və etibarlı mülki ekspertlərin sayı 

ya azdır, ya da yaxşı ənənələri və təcrübələri yoxdur. Post-totalitar rejimlər, 

müdafi ə nazirliyinə tabe olan çoxlu sayda müəssisələrin və böyük həcmdə 

köhnəlmiş texnikanın olması, həmçinin büdcə boşluqlarını aradan qaldırmaq 

üçün adekvat cəhdlərin olmaması  səbəbilə daha təhlükəli risklə üzləşirlər. 

Hərbçiləri müdafi ə ehtiyaclarını ödəmək üçün pul qazanmağa məcbur edən 

"büdcədən kənar" xüsusi fondların yaradılması xüsusilə dağıdıcı təsirə ma-

likdir. Bu fondlar müdafi ə idarəsinin kommersiyalaşmasına açıq dəstək 

verməklə korrupsiya üçün geniş imkanlar və məntiqi sığınacaq yaradır.

İqtisadi və sosial yoxsullaşma da həmçinin, korrupsiyanın artmasında 

mühüm rol oynaya bilər. Keçmiş Varşava müqaviləsi üzv ölkələrinin çoxusu-

nun düçar olduğu amansız iqtisadi böhran zamanında zabitlərin aylıq maaaş 

səviyyəsi normal yaşayış səviyyəsindən əhəmiyyətli dərəcədə aşağı düşərək 

ayda cüzi $30-50 təşkil edirdi. Bununla birlikdə, mənzillə təminat səviyyəsi 

kəskin aşağı düşdü və bir vaxtlar çox əliaçıq olmuş sosial təminat sistemi də 

darmadağın edildi. Hərbçilər sərt seçim qarşısında qalmışdılar: işdən azad 

olmaq və özəl biznesdə möhkəmlənməyə çalışmaq, gündüz xidmətdən sonra 

gecələr əlavə işdə işləmək, ya da korrupsiyada iştirak etmək. İqtisadi yoxsul-

laşma sosial statusun əhəmiyyətli dərəcədə aşağı düşməsi ilə müşaiyət olu-

nurdu. Cəmiyyət kommunist dövrünün ordusuna mənfi  münasibət göstərir və 

onun  problemlərini həll etmirdi. Sosial statusun və zabit və peşəkar serjant-

ların özünə hörmət hissinin itirilməsi ilə onların öz-özünə nəzarət stimulları 



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə