263
Hökumətin Rolu
verirlər. Bu komissiyalara hərbi siyasətin (və maliyyənin) formalaşdırıl-
ması və tətbiqi məsələləri üzrə məsul vəzifəli şəxslərin geniş dairəsinin
nümayəndələri daxildir. Bu çox vaxt büdcə -yönümlü sistemlərdə büdcənin
formalaşdırılmasında və həmçinin resursların bölüşdürülməsində əsas rol
oynayan əsasən qeyri-şəffaf maliyyə departamentlərinin əlində olan inhisarı
ləğv edir.
Normativ və təşkilati tədbirlər, müdafi ə siyasəti hədəfl ərindən və
uzunmüddətli planlardan müdafi ə proqramlarına, daha sonra isə proqramlar-
dan büdcəyə və onların həyata keçirilməsinə rəvan keçidi təmin etməlidir.
Haşiyə 17.1-də müdafi ə büdcəsi də daxil olmaqla qısamüddətli planların və
həyata keçirilməsi üzrə fəaliyyətlərin müdafi ə proqramları ilə tamamilə üst-
üstə düşdüyünün və beləliklə resurs idaretmə proseslərində dürüstlüyün təmin
edilməsinin təşkilati həlli nümunəsi təqdim edilir.
Haşiyə 17.1. Planlaşdırma və İcra İntizamının Təminatı Məsələlərinin
Təşkilati Həlli
Keçmiş post-totalitar ölkələrin çoxunda ABŞ təcrübəsindən ruhlanan
müdafi ə nazirləri Planlaşdırma, Proqramlaşdırma və Büdcə Tərtibatı
Sistemini (PPBS) tətbiq etmək yolu ilə öz resurslarının idarə edilməsi
sistemlərini təkmilləşdirməyə çalışırlar. PPBS lazımınca reallaşdırıldıqda
qərarların qəbulu proseslərinin və proqram rəhbərlərinin hesabatlılığının
əhəmiyyətli dərəcədə yaxşılaşdırılması potensialı olan güclü idarəetmə
alətidir. Məsələn, Bolqarıstan müdafi ə nazirliyi hələ 2000-ci ildə resursların
proqram əsaslı idarə edilməsi sistemini tətbiq etdi.
Digər tərəfdən, belə yeni təşkilati idarəetmə vasitələrinin tətbiqinə
müqavimət heç də az deyil. Məhdud biliklər və zəif lider keyfi yyətləri
ilə birləşdikdə isə bu tez-tez dərin problemlərin əmələ gəlməsinə gətirib
çıxarır: planlaşdırmanın müxtəlif sahələri arasında effektiv əlaqəni necə
təmin etməli, necə zəmanət vermək olar ki, proqramlar müdafi ə məqsəd
və vəzifələrinə çatmaq istiqamətindən dönməyəcək və maliyyənin
və satınalmaların idarə edilməsi təsdiq edilmiş proqramlarla dəqiq
uyğunlaşdırılacaq və s. Məsələn, nə zaman ki, müdafi ə nazirliklərinə cari
xərclərin artırılması lazım gəlir və ya onlar məhdud maliyyənin sıxıntısı
altında olurlar, büdcə və ya satınalma məsələləri üzrə qərarların məntiqi
müdafi ə proqramlarının məntiqindən çox vaxt fərqlənir. Bu isə labüd olaraq
şəffafl ığın və hesabatlılığın itirilməsinə gətirib çıxarır.
264
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
2009-cu ilin Avqustunda – parlament seçkilərindən sonra hakimiyyətdə
olduğu birinci ayda Bolqarıstan Müdafi ə Nazirliyinin rəhbərliyi bir
təşkilati dəyişiklik etdi: planlaşdırma, proqramlaşdırma və büdcə
Müdüriyyəti yaratdı. Beləliklə Müdafi ə Nazirliyi uzunmüddətli müdafi ə
planlaşdırmasını, proqramlaşdırmanı, maliyyə və maddi resursların
qısamüddətli planlaşdırması funksiyalarını bir strukturda cəmləşdirdi.
Belə yanaşma əsasən bir tərəfdən büdcələr, satınalma və tikinti planları,
digər tərəfdən müdafi ə proqramları arasında uzlaşdırmanın təmin edilməsi
probleminin təşkilati həlli kimi görünür. Bundan başqa, belə uzlaşdırma
hətta vəziyyət dəyişdikdə belə qalır və beləliklə müdafi ə resurslarının
idarəedilməsində şəffafl ığın və hesabatlılığın səviyyəsini saxlayır və
korrupsiya risklərini azaldır.
Kadrların idarə edilməsi
İnsan resursu müdafi ə sisteminin ən qiymətli resursudur, ancaq kadrların
idarə edilməsi çox zaman subyektiv olur. Bu subyektivlik ən çox kadrlarla bağ-
lı bütün əhəmiyyətli qərarlarda, komandirlərin əsas rol oynadığı sistemlərdə
üzə çıxır. Kadrların idarə edilməsinin daha mərkəzləşdirilmiş sisteminə keçid
həmin prosesdə dürüslüyü və hesabatlılığı əhəmiyyətli dərəcədə yaxşılaşdıra
bilər. Bu keçilən xidmətin daha obyektiv göstəricilərlə qiymətləndirilməsinin
standartlaşdırılması və daha yüksək vəzifəyə və ya vacib təyinatlara (məsələn,
yüksək komandirlik və ya yüksək peşəkar təhsil) namizədlərin seçilməsi üçün
yaxşı tənzimlənmiş atestasiya komissiyalarının tətbiq edilməsi üzrə müəyyən
səy tələb edir. Ali komandirlik vəzifəsi, xaricdə uzunmüddətli təhsil və yüksək
səviyyədə etimad və məsuliyyət tələb edən mövqelər kimi yüksək və çox nü-
fuzlu vəzifələrə təyinatlar generalın şəxsi nəzarəti altında olmalıdır. Tərkibi
ali hərbi rəhbərlərdən və yüksək vəzifəli mülki dövlət qulluqçularından təşkil
edilmiş ali attestasiya komissiyası kadr məsələlərinin həllində şəffafl ığın və
obyektivliyin təmin edilməsinə kömək edə bilər. Daha çox mərkəzləşdirilmiş
sistem də həmçinin nəzarəti yaxşılaşdıra və ali hərbi təhsil müəssisələrinə
qəbul imtahanları, hərbi xidmətə çağırış və hərbi xidmətdən möhlət verilməsi
kimi proseslərdə korrupsiya riskini azalda bilər.
Avadanlıq, Maddi-texniki Təchizat və İnfrastruktur
Bu, çox güman ki, korrupsiya riskinin ən yüksək olduğu sahədir. Səbəb
burada satınalmalar, texnika və silahlardan istifadənin təmin edilməsi və inf-
rastrukturun saxlanması üçün nəzərdə tutulan iri həcmdə vəsaitlərin olması-
dır. Satınalmaların real operativ ehtiyaclara müvafi q olmasını təmin etmək
265
Hökumətin Rolu
üçün sərt nəzarətin olması və ehtiyacların təyin edilməsi prosesinə - ümumi
cari ehtiyaclardan tutmuş texniki təfərrüata, tender sənədləşməsinə və tədarük
edilən məhsulun keyfi yyətinədək - bütünlüklə yenidən baxılması lazımdır.
Sistemdə səmərəliliyi və ədaləti təmin etmək üçün tenderin şərtləri, onun
keçirilməsi prosedurları və müqavilə layihəsinin daxil olduğu yarış sisteminin
fəaliyyətində dürüstlüyü təmin etmək vacibdir. İnternetdə gələcək və cari sa-
tınalmalar haqqında məlumatların yerləşdirilməsinin şəffafl ığın artırılmasına
müsbət təsiri vardır və real rəqabətə imkan yaradır. "Bir icraçıdan" satınalma-
lar, yəni müqavilə üçün yarış keçirilmədən satınalmanın həyata keçirilməsi
ciddi məhdudlaşdırılmalıdır.
Normativ-hüquqi baza və tender komitələri əsas maraqlı tərəfl ərin daxili
şəffafl ığını təmin etməklə dürüstlüyün bərqərar olmasında mühüm rol oynaya
bilərlər. Xüsusi qaydalar tender komitələrinin üzvlərindən maraq toqquşma-
ları olduqda onları açıqlamağı və belə qərar və sazişlərdə iştirakdan imtina
etməyi tələb etməlidir. Belə qoruyucu tədbirlərin ən yaxşı şəkildə tətbiqinin
təmin edilməsi üçün satınalmalar üçün cavabdeh şəxslərin və tender komitələri
üzvlərinin sayının azaldılması da faydalı ola bilər. Tender iştirakçılarının
əvvəllər yol verdikləri pozuntular haqqında informasiya və onların qara si-
yahılara daxil edilməsinin mümkünlüyü də prosedurların həyata keçirilməsi
zamanı dürüstlüyün təmin edilməsinə kömək edə bilər (bax: Haşiyə 17.2).
Haşiyə 17.2. Dövlət Satınalmalarının Qaydaya Salınması: Pozuntuların
Açıqlanması və İnzibati Kənarlaşdırma
Podratçının uyğun olmayan davranış faktlarının açıqlanması dövlət
satınalmaları sahəsində dürüstlük normalarına riayət edilməsində mühüm
rol oynaya bilər. Birləşmiş Ştatlarda «Hökumətin Fəaliyyətinə Nəzarət
Layihəsi» (HFNL) (Project on Government Oversight POGO)qeyri-
hökumət təşkilatı 2002-ci ildən «Federal podratçıların uyğun olmayan
davranışları haqqında məlumat bazası» (FPDMB) (Federal Contractor
Misconduct Database -FCMD)adlı spesifi k məlumat bazasını dəstəkləyir.
Bazada 750-dən artıq qayda pozuntusu halları haqqında məlumatlar
qorunur. Bunlar 1995-ci ildən bəri baş vermiş aldatma, antiinhisar, ətraf
mühitin qorunması, sığorta və iş qanunvericiliyinin pozulması faktlarıdır.
Məlumat bazası, həmçinin, 100 ən böyük federal podratçı təşkilat haqqında
məlumatları izləyir. 2009-cu il müdafi ə xərcləri haqqında ABŞ qanunu(US
Dostları ilə paylaş: |