Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə103/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   99   100   101   102   103   104   105   106   ...   163

270

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

tularına görə  təsirli sanksiyalar, xüsusilə sistemdə dürüstlüyü bərpa etmək 

üçün dərhal tətbiq edilən inzibati tədbirlər (ciddi cəzalandırmaya nisbətən 

daha çox) bütövlükdə cəmiyyətdə müşahidə olunandan daha ciddi standart-

lara riayət edilməsini təmin etmək məqsədilə Müdafi ə Nazirliyi üçün ən mü-

hüm vasitələrdir. Haşiyə 17.3 yuxarıda müzakirə edilən prinsiplərin Ukray-

nada Narıncı İnqilabdan sonra islahatçı hökumət tərəfi ndən əlahiddə bir halda 

necə tətbiq edildiyini əks etdirir.




271

Hökumətin Rolu

Haşiyə 17.3. Narıncı İnqilab Sonrası (2005-2007) Dövrdə Ukraynada 

Dürüstlüyü Təmin Etmək cəhdləri

2004-cü ilin sonunadək Ukrayna keçid dövrünü yaşayan, Müdafi ə Nazirliyi 

də daxil olmaqla hökümətin qanuna hopmuş geniş korrupsiyadan əziyyət 

çəkən kvazi-demokratik bir ölkə idi. Defi sit büdcə maliyyələşdirilməsini 

mənimsəyən departamentlərdə, o cümlədən  maddi-texniki təchizat, 

komplektləşdirmə, tibbi yardım, artıq silah-sursat və avadanlıqların 

xammal kimi istifadəyə verilməsi, artıq  ərazilərin və infrastrukturun 

demilitarizasiyası, elmi-texniki sifarişlər, rabitə, texniki xidmət, tikinti 

və s. departamentlərində korrupsiya ilə bağlı  vəziyyət xüsusilə  pis idi. 

Korrupsiya həmçinin təhsil, karyera irəliləyişi («yaxşı» vəzifələr və ya 

«yaxşı» xidmət yerlərinə), mənzil bölgüsü - hətta sülhməramlı missiyalarda 

xidmət etmək  və xaricdə təhsil almaq üçün namizədlərin seçilməsində belə 

hiss olunurdu.

2004-cü il Noyabr-Dekabr Narıncı  İnqilabı ölkənin xəstəliklərinə  dərhal 

çarə etməsə  də, daha çox demokratiyaya  imkan verdi. Xüsusilə iki 

cəhətin Müdafi ə Nazirliyində artıq sistem halını almış korrupsiyaya 

qarşı daha sağlam təsiri oldu. Birincisi, ictimai nəzarətiin rolunu artıran 

əsil söz azadlığı, daha çox şəffafl ıq və böyük ümidlər idi. İkinci amil isə, 

korrupsiyada ləkələnməmiş vicdanlı, məsuliyyətli peşəkarların Müdafi ə 

Nazirliyinə (daha geniş  mənada isə - hökumətə) məsuliyyətli vəzifələrə 

gətirilmələri oldu.

Mülki rəhbərlikdən ibarət yeni komanda 2005-ci ilin Fevralında Müdafi ə 

Nazirliyinə  rəhbərliyə  gətirildi. Komanda üzvlərinin  əksəriyyəti vaxtilə 

istefaya çıxdıqdan sonra elmi-tədqiqat strukturlarında və kommersiya 

sektorunda təcrübə  yığmış keçmiş  hərbçilər idi. Onlar nazirlikdə yüksək 

potensiala sahib, lakin məhdud peşəkarlıq mühitində  işləmək həvəsi 

olmayan bir sıra vəzifəli  şəxslər tapdılar. Nazir Anatoli Qritsenkonun 

rəhbərliyi altında yeni komanda, yeni norma və standartlar tətbiq etməklə 

bu potensialı açmaq üçün bir sıra sürətli addımlar atdı. Onun tətbiq etdiyi 

strategiyaya bu elementlər daxil idi:



Korrupsiya hərəkətlərinə qarşı  sərt münasibət: Korrupsiyada əli 

olduğu aşkar edilən  əməkdaş istintaq getdiyi müddət  ərzində öz 

vəzifəsindən dərhal kənarlaşdırılırdı. Təhqiqatın aparılmasına kömək 

məqsədilə  işə başqa strukturlardan, xüsusilə  hərbi  əks-kəşfi yyat 

(Təhlükəsizlik Xidməti nəzdində) və Daxili İşlər Nazirliyi korrupsiya 

əleyhinə mübarizə idarəsindən mütəxəssislər cəlb edildi. Təhqiqat 

nəticəsində qanun pozuntusu aşkar edildikdə Müdafi ə Nazirliyi 

səlahiyyətlərinin imkan verdiyi qədər yubanmadan məcburi istefaya 

göndərmək,  rüsvay edərək işdən çıxarma, hərbi rütbəni aşağı salma 

və s. kimi tədbirlər gördü. Ondan artıq general və çoxlu sayda yüksək




272

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

rütbəli zabit 2005-ci ilin ilk bir neçə ayı ərzində bu yolla işdən kənrlaşdırılıb. 

Bir çox hallarda cinayət işləri istintaq üçün Baş Prokurorluğa göndərilib. Bu 

təxirəsalınmaz məsuliyyət prinsipi tutduğu vəzifədən və rütbəsindən asılı 

olmayaraq nazir Qristenkonun vəzifədə qaldığı müddət  ərzində (2007-ci 

Dekabrınadək) həm yüksək rütbəli məmurların, həm də Müdafi ə nazirinin 

müavini və xidmət komandanlığının işdən azad edilməsi ilə davam etdirilib.

Müdafi ə sektorunda idarəetmə proseslərinin sadələşdirilməsi. Prosedurların 

sadələşdirilməsi idarəetməni yaxşılaşdrır, korrupsiya  və qeyri-qanuni 

mənimsəmə risklərini azaldır. Bəzi hallarda optimallaşdırma tədbirləri 

korrupsiya üçün imkanları aradan qaldırır; məsələn,  ştatda artıq mövcud 

olan hərbi bölmələrin sülhməramlı əməliyyatlara göndərilməsi yerli hərbi 

komissarlıqları xaricdə yaxşı ödənişli sülhməramlı bölmələrdə xidmət üçün 

hərbi qulluqçu toplamaq kimi qazanclı  işdən məhrum etdi. Planlaşdırma 

və büdcə  tərtibi proseslərinin təkmilləşdirilməsi tədbirlərunə PPBS 

sisteminin tətbiq edilməsinə doğru bir sıra addımlar, strateji təlimatların 

hazırlanması üçün daha yaxşı prosedurlar və  xüsusi büdcə komissiyalarının 

təşkil edilməsi daxildir. Həmin komissiya  Müdafi ə Nazirliyinin və Baş 

Qərargahın siyasət, planlaşdırma,  əməliyyat və maliyyə üzrə yüksək 

vəzifəli rəsmilərini nazirin birinci müavininin rəhbərliyi altında  bir 

araya gətirərək  büdcənin işlənib hazırlanması  və yerinə yetirilməsi 

proseslərinin vaxtında  əlaqələndirilməsini təmin edib. Komissiya buna 

bənzər yuxarı səviyyəli başqa bir şura kadrların seçilib mühüm vəzifələrə 

yerləşdirilməsində, kadrların idarə edilməsinin nomenklatur sistemindən 

daha mərkəzləşdirilmiş sistemə keçilməsində şəffafl ığın və hesabatlılığın 

artırılmasına kömək edib. Hərbi təhsil müəssisələrinə  tələbə seçimi də 

mərkəzləşdirilib. Bu isə namizədlərin sınaq imtahanları və seçim prosesinin 

digər mərhələləri üzərində daha yaxşı  nəzarət sistemi qurmağa kömək 

edib. Bundan başqa satınalma prosedurları da birləşdirilib,  əvvəllər sayı 

onlarla olan tender komissiyalarının işini cəmi üç belə komissiya yerinə 

yetirib. Nəhayət istifadəsiz qalmış artıq avadanlıqların başqa strukturlara 

satılması  və ya icarəyə verilməsi işlərini idarə etmək məqsədilə  rəhbəri 

hökumət tərəfi ndən təyin edilən xüsusi departament təşkil edilib. Müdafi ə 

Nazirliyi, onun istifadəsiz qalmış artıq avadanlıqlarını birbaşa alıcıya 

satmaq ixtiyarını  əlindən alıb, hərraclara və mülkiyyət köçürülməsi ilə 

məşğul olan səlahiyyətli hökümət nümayəndələrinə verən qanunvericilik 

aktını dəstəkləyib. Bu islahatların əsas elementi hərbi personalın iqtisadi 

fəaliyyətə cəlb olunmasını minimuma endirmək idi.



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə