Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə104/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   100   101   102   103   104   105   106   107   ...   163

273

Hökumətin Rolu

Təftiş  və audit sisteminin gücləndirilməsi.  Təftiş  və auditin nüfuzu və 

şəxsi heyəti artırıldı. Müvafi q tədbirlər birinci növbədə Müdafi ə Nazirliyi 

Baş  Hərbi Müfəttişliyinin  əsas tərkib hissələri olan MN Baş  Nəzarət-

Təftiş İdarəsi və Baş Qərargah Nəzarət-Təftiş İdarəsində həyata keçirildi. 

Ən yaxşı  işçilərin cəlb edilməsi, onların peşəkarlığının artırılması  və 

dürüstlüyün qorunması ilə yanaşı  sistemdə aparılan struktur və prosedur 

islahatları onun səmərəliliyini artırmağa kömək etdi. Nəhayət, nazir müasir 

kompyuter inzibati və idarəetmə sistemini tətbiq etməyə başladı. Bu isə 

bütün maliyyə, material və kadr axınının ciddi uçotu və nəzarətinə imkan 

verirdi.


Demokratikləşməni və ictimai şəffafl ığı  dərinləşdirmək. Müdafi ə 

Nazirliyinin yeni rəhbərliyinə  dərhal aydın oldu ki, korrupsiyaya qarşı 

mübarizə demokratik təsisatların gücləndirilməsini və müdafi ə sahəsində 

şəffafl ığın artırılmasını tələb edəcək. Müxtəlif QHT və analitik mərkəzlərin 

70-dən artıq nümayəndəsi vətəndaş  cəmiyyəti ilə birbaşa ünsiyyətin 

qurulmasını təmin etmək üçün Vətəndaş Şurası  (Gromads’ka Rada) təsis 

etdi. Bu məsləhətverici orqan mühüm nəzarət funksiyalarına da sahib idi: 

məsələn, Şuranın bir üzvü vətəndaşların öz tələb və təklifl ərini nazirə şəxsən 

birbaşa çatdırdıqları qəbul saatlarında müntəzəm iştirak edirdi. Şəffafl ıq və 

hesabatlılığa başqa bir misal illik «Ağ Kitab»ın nəşri idi. Kitab il ərzində 

müdafi ə sahəsində göstərilən  əsas fəaliyyət haqqında təfsilatlı hesabat 

təqdim edir. Nəhayət, nazirlik briqadalarda və yuxarı qərargahlarda  zabit 

şuraları təsis etdi. Həmin şuralar müəyyən məsləhət və nəzarət funksiyaları 

yerinə yetirir, eyni zamanda zabitlərdə şərəf, ləyaqət və korrupsiyaya qarşı 

dözülməzlik hissəri tərbiyə edirdi.

2005-2007 il ərzində Ukraynanın Müdafi ə Nazirliyinin nümunəsi göstərir 

ki, korrupsiya ilə mübarizədə enerjili, cəmlənmiş  və ardıcıl səylər hətta 

başqa strukturlarda və cəmiyyətdə korrupsiyanın geniş yayıldığı şəraitdə 

belə  əhəmiyyətli nəticələr verə bilər. Müsbət nəticələri təmin etmiş  əsas 

amillərə demokratikləşdirməni və  şəffafl ığı, idarəetmə proseslərinin 

sadələşdirilməsini və diqqətdə tutmanı, liderliyi və komanda fəaliyyətini, 

effektiv nəzarət və  təftişi, həmçinin dərhal və  ədalətli cəza verilməsini 

aid etmək olar. Maraqlıdır ki, Ukraynanın Alyansa tam üzvlüyə  hələ 

hazır olmadığı haqqında xəbərdarlıq edən NATO rəsmiləri, NATO-un 

standartlarına nail olmaqda Müdafi ə Nazirliyinin müvəffəqiyyətlərini tez-

tez etiraf edirdilər.




274

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Müdafi ə Nazirliyinin korrupsiyaya qarşı mübarizədə  uğurları, xüsusilə 

ölkədə onun geniş yayılması şəraitində heç də ucuz başa gəlmədi. Həmin 

uğurlar dürüstlüyün təmin edilməsi üçün vacib olan nəzarətin yüksək 

vəzifəli  şəxslər tərəfi ndən təmin edilməsi idi. Yüksək məsuliyyət tələb 

edən həddindən artıq çox məsələlər  şəxsən nazirin və onun müavinləri 

səviyyəsinə qaldırılır və beləliklə icra prosesləri yavaşıyır, nazirliyin 

rəhbərlərinin və onların köməkçilərinin demək olar ki, tamamilə yorularaq 

əldən düşməsinə səbəb olurdu. Bu lazım olan fərqli nəticəni versə də, onun 

uzun müddətə davamlı olması üçün cəmiyyətdə sistem dəyişiklikləri etmək 

və peşəkar kadrlar arasında sərbəst dinamikliyə imkan vermək lazım idi.

Maraq Toqquşmalarının Önlənməsi

Hökumətin qərar qəbul etmə proseslərində dürüstlüyü təmin etməsi 

üçün maraq toqquşmalarını  üzə  çıxarması  və aradan qaldırması vacib-

dir. Bunu birinci növbədə yüksək vəzifəli rəhbərlik və komitə  və  şuraların 

üzvləri (məsələn, tender və ya lisenziyaların verilməsi ilə bağlı) haqqında 

etmək vacibdir, yəni o kəslər haqqında ki, onlar üçün gəlir bəyannamələrini 

açıqlamaq və  qərar vermək hüququndan imtina etmək tələbləri tətbiq edi-

lir. Bunu həmçinin bütün güc və mülki strukturların məmurları - qərarların 

qəbul edilməsinə yersiz müdaxilə etmək imkanı olan hər bir kəs haqqında 

etmək vacibdir. Davranış kodeksləri daha geniş mənada maraq toqquşmaları-

nı önləmək üçün yaxşı vasitədir. Onlar aşağıdakı kimi məsələləri tənzimləyə 

bilər (nümunələr sənaye ilə münasibətlər üzrə Polşa davranış kodeksindən 

götürülb):

•  Hədiyyələrin və başqa qazanclı təklifl ərin qəbulu (ümumi qayda: heç 

bir hədiyyə qəbul edilmir);

•  Sənayenin sponsorluq etdiyi tədbirlərdə  iştirak (müqavilə imzalan-

ması  və ya həyata keçirilməsi ilə birbaşa  əlaqəsi olan ümumi tədbirlərlə 

məhdudlaşdırılıb);

•  Sənaye tərəfi ndən müdafi ə mallarının və xidmətlərinin təqdimatı (bir-

başa, vasitəçi agentlərsiz təqdimat); və

•  Hərbi mülkiyyətin xarici tədbirlər üçün icarəyə verilməsi (müdafi ə 

sənayesinin lobbiçiliyi qadağandır)

Peşəkar hərbi xidmətlə bağlı öhdəlikləri başqa qaydalar müəyyən edə 

bilər, məsələn:

•  Hərbi xidmət dövründə müdafi ə sənayesinin maraqlarına uyğun başqa 

iş götürməyin qadağan edilməsi;

•  Bütün zabitlər üçün aktivlər üzrə bəyannamələrin açıqlanması; və



275

Hökumətin Rolu

•  Müdafi ə  sənayesində  işləməyə moratorium (satınalmalara və 

müqavilələrin yerinə yetirilməsinə cəlb edilmiş hərbçilərə xidmətdən sonrakı 

üç il ərzində tətbiq edilir).

Polşa kodeksinin məqsədlərindən biri çox vaxt özlərini "müstəqil" 

ekspertlər, jurnalistlər və qəzetçilər kimi təqdim edən, fəaliyyətləri qeyri-şəffaf 

olan və müdafi ə  sənayesinə qeyri-rəsmi lobbiçilik edən "ara düzəldənləri" 

Nazirlik ilə müdafi ə  sənayesi arasından qaldırmaq idi. Hökumətlər tələb 

etməlidir ki, təchizatçılar dəllalların və vasitəçilərin cəlb edilməsi, onların 

şəxsiyyəti və  məvacibi məsələlərini, həmçinin onların müqavilə  şərtlərini 

tamamilə açıqlasınlar. Bu indiki və keçmiş yüksək vəzifəli şəxslərin və onla-

rın ailə üzvlərinin hökumətin qərarlarına təsir etməklə bağlı mümkün qeyri-

adekvat rollarının müəyyənləşdirilməsi zamanı xüsusilə əhəmiyyətlidir.

Anti-Korrupsiya Orqanları

Yaxşı idarəçiliyin təşviqinə yönəlmiş  səylərə  əlavə olaraq, müdafi ə 

nazirlikləri də xüsusi anti-korrupsiya qurumları  və strategiyaları yaratmağı 

da faydalı hesab edirlər. Nazirlikdə belə qurumların təşkil edilməsi üçün iki 

başlıca yanaşma qəbul edilə bilər: təhqiqat və önləmə.

Təhqiqat yanaşması xüsusi istintaq orqanlarının yaradılmasını  tələb 

edir. Həmin təsisatlar mahiyyətcə hüquq-mühafi zə orqanlarının funksiya-

larına sahibdirlər və iri fırıldaqçılıq və  təşkil olunmuş cinayətkarlıq halla-

rının müstəqil araşdırmasını aparırlar. Müdafi ə Nazirliyi korrupsiyanı daha 

səmərəli araşdırmaq üçün xarici təşkilatlardan da dəstək ala bilər.

Önləyici yanaşma antikorrupsiya prosedurları  və siyasəti bürosu ya-

radılmasını  tələb edir. Büro, təklif edilən yeni qaydaları  və prosedurla-

rı qanunauyğunluq,  şəffafl ıq, maraq toqquşmalarının önlənməsi və yaxşı 

idarəetmə nöqteyi-nəzərindən təhlil etməklə, nazirlikdə ümumi qanunve-

ricilik proseslərinin keşikçisi kimi xidmət edə bilər. Nazirdən mövcud pro-

sedurlar xaricində müxtəlif hərəkətlərin edilməsi, məsələn, təcili əməliyyat 

ehtiyacları üçün silahların alınması xahiş edildikdə, o, həmçinin nazirə  və 

digər rəsmi şəxslərə müstəqil ekspert məsləhətləri də verə bilər. Büro həmin 

təklifl ərin qanuniliyini, iqtisadi cəhətdən münasibliyini və əsaslandırılmasını 

təhlil edə  və  məsul orqanlara onların qanuni və düzgün yollarını tövsiyə 

edə bilər.  Büro həmçinin zabitlərə və rəsmi şəxslərə qaydalara və davranış 

kodekslərinə riayət etmələrində  də kömək edə bilər. Xüsusi antkorrupsiya 

büroları həm də antikorrupsiya strategiyalarının işlənib-hazırlanmasında və 

tətbiq edilməsində adətən əsas rol oynayırlar. Belə bürolar, həmçinin satınal-

ma proseslərinin əsas elementlərinə nəzarəti də həyata keçirə bilərlər. Haşiyə 

17.4 bununla bağlı müvafi q Polşa təcrübəsini əks etdirir.




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə