Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə106/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   102   103   104   105   106   107   108   109   ...   163

279

Hökumətin Rolu

Haşiyə 17.5. Qalmaqala Reaksiya - Peru Nümunəsi

Ölkədaxili qiyama cavab olaraq Peru Kəşfi yyat  Xidməti 1990-cı illərdə 

xeyli genişləndirildi. Lakin Xidmətdən daha çox prezident Alberto Fujimori 

hökumətinə qarşı siyasi müxalifəti sərt nəzarət altında saxlamaq üçün 

istifadə edilirdi.  Prezidentin müşaviri Vladimiro Montesinos rəsmi olaraq 

Kəşfi yyat  Xidmətinin rəisi olsa da, de-fakto milli müdafi ə  təsisatlarına 

nəzarət edir və ancaq prezidentə hesabat verirdi. Onun rəhbərliyi altında 

Kəşfi yyat  Xidməti mühüm siyasi xadimləri satın alır və  şantaj edir

Kolumbiya partizanlarını silahla təımin edir və  hətta narkotik maddə 

qaçaqmalçılarından külli miqdarda pul alırdı. 2000-ci ildə Montesinos 

müxalifətçi deputatı satın almağa cəhd edərkən  ələ keçdi. Hadisənin 

lent yazısı  aşkar edildikdən sonra, o vəzifədən azad edildi. 2000-ci ilin 

Noyabrında Prezident Fujimori istefa verdi.

Müvəqqəti hökumət quruldu və o, yeni seçilmiş hökumətin öz vəzifələrinə 

başlamasından bir neçə ay əvvəl təhlükəsizlik strukturları üzərində mülki 

nəzarəti təmin etmək üçün bir sıra addımlar atmağa təşəbbüs göstərdi. 

Kəşfi yyat  Xidməti və Müdafi ə Nazirliyi yenidən təşkil edildi, onların 

büdcələri azaldıldı  və  hər ikisi Konqressin ciddi nəzarəti altına keçdi. 

Yüksək rütbəli təhlükəsizlik rəsmiləri vətəndaş müharibəsi və 1995-ci ildə 

Ekvadorla sərhəd müharibəsində korrupsiya və insan haqlarını pozmaqda 

ittiham edilərək istintaqa cəlb edildilər.

İstefada olan bəzi hərbiçi zabitlər və  təhlükəsizlik üzrə ekspertlər 

islahatların keçirilməsinə kömək etdilər və proses 2001-ci il İyulunda yeni 

administrasiyanın seçilməsi ilə daha da dərinləşdi. Sonrakı illərdə Milli 

Təhlükəsizlik Xidmətində bir neçə dəfə islahatlar aparıldı və onun fəaliyyət 

dairəsi xeyli azaldıldı. Müdafi ə Komissiyası  və  Kəşfi yyat  Komissiyası 

vasitəsilə Konqresin həmin strukturlar üzərində  nəzarəti gücləndirildi. 

Konfi densiallığı artırmaq üçün 2006-cı ildən başlayaraq Kəşfi yyat 

Komissiyasında üzvlük Konqresin tam beş illik dövrü ilə eyniləşdirildi. 

Əvvəlki dövrdə isə, bu Komissiya da Konqresin digər Komissiyaları kimi, 

hər il yenilənirdi.

Ümumilikdə bu fəaliyyətlər ictimaiyyət tərəfi ndən yaxşı qarşılandı  və 

etimadı  bərpa etməyə kömək etdi. Təhlükəsizlik təsisatları  çərçivəsində 

isə bu keçmiş liderlərin  əməllərinə görə "kollektiv cəzalandırılma" kimi 

qiymətləndirildi. Beləliklə,milli təhlükəsizlik təsisatları daha şəffaf 

olsalar da, fəaliyyətlərinin səmərəliliyi xeyli azalmış oldu. Bu isə terrorist 

fəaliyyətin yenidən dirçəlməsinin və daha yaxşı silahlanmış Çili qarşısında 

zəif düşmək kimi ümumi fi krin  yaranmasının  əsas amillərindən biri 

olmuşdu.

Mənbə: Dr. Jorge Ortiz, Instituto Peruano de Economica y Politica



280

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

İkinci səviyyədə prosedurların sadələşdirilməsi, idarəetmənin və 

rəhbərliyin təkmilləşdirilməsi nəzərdə tutulur.

Korrupsiyaya  mane olmağa çalışmaqdansa dürüst olmaq imkanlarının 

artırılmasına daha çox diqqət ayırmaq müdafi ə strukturlarında peşəkar qrup-

larla körpü qurmağa kömək edə bilər. Müdafi ə strukturları  əməkdaşlarının 

korrupsiyasız yaşamaq və səmərəli fəaliyyət göstərmək imkanları olarsa, on-

lar üçüncü səviyyəni - korrupsiyaya qarşı məqsədyönlü kampaniyanı həvəslə 

dəstəkləyəcəklər.

Korrupsiyanın zatən hər yerdə mövcud olması faktı, müdafi ə nazirliklərini 

də cəmiyyətin qalan hissəsi ilə eyni korrupsiya səviyyəsində durmağa məhkum 

edir. Hətta korrupsiyanın bütün cəmiyyəti bürümüş olduğu ölkələrdə belə icti-

mai gözləntilərin çoxalması və ictimai nəzarətin artırılması kimi amillər kiçik 

bir dürüstlük adacığı əmələ gətirmək üçün müdafi ə idarəsində vəzifə şərəfi  

hissləri ilə birləşdirilə bilər. Paradoks olsa da, əksər cəmiyyətlərdə, hətta on-

lar korrupsiyaya uğramış olsalar belə, silahlı qüvvələrdə və mülki müdafi ə 

xidmətində dürüstlük bir milli iftixar və sayğı mənbəyidir. İstehza doğuran hal 

budur ki, avtoritar rejimlər belə vəziyyətdə özlərini narahat hiss edirlər. Səbəb 

odur ki, çox vaxt korrupsiya müdafi ə və güc strukturlarının rəhbərlərini rejimə 

daha çox bağlayan bir vasitə olur ki, lazım gəldikdə vətəndaşlara qarşı onla-

rın dəstəyi təmin edilsin. Beləliklə, demokratik idarəçilik müdafi ə sahəsində 

dürüstlüyün təmin edilməsinə, müdafi ə sahəsində dürüstlüyün təmin edilməsi 

isə demokratikləşməyə yardım edir. Müdrik hakimiyyət bu müsbət və qarşı-

lıqlı gücləndirici dinamiklik ilə işləyəcək və ondan faydalanacaq.



Haşiyə 17.6. Dürüstlüyün Təmin Edilməsi üzrə İslahatlar üçün Yol Xəritəsi

Müdafi ə sahəsində dürüstlüyün təmin edilməsi islahatları üzrə burda təqdim 

edilən yol xəritəsi Polşa təcrübəsinə əsaslanıb.

Hər şeydən əvvəl, islahatlara ehtiyac duyulan məsələləri müəyyən etmək 

üçün korrupsiya riskləri üzrə özünü qiymətləndirməni aparın. Bunun üçün 

NATO alət (Dürüstlülük üzrə Özünü Qiymətləndirmə Sorğusu) təklif 

etməklə  bərabər, həmçinin bu məsələdə ekspert köməyi də  təqdim edə 

bilər. Korrupsiyalaşmış sahələrin qiymətləndirilməsindən sonra onların 

həlli üçün prioritet olanları müəyyən edin. İslahatların etibarlı olmaları 

üçün onlara yuxarıdan, yəni yüksək korrupsiya risklərinin  əhəmiyyətli 

potensial itkilərlə  və yüksək vəzifəli  şəxslərlə  kəsişdiyi yerdən başlayın. 

Bundan sonra prioritetləri təyin edəcək, əsas dəyişiklikləri müəyyən edəcək 

və iş planı, tələb olunan büdcə və kadr təminatını əks etdirəcək strategiyanı 

formalaşdırın.




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə