Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə109/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   105   106   107   108   109   110   111   112   ...   163

287

Parlamentlərin və Audit İdarələrinin Rolları

NAO,Dövlət Maliyyələşdirilməsi Komitəsini, hər iki Palatadan olan xüsusi 

komitələri və dövlət xərclərini və xidmətləri yoxlayan fərdi Parlament 

üzvlərinin səylərini dəstəkləyir.  NAO 17 xüsusi Komitəyə geniş  dəstək 

vermiş  və son zamanlar Xüsusi Komitələrin nazirlik və idarələrin  

fəaliyyətləri ilə bağlı apardığı  nəzarətinə kömək məqsədilə  fəaliyyət 

brifi nqləri keçirir. O, həmçinin parlament üzvlərindən gələn mürəkkəb 

və geniş miqyaslı sorğular ilə məşğul olur, bu sorğular ayrı-ayrı hallarda 

xərclənən vəsaitlərin səmərəlilik hesabatını təşkil edir.

Qabaqçıl Təcrübə Nümunələri

NAO texniki məlumatlar,istiqamət verici və müsbət təcrübə materialları çap 

edir və onlar da başqaları tərəfi ndən,əsasən də,dövlət sektoru təşkilatlarında 

istifadə olunur.



Müdafi ə məsələləri

NAO-nun bu sahədəki işi mürəkkəb bir idarənin maliyyə auditini 

aparmaqdan ibarətdir. Böyük Britaniya Müdafi ə Nazirliyi 90 milyard 

funt sterlinq dəyərində qeydiyyata alınmış aktivlərə malikdir və Nazirlik 

34 milyard funt sterlinq illik büdcəyə malikdir. NAO, həmçinin, Müdafi ə 

Nazirliyinin xərclərinin səmərəli istifadəsini qiymətləndirən hesabatlar 

hazırlayır. Bu hesabata Müdafi ə Nazirliyinin indiki əməliyyatları aparmaq 

qabiliyyətləri və  gələcəkdə ortaya çıxa biləcək hərbi tapşırıqları yerinə 

yetirmək üçün uyğun hərbi qabiliyyəti saxlaması  və inkişaf etdirməsi 

də daxildir. NAO əməliyyat səmərələliyi cəhətlərinə, silahlı qüvvələrin 

şəxsi heyətinin tələbatlarına, əsas silah növlərinin alışına, hərbi bazaların 

saxlanması və obyektlərin profi linin dəyişməsi məsələlərinə diqqət yetirir. 

Son vaxtların hesabatları Chinook vertolyotlarının vəziyyəti ilə bağlı, 

Hercules C-13 təyyarələri haqda ,səs sürətindən yuxarı uçan reaktiv 

təyyarələr üçün logistik proqramlar, xidmətə çağırış və xidmət dönəmində 

onların  şəraiti,ehtiyyat qüvvələrdən istifadə  və müdafi ə  məlumat 

infrastrukturu haqqında olmuşdur.

Mənbə (dəyişilmiş): National Audit Offi ce, www.nao.org.uk.




288

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Yüksəkdən Başlama: Parlamentarlar Üçün Korrupsiya 

Riskləri və Onların Aradan Qaldırılması Üsulları

Korrupsiyanın azaldılması  məsələsində parlamentarlar oyunu idarə 

edənlər kimi hərəkət etməlidirlər,yəni şəffafl ıq üçün normalar və standartlar 

müəyyən edilir, höküməti düzgün qərar qəbul etmə proseslərinə cavabdeh 

edir və hökümətin fəaliyyətinin auditinin nəticələrini yoxlayır. Ancaq, geniş 

xərclərin olduğu istənilən yerdə olduğu kimi, onlar hökümətin qərarlarına 

təsir etməyə çalışırlar və bəzən bunu öz şəxsi qazancları və ya öz partiyaları-

nın xəzinəsi üçün edirlər. Bu mənada, hərbi müqavilələrdə korrupsiya halları 

artan istiqamətdə diqqət mərkəzindədir. Hələ ki, müdafi ə sektorunun korrup-

siyaya meylliliyinin, məsələn, tikinti və infrastruktur müqavilələrindən çox 

olması haqda əlamətlər yoxdur. Əlbətdə, təhlükəsizlik sektoruna geniş anlam-

da yanaşsaq, korrupsiya polisə və gömrük xidmətlərinə hərbi sahədən daha 

çox bulaşmışdır, ancaq kiçik səviyyədə olsa da, bu parlament səviyyəsindən 

aşağıda da da baş verir. 

Buna baxmayaraq, müdafi ə sektorunun özünün unikal korrupsiya riskləri 

var. Qərar verən rəhbər işçilərin və maraqlı  tərəfl ərin dairəsi adətən kiçik 

olur və gizli hərəkət edirlər və ekspert bilikləri az yayılıb, və  hər  şeydən 

əlavə bazar monopoliyaya alınıb,yəni Müdafi ə Nazirliyi yeganə alıcıdır və 

uyğun keyfi yyətli təminatçıların sayı məhduddur. Çoxlu sayda subpodratçı-

larla mürəkkəb hərbi müqavilələr uyğun mühasibat prosesini çətinləşdirir və 

təhcizat idarələri inandıqları təhcizatçı qruplarla işləməyə üstünlük verirlər. 

Bunun fonunda parlamentarlar öz seçicilərinin iqtisadi maraqları üçün lob-

biçilik edirlər və çağırışı üzatmaq üçün onlara yardım əlini uzadırlar və ya 

özlərinin qəyyumluğunda olanları sərfəli işlə təmin edirlər.

Burada,öz seçicilərinə legitim kömək göstərməklə  səlahiyyətdən sui-

istifadə etmə arasında nazik fərq yaranır. Silah alqı-satqı prosesinə təsir etmə 

yolları axtaran zaman qanunlarla toqquşmasız keçinmə üçün insan ixtiraçılı-

ğının limiti yoxdur. Korrupsiya, müqavilə ödənişləri üzrə (bəraəti olmayan 

yuxarı  səviyyədə) “şapka” formasında, edilən xidmətlərə görə komissiya-

larla, müqavilədən kənar qazanclarla, məsələn,kiminsə ailəsinin bayramlar-

da turistik səfərləri ilə və ya başqa xidmətlər üçün və ya stolaltı ödənişlərlə 

ola bilir.Nüfuzlu şəxslərin qərarlarına təsir edən geniş miqyaslı korrupsiya 

vasitəçilər və agentlər tərəfi ndən həyata keçirilir və alıcı ilə  təminatçı ara-

sında birbaşa əlaqədən kənarda qurulur və beləliklə,ödənişlər bank yolu ilə 

edilmədiyindən onun izini tapmaq çətin olur

160


. Bu nəyin icazə verildiyini 

160


  “The Etiquette of Bribery: How to Grease a Palm,” The Economist, 23 December 2006.


289

Parlamentlərin və Audit İdarələrinin Rolları

və nəyin qadağan edildiyini və rəsmilərlə təminatçıların arasında xəttin ha-

radan keçdiyini müəyyən edən aydın qanunvericiliyin yaradılmasının qarşı-

sını alır. Rəsmilərin və parlamentarların almasına icazə verilən hədiyyələrin 

dəyərlərinin müəyyən edilməsi vacibdir. Parlamentarlar izləməlidirlər ki, bu 

qaydalar və davranış kodeksləri möhkəm surətdə müəyyən edilib və riayət 

olunur və onların özlərinə də şamil olunur. Digər hər hansı uyğunsuz davranış 

görüntüsündən qaçmalı, məsələn, kommersiya agentləri ilə əlaqəyə girməməli 

və ya müstəqil surətdə müəsisələrə getməməli, ancaq müdafi ə komitəsi üzvü 

olan digər həmkarlar ilə birlikdə hərəkət edilməlidir. 

2007-ci ildə, Montanadan olan demokrat senator Jon Tester, yenilik-

çi təklifl ə öz gündəlik iş  cədvəlini  websayta  qoymuşdur. Bu hal risklərə 

qarşı vasitələri vurğulayır: parlamentarların fəaliyyətini göstərən və onla-

rın maraqlarını  bəyan edən maksimum şəffafl ıq. Ayrı-ayrı parlamentarlar 

özlərinin aktivlərini və maraqlarını parlamentdə işə başlamazdan öncə bəyan 

etməlidirlər və parlamentdən gedəndən bir neçə il sonra da bu addımı at-

malıdırlar.  Onlara edilən və onların partiyasının xəzinəsinə edilən anonim 

töhvələrə qadağa qoyulmalıdır. Bu tədbirlər, həmçinin onların şəxsi maraqla-

rına da xidmət edir, onları fırıldaqçılıqda ittiham edən arqumentlərdən qoru-

yur və onların fəaliyyətinə ictimayyətin inamını artırır. Bu baxımdan, BMT 

–nin Dövlət Rəsmiləri Üçün Beynəlxalq Davranış Kodeksi qaydaları tərtib 

etmək üçün faydalı əsas yaradır və xüsusilə də, ll bənddə yer alan maraq toq-

quşması və işdən azad etmə və lll bənddə yer alan gəlirlərin bəyan edilməsi 

üçün. Bu cür bəyannamə əsas tam ştatlı qanunvericilər üçün əhəmiyyət kəsb 

edir, cünki onlara başqa yerlərdə ödənişli işlə  məşğul olmaq izni verilmir. 

Məsələn,  İngiltərə Lordlar Palatasında 743 üzvdən 139-u məsləhətçi statu-

sunda maaş alır və korporasiyaların maaş cədvəllərində adları gedir. 

Müdafi ə Sektorunda Şəffafl ıqın Təmin Edilməsində Parla-

mentın Rolu

Müdafi ə Nazirliyində şəffafl ığı təmin etmək yolunda parlamentlər güclü 

rol oynayır və bu işləri yerinə yetirmək üçün onların  əllərində çoxlu say-

da vasitələr mövcuddur. Parlament üzvləri yazılı  və  şifahi formada suallar 

verə bilər və əgər cavablar qane etməzsə,cavab alana qədər israr edə bilərlər. 

Şəffafl ığa nail olmağın güclü vasitələrindən biri rəqabətdə olan təminatçılarla 

dinləmələrin təşkil edilməsidir. Kommersiya sirlərini qorumaq üçün qapalı 

qapılar arxasında da dinləmələr təşkil edilə bilər.Vaxt alan, ancaq daha dra-

matik istiqamət parlament sorğusu ilə müraciət etməkdir. Onların məqsədi 

fakt toplamaq və  məsuliyyətləri müəyyən etməkdir. Az-az nazirlər və ya 




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə