Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə117/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   113   114   115   116   117   118   119   120   ...   163

306

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Haşiyə 19.3.  Baş Müfəttiş Güclü İnstitutlaşmış Ombudsman Kimi

Hollandiya Silahlı Qüvvələrinin Baş Müfəttişi güclü institutlaşmış 

ombudsmanlığa nümunə sayıla bilər. O hərbi ierarxiyadan kənarda çalışır 

və birbaşa Müdafi ə Nazirinə hesabat verir. Onun aşağıdakı  məsələlərə 

mandatı vardır: sorğu əsasında Naziri məlumatlandırmaq və ona  tövsiyələr 

hazırlamaq və ya öz təşəbbüsü ilə silahlı qüvvələrlə bağlı  məsələlərlə 

əlaqədar tövsiyələr hazırlamaq, araşdırmalar aparmaq və ya vasitəçilik 

funksiyaları  həyata keçirmək. Bundan əlavə, ayrı-ayrı  hərbçilərin və ya 

keçmiş hərbçilərin adından və ya onların yaxın qohumu tərəfi ndən yazılı 

surətdə müraciət olduğu halda onların problemləri ilə  məşqul olmaq da 

daxildir. Onun funksiyalarına məsləhət vermək, müraciət olunmuş  hər 

hansı bir hüquqi işin son mərhələsində vasitəçilik etmək, əlaqələr qurmaq 

və problemləri həll etməli olan orqanların diqqətinə çatdırmaq da daxildir.  

Bu idarənin iki köklü bazası onun müstəqil və konfi densial olmasıdır. Baş 

müfəttişin geniş miqyasda təhqiqat səlahiyyəti var, o cümlədən, silahlı 

qüvvələrə məxsus olan istənilən yerə və ya sənədə çıxışı var və həmçinin 

istənilən silahlı qüvvələr heyətini dinləmələrə çağırmaq səlahiyyəti vardır.

Mənbə: National Defence and Canadian Forces Ombudsman, The Way Forward: 



Ombudsmen Models

Bu cür problemlərin öhdəsindən gəlmək üçün, baş müfəttiş, orduda  

xidmət edən və ya Müdafi ə Nazirliyində  işləyən hər kəsin  ədalətsizliklə 

üzləşməməsini təmin etmək kimi özünün əsas funksiyasından əlavə, həmçinin 

“daxili müstəqil audit” rolunda da çıxış edir. Ombudsman modelinin bu cür 

genişləndirilməsi korrupsiyanın qarşısının alınması və onunla mübarizə apa-

rılması istiqamətində,xüsusilə  də bu cür həssas sahələr olan hərbi alqı-sat-

qı və təhcizat, resurslar ayrılması və resursların idarə edilməsi proseslərində 

həddən artıq mühüm məna daşıyır. Təşkilati və resurslar baxımından bu çox 

geniş və çox imkanlı ofi s olmalıdır, hərbi ierarxiyadan kənarda olmalı və bir-

başa Müdafi ə Nazirinə tabe olmalıdır.

Zəif İnstitutlaşmış Ombudsmanlıq

Özünün “zəif” variantında, institutlaşmış ombudsmanlıq müştəriyə prob-



lemi həll etmək üçün özünün variantlarını hazırlayıb həyata keçirməyə kömək 

edir. Cavabdehlik “müştəri”-nin üzərinə düşür (əsgər,zabit, mülki işçi, biznes 

qurumu,vətəndaş). Bu ombudsmanlığın  ən çox təhrif olunmuş formasıdır. 

Bu daha çox “inciklik ofi sinə” bənzəyir nəinki demokratiya və insan hüquq-

larını müdafi ə edən quruma. Bunun müdafıə sektorunda olan insanlar üçün 



307

 Ombudsman Qurumunun Rolu

müəyyən faydası var və korrupsiyaya qarşı istifadə oluna bilər,lakin,ordunun 

səmərəli və demokratik, şəffaf və cavabdeh və məsuliyyətli bir institut kimi 

inkişaf etməsində,sərbəst və fəal vətəndaşları olan cəmiyyət üçün və demok-

ratik inkişaf mərkəzi olan və “xalqın adından icra orqanlarına” nəzarət edən 

parlament üçün məhdud dərəcədə faydası var. Bu cür  modelin tipik funksi-

yalarına sadəcə “yoxlama”, qulaq asma, məlumatla təmin etmə, məsələləri 

sistemləşdirmə, isnad etmə, məsləhət, məsələnin kökünə varma, rəsmi 

vasitəçilik,müəyyən praktikalara dəyişiklik təklifl əri, monitorinq və yuxarı 

dairələrə gedən proseslərlə bağlı göndərilən tendensiyalar daxil olur.

170

 Bu 


Haşiyə 19.4.  “Zəif” İnstitutlaşmış Ombudsman Modeli: Nümunə

“Ombudsmana –oxşar” təşkilat kimi Çex Respublikası Müdafi ə Nazirinin 



Müfəttişliyini nümunə göstərmək olar. (Başqa Varşava Müqaviləsi ölkələri 

üzvləri üçün də uyğundur). Bu müfəttişlik Müdafi ə Nazirliyinin ali daxili 

müfəttişlik orqanıdır və maliyyə  əməliyatlarından başqa Çex ordusu 

tərkibində müfəttişlik  əməliyyatlarının həyata keçirilməsinə  məsuldur. 

Müfəttişlik ölkə  səviyyəsindəki müfəttişlik orqanları ilə, məsələn, Çex 

Respublikasının Ali Audit Ofi si  ilə, Hüquqların  İctimai Müdafi əçısi- 

Ombudsman ilə,cinayət axtarışı üzrə  məsul olan hakimiyyət strukturları 

və Milli Təhlükəsizlik  İdarəsi ilə  əməkdaşlıq edir.  Müfəttişlik hərbi 

qüvvələrin daxilində anti-korrupsiya strategiyasını koordinasiya edir və 

anti-korrupsiya tədbirlərin yerinə yetirilməsi prosesini təmin edir. Onun 

həmçinin təyyarə  qəzalarının səbəblərini araşdırmaq məsuliyyəti vardır.  

Müfəttişlik direktor tərəfi ndən idarə olunur və Müdafi ə Nazirinə hesabat 

verir.

Mənbə: Website of the Czech Republic Ministry of Defence, www.army.cz/scripts/detail.



php?id=7152

modelin konkret tətbiqində fərqlər mövcuddur, lakin sadəcə bir əlamət 

hamı üçün ümumidir: ombudsmanın vəzifəsi dövlət hakimiyyətinin qanunu 

hökümətin tələblərini yerinə yetirməsini  və vətəndaşların fərdi hüquqlarına 

hörmət edilməsini təmin etsin

171




Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsində  və 

Korrupsiya Risklərinin Azaldılmasında Ombudsmanın Rolu

170


  Bunlar Ombudsman Assosiasiyasının ədəbiyyatına isnad edilən “on əsas nöqtə”-lərdir.

171


  Michael Lunn, The Ombudsman between Legislator, Administration and Citizen – 

Developing the Ombudsman Concept, Danimarka Ombudsman İnstitutunun 50 iliyi 

münasibətilə çıxışı,1.




308

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Korrupsiya, geniş anlamda, iqtisadi inkişaf üçün mühüm element sayı-

lan yaxşı idarəçiliyin əks tərəfi dir

172


. Əski və hələ də mövcud olan və hərbi 

strukturlarda dərin kök salan fi krə görə, korrupsiya “sadəcə başqa cür biznes 

xərcidir və bazar iqtisadiyyatı üçün uyğun haldır və kim ki, hərbi sahədə iş 

görmək istəyir onu ödəməlidir. Hər kəs onu edir!”. Faktiki olaraq korrupsiya 

təkcə silahlı qüvvələrin pis fəaliyyəti ilə bağlı uzun müddətli nəticələrə yox, 

həm də ölkə üçün bu nəticələrə aparır. Orduda korrupsiya bu günün ən cid-

di mənəvi təhdidlərindən biridir. Ayrı-ayrı ölkələrin spesifi k xüsusiyyətlərinə 

baxmayaraq, korrupsiya bir çox nəhəng hərbi alqı-satqıların,daşınmaz 

əmlakın və əmlak idarəedilməsinin, orduya çağırış və ordudan xaric edilmənin 

və hətta struktur islahatlarının bir çox cəhətlərinin pozulmasına gətirən ümu-

mi səbəblərdən biridir. Hərbi qərar-qəbul etmə prosesi siyasi,administrativ 

və hərbi sektorların əsasında və onların vasitəsilə həyata keçirilir və orada: 

(1)hərbi ekspertlər əməliyyat doktrinalarını və tələb olunan hərbi imkanları 

müəyyən edirlər; (2) siyasi mülki rəhbərlik və siyasi liderlər resurs ayrılması, 

materiallar alqı-satqısı,silah ticarəti və  təşkilati inkişaf üzrə  qərarlar qəbul 

edirlər; (3)Müdafi ə Nazirliyinin mülki idarələri açıq tenderlər təşkil edir və 

xidmətlər təmin edirlər. Bu prosesdəki bütün sektorlarda korrupsiya riskləri 

mövcuddur.

Halbuki, sosio- siyasi nöqteyi nəzərdən baxsaq, mülki nazirin istənilən 

potensial korrupsiyalı  qərarı “siyasətin dəyəri” qiymətləndirməsi ilə toq-

quşacaq, siyasətçilərin imicini pozaraq onları demokratiya rəmzlərindən 

“biznes siyasətçiləri”-nə çevrirəcək,orduya və siyasi rəhbərliyə inamsızlığı 

dərinləşdirəcək (şübhələrə baxmayaraq ki, onların hərbi həmkarları da bu işə 

cəlb olunmuşlar) və belə təəssürat yaranacaq ki, hər bir siyasi partiya özü-

nün “şirkətlər dairəsi”ilə mühasirə olunub. Eyni zamanda ordunun istənilən 

korrupsiya fəaliyyətinə qoşulması hərbi formada olan adamların xarakter və 

mənəviyyatına,ordunun xalq arasında adına və milli dəyərinə  zərbə vurur.  

Bir cümlə ilə desək, korrupsiya hərbi sütun da daxil ölkənin milli dürüstlük 

sistemini pozur.

John McMillan - Avstraliyanın Birlik və  hərbi qüvvələr ombudsmanı 

özünün geniş  təcrübəsinə  əsaslanaraq deyir: “Korrupsiyaya qarşı mübarizə 

Ombudsman institutunun başlıca və ya hətta  əsas funksiyası da deyil.On-

ların, məsələn,gizli izləmə aparmaq səlahiyyəti, telefon zənglərini tut-

172


 Bolqarıstanın demokratiyaya keçid dövrü üzrə tanınmış  təhlilçisi  Dr. Ivan Krastev-in 

televiziya müsahibəsində dediyi kimi “ Dövlət adamları ona görə rüşvət alırlar ki, almamaq 

üçün əsas yoxdur. Özəl şirkətlər ona görə rüşvət verirlər ki,verməmək üçün başqa variant 

yoxdur” 



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə