Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə116/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   112   113   114   115   116   117   118   119   ...   163

304

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

İnstitutlaşmış (Təşkilati) Model

Ombudsman institutunun ilkin konsepsiyası, ombudsmanın icra orqanla-

rından asılı olmaması əsasında hazırlanmışdır. Tarixən, son iki yüz illik ərzində 

demokratik ölkələrdəki çoxlu sayda hökümət idarələri əsil ombudsman mo-

delini yaratmışlar və  işçilərin  şikayətlərinə baxmaq üçün daxili prosedur 

qaydaları müəyyən etmişlər. Ombudsmanlığın klassik modeli dəyişdirilərək 

genişləndirilir və onun tərkibinə  şikayət edilən idarələrin və Komitələrin 

rəhbərləri tərəfi ndən “təyin olunmuş” ombudsmanlar da daxil edilir.  Bəzən 

bu cür hal klassik ombudsman institutu üçün alternativ kimi görünür, müdafi ə 

sektoru kimi mürəkkəb təşkilatların öhdəliklərini zəmanət altına almaq üçün 

yaradılır.  Bu cür alternativlər təşkilatın spesifi k ehtiyaclarını qarşılamaq üçün 

yaradılır və onların səlahiyyət dairəsi və gücü bu ehtiyacları qarşılamağa uy-

ğunlaşdırılır. Bu cür alternativlərin bir çox ümumi xüsusiyyətləri var və onlar 

bu alternativlərin müxtəlif cəhətlərini və məhdudiyyətlərini nümayiş etdirir:

•  Onlar Müdafi ə Nazirinin müəyyən etdiyi təlimatlar əsasında hərəkət 

edir; nəticədə onların xüsusi qanunvericiliklə təmin olunan güclü hüququ qo-

ruma mexanizmləri  və sərbəstliyi yoxdur. Bir çox hallarda bu cür ombuds-

manların sadəcə adları nazirliyin təşkilat strukturlarında gedir.

•  Onlar Müdafi ə Naziri tərəfi ndən təyin olunurlar və birbaşa olaraq 

nazirə hesabat verirlər. Onların parlamentə birbaşa çıxışı olmur.

•   Müdafi ə Nazirliyinin işçiləri olaraq onlar nazirlik ierarxiyasının  

tərkib hissəsidir(bütün üstünlükləri və məhdudiyyətləri ilə bərabər).

•  Onların hesabat və tövsiyələri adətən ”rəsmi istifadə üçün” nəzərdə 

tutulur və ya hətta yüksək səviyyəli gizli məlumat kimi qəbul edilir.

•   Onlar problemləri qeyri-rəsmi həll etməyə çalışır, mümkün olduqca 

və müəyyən olunmuş hərbi qayda əsasında lazım olduqda araşdırma aparır və 

tövsiyələr verir.

Analitiklər və praktiklər bu dəyişilmiş konsepsiyanın əhəmiyyəti haqda 

ziddiyyətli fi kirdədirlər. Bir fi kir var ki, bu cür institutlaşmış ombudsmanlıq 

yaratmaqla ombudsman ideyası təhrif olunmuş və ilkin ideyadan və arzuolu-

nan məqsədlərdən uzaqlaşmışdır. Doğrudan da, klassik modellə müqayisədə 

istənilən institutlaşmış ombudsman öz vəzifələrini yerinə yetirmək üçün 

məhdud statusa, hakimiyyətə  və imkanlara malikdır. Buna qarşı olan fi kir 

ondan ibarətdir ki,ombudsman funksiyasına malik olan çoxlu sayda klassik 

və institutlaşmış  fi ziki şəxslər və idarələrin mövcudluğu  əlavə yoxlama və 

şəffafl ıq şəbəkəsi yaratmışdir, bu da icra orqanlarında mövcud olan struktur-

larla üst- üstə düşür. Bundan əlavə, demokratiya yetkinliyi və/ və ya müdafi ə 



305

 Ombudsman Qurumunun Rolu

institutlarının qurulması müxtəlif mərhələlərdə olan ayrı-ayrı ölkələrin 

təcrübəsi, institutlaşdırılmış ombudsman modelinin “güclü” və “zəif” versi-

yalarını ayırmağa arqumentlərlə təmin edir.



Güclü İnstitutlaşmış Ombudsman

“Güclü” ombudsman dedikdə təşkilatı əsas götürərək,son məqsəd olaraq 

səmərəli və etibarlı ombudsman institutu yaratmaqdır. “Güclü” ombudsman 

idarəsinin  əsas keyfi yyətləri müstəqillik və  tərəfsizlik, məxvilik və imkan-

lar hesabına (normativlər,resurslar,kadrlar)inandırıcı yoxlamalar və təhqiqat 

işlərinin aparılmasıdır. Bu cür modelə görə təşəbbüslər və məsuliyyətlər om-

budsmanın üzərində olur və o “müştərinin” (əsgər, zabit, mülki işçi və ya ailə 

üzvü) ombudsman idarəsinə yaxınlaşmasını gözləmir, əksinə öz təşəbbüsü ilə 

monitorinq aparır, analizlər edir, öyrənir və təhqiqat aparır, həmçinin xüsusi 

xahiş və sifariş olarsa bu işlərlə məşğul olur. 

Müdafi ə  məsələləri üzrə güclü institutlaşmış ombudsman, qanunveri-

ci aktla müəyyən edildikdə və sonra aşağıdakı nəzarət funksiyalarını yerinə 

yetirdikdə mövcud olur: 1) müdafi ə siyasəti (bütövlükdə götürsək), 2)hərbi 

resurs idarəetməsi, 3)silahlı qüvvələrin döyüş hazırlığı  səviyyəsi, 4)şəxsi 

heyətin xarakteri, hüquq və  vəzifələri. Haşiyə 19.3 Hollandiya təcrübəsi 

əsasında nümunəni təqdim edir. Bu böyük və funksiyası güclü, hərbi ierar-

xiyanın xaricində olan və birbaşa Müdafi ə Nazirinə hesabat verən, adətən 

baş müfəttiş  tərəfi ndən idarə olunan idarə olmalıdır.  Bütün hərbi və mül-

ki heyət,həmçinin Müdafi ə Nazirliyi və silahlı qüvvələr tərəfi ndən həyata 

keçirilən funksiyalar onun müşahidəsi altında olmalıdır. Baş müfəttiş sifarişlər 

olarsa, siqnal gələrsə və ya öz təşəbbüsü ilə təhqiqat aparıb tövsiyələr irəli 

sürə bilər. Onlara əhəmiyyətli dərəcədə səlahiyyətlər və hakimiyyət verilmiş 

və onların faktları  təsdiq etmək qabiliyyətləri ilə, öz sahələrini mükəmməl 

bilmələri arasında qarşılıqlı əlaqə vardır. 

Yüksək vəzifəli mülki administrator ilə baş ştabın rəisinin birgə rəhbərliyi 

altında təşkilati və funksional olaraq administrativ və hərbi heyət inteqrasi-

yası adlanan İnteqrasiyalaşmış Müdafi ə Nazirliyi konsepsiyası çərçivəsində, 

baş müfəttişin ofi sinin rolu və vəzifələri əsas etibarı ilə əhalinin şikayətləri 

ilə məşğul olan ombudsmanın uyğun funksiyalarından çox genişdir. Müdafi ə 

Nazirliyinin bu cür sxemi siyasi, idarəetmə və komanda funksiyaları arasında 

açıq-aydın konseptual fərqın və mülki və hərbi təcrübələrin maksimum inteq-

rasiyasının əsasında hazırlanır. Lazımi qaydada işləmək üçün bu cür sistem 

həm tövsiyələrin yüksək səviyyəsini və həm də mülki və hərbi heyət arasında 

münasibətlərin səviyyəsini təminat altına almaqdan ötrü həyati lazım olan 

daxili nəzarət və tarazlığı təmin etməlidir.



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə