309
Ombudsman Qurumunun Rolu
maq, şübhəliləri sorğulamaq üçün həbs etmək kimi bu işə müdaxilə edəcək
səlahiyyətləri yoxdur. Bu funksiyalar mühüm resurslar tələb edir və Ombuds-
man institututunun imkanları xaricindədir. Ombudsman ofi sinin əsas funksi-
yası iki hissədən ibarətdir: hökümətin fəaliyyəti və göstərdiyi xidmətlə bağlı
vətəndaşlardan gələn şikayətlərə baxmaq; və hökümət boyunca və ya konkret
idarələrdə baş verən sistemli problemləri özəl təşəbbüsləri ilə araşdırmaq.
173
Buna baxmayaraq, bütövlükdə yanaşma çərçivəsində korrupsiyalı prak-
tikalara qarşı mübarizədə Ombudsman İnstitutunun rolu aşağıdakı dəyər və
imkanlar üzərində qurulur:
• Ombudsman institutunun özünün mövcudluğu və müdafi ə sistemində
çalışan istənilən qadın və kişinin, icra orqanlarının fəaliyyəti nəticəsində
meydana çıxan istənilən problemlə bağlı ombudsmanla əlaqədə olmaq
hüququ siyasi,idarəetmə və hərbi sahədə çalışanlara qanuni əsaslarla
və dürüst hərəkət etmələri üçün güclü arqumentdır.
• Komanda ierarxiyasından asılı olmayan bu cür təşkilatın hərbi institu-
tun daxilində olması, korrupsiya mümkündür və korrupsiya danılmaz
faktdır düşüncələri üçün alternativlik hissləri yaranır. Hərbi təşkilatda
çalışan adamların seçimləri vardır və onlar korrupsiyalı davranışın şa-
hidi olarlarsa, təşkilatın prosedur tələblərinə görə səslərini çıxartmalı-
dırlar.
• Ombudsmana çıxışın asan olması hüquqi,administrativ və ya hərbi
sanksiyalardan kənarda qalan “kiçik” korrupsiya halları ilə məşğul ol-
mağa imkan yaradır. Lakin bu cür kiçik hallar elə viruslardır ki, az
zaman içində hərbi sistem kimi möhkəm sistemləri də çürüdür.
• Ombudsman idarələrinin bütün müdafi ə xarakterli qərar-qəbul etmə
proseslərini, yəni faktiki olaraq hökümətin fəaliyyətinin çox hissəsini
həm sistemli, həm də qabaqcadan elan etmədən çoxlu sayda informasi-
ya mənbələrindən istifadə etməklə öyrənmək potensialı, bu işlə məşğul
olanlara daimi xatırlatmadır ki,onların fəaliyyətləri həm daxildən, həm
də kənardan müşahidə edilir və qərar-qəbul etmə və icra proseslərinin
istənilən səviyyəsində hər hansı korrupsiya halı və ya korrupsiyaya
cəhd həyəcan siqnalı yarada bilər.
• Ombudsmanın gizli sənədlərə və təsislərə çıxışı, korrupsiyalı işlər
görmək üçün sənədləri, dəlilləri və prosedurları saxtalaşdırmaq
cəhdlərinə yönələn, güclü çəkindirici amildir.
• Ombudsmanın gördüyü işlərin ictimaiyyətə açıq olması və korrupsi-
173
Con MkMillanın BMT anti-Korrupsiya Tədbirləri, Qabaqcıl İdarəçilik və İnsan Hüquqları
Konfransında çıxışından hissələr, Polşa, 8-9 Noyabr 2006.
310
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
yaya və ya başqa qanunsuz fəaliyyətə qurşanmış siyasi, hərbi və mülki
şəxslərin adlarını elan etmək imkanının olması, istisnasız olaraq, hər
bir qulluqçuya öz karyeralarını və şərəfl ərini riskdə qoymamaları üçün
korrupsiyadan uzaq durma xəbərdarlığıdır.
• Təkcə hərbi qulluqçuların deyil, hər bir vətəndaşın ombudsman
idarəsinin diqqətini hərbi məsələlərə cəlb etmək hüququnun ol-
ması faktı, cəmiyyət ilə ordu arasında mülki dürüstlük hissi yaradır
(təhlükəsizliyin istifadəçiləri və milli müdafi ənin aparıcıları)və bu da
birləşmiş milli dürüstlüyün bir dirəyidir.
Beləliklə,müdafi ə sektoru üzrə ombudsman bu təşkilatı sağlam saxlamaq
üçün mühüm rol oynayır, idarəçiliyi və fəaliyyəti təkmilləşdirməyə kömək edir
və sistemli olaraq hərbçilərin ən yüksək peşəkar standartlara və sosial və milli
dürüstlüyün yetginliynə uyğun olaraq xarakter və mənəviyyatın artırılmasına
kömək edir. Con MkMillanın(John McMillan)qeyd etdiyi kimi, “Çoxlu sayda
ombudsman idarələri, şikayətlərə baxmaq prinsiplərinə görə,məlumat azadlı-
ğı ilə və korrupsiya haqda xəbər verənləri qorumaq prinsiplərinə görə özlərini
mübariz bir təşkilat kimi görürlər. Bütün bunlar demokratik dəyərlərin ay-
rilmaz hissəsidir və hökümət sistemini möhkəmlədən və korrupsiyaya və
zərərverici digər praktikalara qarşı maneə və xəbərdarlıqdır”.
174
Korrupsiyaya qarşı mübarizədə dünya təcrübəsindən çıxan bir mü-
hüm dərs ondan ibarətdir ki, sosial,siyasi və iqtisadi islahatları cəmləşdirən
çoxsahəli strategiyanın, milli dürüstlük sisteminin möhkəmlənməsi ilə uğur
qazanmaq ehtimalı tədricən aparılan anti-korrupsiya tədbirlərinin nə cür
qətiyyətli və vacib olmasından asılı olmayaraq daha böyükdür
175
. Beləliklə,
müdafi ə sektorunda ombudsman institutunun yaranması istənilən anti-kor-
rupsiya strategiyasının mühüm bir hissəsidir. Dünya boyunca, heç bir iki
eyni model yoxdur. (Bax Haşiyə 19.5-də Ombudsmanlıq konsepsiyasının
daha konkret həyata keçirilməsi nümunəsi verilir). Ombudsmanlıq modelinin
həyata kecirilməsi o zaman uğurlu olur ki, bu model onun yaradılması üçün
qoyulmuş tələbləri həyata keçirməyə uyğun qurulsun. Buna baxmayaraq hər
hansı ölkə və ya Müdafi ə Nazirliyi özünün ombudsman institutunu qurarkən,
müxtəlif ölkələrin hərbi ombudsmanlarından və müxtəlif modellərdən əldə
olunan bir çox müsbət təcrübələri ümumiləşdirərək, istifadə edə bilər.
•
Baxış: Müdafi ə və ya hərbi ombudsmanlığın yaradılması həm
174
İbid
175
Rick Stapenhurst and Sahr John Kpundeh, Curbing Corruption: Toward a Model for
Building National Integrity (Washington, DC: World Bank, 1999).